GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » TƏBİB-də Xüsusi Tibbi Təchizat Bazasının funksiyaları nədən ibarətdir? - İLGİNC FAKTLAR

TƏBİB-də Xüsusi Tibbi Təchizat Bazasının funksiyaları nədən ibarətdir? - İLGİNC FAKTLAR

Tarix: 17-03-2022, 13:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 453

Hamıya məlum olduğu kimi son illər Azərbaycanda səhiyyə sisteminin beynəlxalq standartlar səviyyəsində qurulması məqsədi ilə bir neçə Dövlət Proqramı təsdiq olundu və zaman-zaman bu proqramlar həyata keçirildi. Müasir dövrdə səhiyyənin inkişafına və ən müasir ləvazimatlarla təchiz olunması məqsədilə bu sahəyə ayrılan büdcə vəsaitinin ildən-ilə artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin yeni formalarının tətbiq edilməsi, habelə yeni təsərrüfat mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər öz nəticəsini verdimi?

Azərbaycanda “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması səhiyyə sistemində aparılan islahatların tərkib hissəsi oldu. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. Prezident İlham Əliyevin 2018-ci ilin dekabrında imzaladığı fərman da məhz ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi daşıyırdı.

Bundan sonra respublikamızın şəhər və rayonlarında fəaliyyətdə olan bir çox tibb müəssisəsi Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-ə verildi. Bunların arasında elmi tədqiqat institutları, tibbi mərkəzlər və birliklər, stasionar müəssisələr, təcili tibbi yardım müəssisələri, ambulator-poliklinikalar, poliklinikalar və digər müəssisələrlə yanaşı Səhiyyə Nazirliyinin Xüsusi Tibbi Təchizat Bazası da yer alıb. Səhiyyə Nazirliyinin alınaraq TƏBİB-ə verilən tibb müəssisələrinin konkret sahələr üzrə insanların sağlamlığının qorunmasına, müayinə və müalicəsinə xidmət etdiyini hər birimiz bilirik. Bəs Xüsusi Tibbi Təchizat Bazasının Səhiyyə Nazirliyinin tərkibindəki funksiyası nədən ibarət olub?

Sözügedən qurumun istər Səhiyyə Nazirliyinin tərkibində, istərsə də TƏBİB-in tərkibindəki fəaliyyətini araşdırarkən ətraflı heç bir məlumat əldə edə bilmədik. Qeyd edək ki, Azərbaycanda bir çox nazirliklərin təchizat idarələri,bazaları mövcuddur ki, onların funksiyalarına büdcə vəsaiti hesabına aid olduqları nazirliklərə tabeli obyektlərin təmir-tikintisi, bərpası, zəruri olan mal-materialların alınması, xidmətlərin göstərilməsi və sair daxildir. Amma bizə məlum olduğuna görə səhiyyə müəssisələri təmir, bərpa, təsərrüfat materialların alınmasını və xidmətlərin göstərilməsini satınalmalar yolu ilə həyata keçirir. TƏBİB-ə tabeli Xüsusi Tibbi Təchizat Bazası da bu kimi xidmətləri satınalmalar yolu ilə həyata keçirir. Amma necə?

Gundemxeber.az bildirir ki, aktualinfo.org dövlət satınalmalarının vahid internet portalı üzərindən ( TƏBİB-ə tabe olmasına baxmayaraq Səhiyyə Nazirliyinin qurumu kimi göstərilir) Xüsusi Tibbi Təchizat Bazası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında araşdırmalar aparmışdır. Məlum oldu ki, burada keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verilib, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməyib, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələr naməlum səbəblərdən ictimaiyyətə açıqlanmayıb.

Məsələn Xüsusi Tibbi Təchizat Bazası tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, dəftərxana və təsərrüfat malları, tikinti materialları üzrə 11.11.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun, tikinti materialları üzrə 21.09.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun, dəftərxana və təsərrüfat malları üzrə 09.12.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Xüsusi Tibbi Təchizat Bazasının Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Təchizat Bazası tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.

Xüsusilə qeyd etmək istərdik ki, apardığımız araşdırmalar zamanı TƏBİB-ə tabeli Xüsusi Tibbi Təchizat Bazası Tender Komissiyasının keçirdiyi tender və kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalının bazasında ümumiyyətlə heç bir məlumat yerləşdirilmədiyini müəyyən etdik.

Bu nəzarətsizlik haradan qaynaqlanır? Təbii ki, Xüsusi Tibbi Təchizat Bazasının tabe olduğu TƏBİB-dən və onun üst qurumu olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən. Son vaxtlar yaradılmış bu hər iki qurumun fəaliyyəti ilə dövrü mətbuatda çoxsaylı məlumatlar yayılmaqdadır. Elə ictimaiyyət arasında da bu qurumların fəaliyyəti qənaətbəxş hesab edilmir.

Dövrü mətbuat yazır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev rəhbərlik etdiyi qurumlar tərəfindən keçirilən tenderlərdən külli miqdarda pul qazanır. İstər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, istərsə də TƏBİB-in keçirdiyi tenderlərə bir çox məsələlərə görə vəsaitlər ayrılır. Buraya tibbi avadanlıqların alınması, təmir-tikinti ilə yanaşı, xəstəxanaların pulsuz təchiz edildiyi dərman vasitələri də daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin açıqlamasına görə 2020-ci ildə xəstəxanaların təchiz edildiyi dərman vasitələrinin sayı 126-dan 334-ə qaldırılıb. Bütün bunları isə Dövlət Agentliyi ilə TƏBİB həyata keçirir ki, tenderlərin qalibi daim eyni şirkətlər olur. Onda sual yaranır. Bəs Xüsusi Tibbi Təchizat Bazasının funksiyaları nədən ibarətdir?

Respublikanın tibb müəssisələrini lazımı mal materiallrla təchiz etmək, yoxsa gizli yollarla tender və kotirovka sorğuları adı altında ayrılan vəsaitləri naməlum istiqamətlərə yönəltmək? Çox istərdik TƏBİB bunlara aydınlıq gətirsin. Biz cəhd etdik, sorğumuza belə cavab vermədilər. Sözügedən qurumun keçirdiyi tender və kotirovka sorğuları barədə məlumatlar nə üçün ictimaiyyətə açıqlanmır, gizli saxlanılır. Burada məqsəd nədir?

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ

    TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ ...

    29-07-2021, 16:30

  • 
  • İlham Əliyev yeni mərkəz yaratdı - FƏRMAN

    İlham Əliyev yeni mərkəz yaratdı - FƏRMAN ...

    23-12-2019, 19:11

  • 
  • TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM

    TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə ...

    25-07-2020, 12:40

  • 
  • Baş nazir icbari tibbi sığorta ilə bağlı müşavirə keçirdi

    Baş nazir icbari tibbi sığorta ilə bağlı müşavirə ...

    29-12-2019, 19:45

  • 
  • İcbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradıldı

    İcbari tibbi sığorta ilə bağlı işçi qurupu ...

    26-02-2014, 12:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu