GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bələdiyyə sədri bağçalara ayrılan PULLARI BELƏ YEYİB… – BU DA FAKT!!!

Bələdiyyə sədri bağçalara ayrılan PULLARI BELƏ YEYİB… – BU DA FAKT!!!

Tarix: 11-04-2022, 13:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 320

Aprelin 5-də Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib. Məruzə barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib. Onun sözlərinə görə, keçən il yerli özünüidarəetmənin inkişafı, bələdiyyə fəaliyyətində qanunçuluğa əməl edilməsi istiqamətində tədbirlər Ədliyyə Nazirliyinin diqqət mərkəzində saxlanılıb. İl ərzində uçotdan kənarda qalan vergitutma obyektlərinin qeydiyyata alınması nəticəsində bələdiyyə büdcələrinə yalnız torpaq və əmlak vergisindən 2020-ci illə müqayisədə təxminən 3,5 milyon manat çox vəsait daxil olub.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov həmçinin bildirib ki, dövlət başçısının qanunun tələblərinə dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, şəffaflığın artırılması və korrupsiyanın yolverilməzliyi barədə tapşırıq və göstərişlərinə uyğun olaraq nazirlik tərəfindən bələdiyyələrin fəaliyyətində hüquqpozmalara qarşı mübarizə gücləndirilib. Ədliyyə Nazirliyi tərəfindən yerli büdcə gəlirlərinin artırılması, eləcə də büdcə vəsaitlərindən səmərəli istifadə olunması istiqamətində xeyli iş görülüb.

Qeyd edək ki, məruzənin müzakirəsi zamanı bəzi millət vəkilləri yerli bələdəyillər tərəfindən büdcə vəsaitlərindən səmərəli istifadə edilmədiyinə toxunub, bu istiqamətdə mübarəzinin gücləndirilməsinin vacibliyini bildiriblər.

Büdcə vəsaitlərindən səmərəli istifadə olunmayan bələiyyələrdən biri də Bərdə şəhər Bələdiyyəsidir ki, redaksiyamıza bu barədə ilginc məlumlar verilib. Belə ki, Bərdə Bələdiyyəsi tərəfindən ötən ilin dekabrında şəhərdəki 3 və 7 saylı Körpələr evi-Uşaq bağçasında görüləcək cari təmir işləri üzrə tender keçirib. Lakin qurum "Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməyərək elan olunmuş və keçirilmiş tenderlər üzrə bağlanmış müqavilələrin nəticələri barədə ictimaiyyətə heç bir açıqlama verməyib. Bu isə tenderlərdə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə, bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsinə şübhə yaratmaya bilmir.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Bərdə şəhər Bələdiyyəsinin (VÖEN-4000124081) dövlətə 58268.68 manat vergi borcu var. Bütün bu kimi suallara aydınlıq gətirilməsi məqsədi ilə Bərdə şəhər Bələdiyyəsindən heç bir cavab ala bilmədik. Bələdiyyənin sədri Sadiq Xəlilovun ətrafında apardığımız araşdırmalarda məlum oldu ki, rayonda yekəxanalağı ilə tanınan birisidir. Bələdiyyə sədri olana qədər Sadiq Xəlilov Rusiyada bizneslə, xırda ticarətlə məşğul olub və sonra yığdığı pulla rayonda bu mühüm vəzifəyə gələ bilib. Çox güman ki, onun Bələdiyyə sədri olmasında Bərdə rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayevin də rolu olub. Belə olmasaydı Sadiq Xəlilov Bərdə şəhərində bələdiyyə sədrinin səlahiyyətlərinə aid olan məsələləri icra etməkdən daha çox, şəxsi biznesi ilə məşğul olmazdı.

Dövrü mətbuatda da Sadiq Xəlilovun Bərdə şəhər Bələdiyyəsindəki yarıtmaz fəaliyyəti ilə bağlı şikayətlər çoxdu. Sakinlərin dövrü mətbuata yazdıqlarına görə Bərdə şəhərində yolların təmir olunmasından, parklarda abadlıq işlərinin aparılmasından və bələdiyyənin öhdəliyinə düşən digər mühüm işlərin həyata keçirilməsindən söhbət gedə bilməz. Bu şəxs yalnız və yalnız öz maraqları üçün çalışır. Şəhər sakinlərinin rifahı bələdiyyə sədrini qətiyyən düşündürmür. Bu şəxs vətəndaşlara məxsus pay torpaqlarını köhnə tarixə dəyər-dəyməzə satır. Əldə olunan gəliri isə öz problemlərinə sərf edir. Həyətyanı sahələr üçün torpaq vergisinin yığılmasında da xeyli qanun pozuntularının olduğunu yazan sakinlər bu pulların da haraya xərcləndiyini sədrdən başqa heç kimin bilmədiyini qeyd ediblər.

Dövrü mətbuatda məlumat var ki, Bərdə şəhər Bələdiyyəsində ikili protokollaşdırma aparmaqla torpaq sahəsinin qanunsuz dövriyyədən çıxarılması və təmir-tikinti işlərinin görülməsi adı altında Sadiq Xəlilov 35 min 567 manatı büdcədən silib.Sakinlər həmçinin yazırlar ki, bələdiyyə sədri camaata hesabat vermir. Halbuki bələdiyyənin gəlirlərinin hara, necə və nə üçün xərclənməsinə dair müvafiq hesabat verilməlidir. Bələdiyyənin hesabında yetərincə maliyyə imkanları olmasına baxmayaraq, infrastruktur problemi həllini tapa bilmir. Axı Bərdə şəhərində yaşayış sahələrinin, parkların abadlaşdırılması, yol infrastrukturunun qurulması regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında da təsbit olunub.

Amma məlumatlardan da göründüyü kimi Bərdə şəhər Bələdiyyəsinin sədri Sadiq Xəlilov yerli vergilər hesabına əldə olunan gəlirləri sosial infrastrukturda mövcud olan problemlərin həllinə deyil, şəxsi maraqlarına yönəldir. Hətta o qədər qansızlaşıb ki, uşaq bağçalarına və körpələr evinə ayrılan vəsaitlərə də əl qoyur./Aktualinfo.org


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 78 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

    78 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb ...

    13-02-2018, 13:57

  • 
  • Millət vəkili MM-də bələdiyyələrin fəaliyyətindəki problemlərdən danışıb

    Millət vəkili MM-də bələdiyyələrin ...

    14-02-2017, 23:34

  • 
  • İcra başçısı 23 bələdiyyəyə xərac kəsib

    İcra başçısı 23 bələdiyyəyə xərac kəsib ...

    8-11-2013, 14:41

  • 
  • “İcra başçısı mənə dedi ki, get palçıq vulkanının ətrafını sat, gətir pulunu da mənə ver” - PROBLEM

    “İcra başçısı mənə dedi ki, get palçıq vulkanının ...

    11-06-2020, 15:16

  • 
  • “Azərbaycanda bələdiyyənin kino, serial qədər hörməti yoxdur”

    “Azərbaycanda bələdiyyənin kino, serial qədər ...

    14-02-2014, 15:17


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu