Ukrayna Rusiya savaşının artıq 43-cü günüdür. Müharibə ilə bağlı hamını düşündürən əsas iki sual var:
1) Kim qalib olacaq?
2) Müharibə nə vaxt bitəcək?
Əslində hər iki suala cavab vermək o qədər də asan deyil.. Amma ehtimallar üzərindən müəyyən qədər aydınlıq gətirmək olar... Çünkü bu savaş təkcə Ukrayna Rusiya savaşı deyil. Bu savaş mahiyyət etibarı ilə qlobal savaşdır.. Məsələnin qloballığının kökündə həm də o dayanır ki, demokratik idarə etmə ilə avtoritar idarə etmənin toqquşması dayanır... Yəni iki fərqli sistemin toqquşması da desək yanılmarıq... Belə bir situasiyada sual yarana bilər ki, Ukrayna bu toqquşmada bilərəkdənmi meydan seçilib, yoxsa ki, prosesin təbii axarımı belədir...
Mən düşünmürəm ki, Ukrayna burada bilərəkdən meydan seçilib... Əslində ukraynalılar 2004 -2005-ci ildən Yuşşenkonun hakimiyyətdə olduğu dövürdən başlayaraq Qərbə inteqrasiya xəttini özləri üçün müəyyən ediblər. Qısası sadə məntiqlə yanaşsaq xalqlar Rusiya ilə bir yerdə yaşamağı işgəncə hesab edirlər. Və haqlıdılar... Avtoritar rejimlərin qibləsi sayılan Moskvanın tarix boyu məzlum xalqların üzərindəki işgəncəsi bu gün də davam edir. Təsəvvür edin ki, 21-ci əsrdə kiçik uşaqlıq xəyallarının arzusuna düşən Putin SSRİ-ni bərpa etmək istəyir.. Yaxşı sual yaranır ki, bəs Qərb imperiya deyilmi? Bəli Qərb də imperiyadır... Belə bir sual da ortaya çıxır, yaxşı Qərb imperiya ola-ola bəs niyə xalqlar Avro məkana can atır..? Hesab edirəm ki, məsələyə sadə məntiqlə yanaşsaq daha yaxşı olar.. Bəli, Qərb də bir imperiyadır.. Amma demokratik və iqtisadi imperiyadır.Təbii ki, Qərbin də keçmişində qara ləkə var, insanlıq baxımından... Bunu danmamaq olmaz. Ancaq məsələyə gəlin bu günün və gələcəyin prizmasından baxaq. Səhiyyənin, texnologiyanın, elmin və s. ümumilikdə tərəqqinin inkişafını Qərbdə tapmaq olar. Bu, bir reallıqdır, aksiomadır... Bütün bunların fonunda Ukrayna nə qurbanlıq, nə də poliqon seçilə bilməz..
Bəli, bu gün reallıqda savaşın adı Ukrayna və Rusiyadır. Yuxarıdakı 1-ci sualın cavabı olaraq qeyd eləmək istəyirəm ki, istər yaxın, istər uzaq perspektivdə bu döyüşün qalibi Ukrayna olacaq... Fevralın 24-dən 200 mindən çox orduyla hücuma keçən Rusiya bu gün döyüşün 43-cü günü demək olar ki, heçnəyə nail ola bilməyib. Fakt faktlığındadır ki, Rusiya tərəfi hər baxımdan ciddi itkilər verib və verməkdə davam edir... Putinin əsas məqsədi Ukraynanı tam işğal etmək və ora qubernator təyin etmək idi. Yəni Putin düşünürdü ki, SSRİ formatında yeni birliyin yaranması Ukraynanı ram etməkdən keçir. Əslində məntiq olaraq Putin düz fikirləşmişdi. Təsadüfü hal deyil ki, Kiyevi rus şəhərlərinin anası adlandırırlar. Rusiyanın qalib gəlmə ehtimalının az olmasının digər səbəblərindən biri də odur ki, həm rus hərbi-siyasi hakimiyyəti,,həm də rus xalqının 70 faizi 41-45 ci illərin ağlındadır və havasındadır..Yəni müasir dünyadan təxminən bir əsrə yaxın geridədirlər..Təbii ki, burada Zelenskinin cəsurluğu və ümumiyyətlə Ukraynanın hərbi-siyasi hakimiyyətinin monolit olması və eyni zamanda Qərbin sanksiyaları, silah tədarükü Rusiyanın qalib olma ehtimalını az edir. Bütün bunların fövqündə dayanan odur ki, Ukrayna ordu ilə yanaşı xalqla birlikdə savaşa qoşulub..
Yuxarıda qeyd etdiyim 2-ci sualın cavabına gəlincə... Görsənən budur ki, savaşın yaxın günlərdə bitəcəyi görsənmir... Düzdür, Rusiya bir neçə tələbindən, şərtindən əl çəkib... Amma Donbas və Luqansk, Krım şərtlərindən əl çəkməyib və görsənən budur ki, əl çəkəsi də deyil.. Ukraynanın isə haqqlı olaraq ərazi bütövlüyü məsələsinin vaz keçilməz prinsip olduğunu qabartması savaşın uzanacağından xəbər verir. Düzdür, türk diplomatiyası nə isə etməyə çalışır... Amma etiraf eləmək lazımdır ki, türk diplomatiyasının da gedə biləcəyi bir yer var. Misal üçün düşünürəm ki, türk diplomatiyasının gedə biləcəyi bir yer tərəfləri 23 fevrala qədərki vəziyyətə qaytarmaq olar... Eyni zamanda uzaq hədəfə doğru baxsaq Türkiyə həm də Ukraynanın təhlükəsizliklə bağlı dövlətlər sırasında yer alması dayanır. Əgər belə olarsa bunu böyük uğur hesab eləmək olar.. Digər tərəfdən, yuxarıda qeyd etdiyim kimi tərəfləri 23 fevraldakı vəziyyətə qaytarmağın özü də çox çətindir... Mahiyyət etibarı ilə bu vəziyyət Ukrayna tərəfini qane edir və hətta qələbəyə bərabərdir. Rusiya tərəfi əgər bu vəziyyətlə barışsa belə yenə məğlubiyyətdir. Çünki, Putin və onun hakimiyyəti rus xalqına başlatdığı müharibə barədə yalandan da olsa belə hesabat verməsi mümkün olmayacaq. Bu nöqteyi-nəzərdən müharibənin uzun sürməsi daha çox gözlənilir. Və qısa desək, müharibənin Rusiyada iqtisadi-siyasi sistemin çökməsinə qədər davam edəcəyini düşünürəm. Bir sözlə, Ukraynada çiçəklə, gül ilə qarşılacağını düşünən Putin, güllə ilə qarşılandı. Görsənən budur ki, Rusiya üçün manevr imkanları daralır. Şər imperiyasının aldığı indiki zərbəni SSRİ-nin dağılması miqyasında ölçmək olar.
Şahin BƏKİRLİ,
Bütöv Azərbaycan Ocaqları (BAO) Siyasi Analitik Mərkəzinin əməkdaşı
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?