GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Elmlər Akademiyasının Dendrologiya İnstitutunda özbaşınalıq deyil, dərəbəylikdi - BU DA FAKT!!!

Elmlər Akademiyasının Dendrologiya İnstitutunda özbaşınalıq deyil, dərəbəylikdi - BU DA FAKT!!!

Tarix: 1-04-2022, 16:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 382


Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya İnstitutunda təkcə müxtəlif növ ağacların, gül kollarının və digər bir çox bitkilərin adından da göründüyü kimi elmi tədqiqatı aparılmır, pöhrələri yetişdirilmir. Burada həm də dövlət tərəfindən bir çox məqsədlər üçün ayrılan vəsaitlər sözün əsl mənasında müxtəlif yollarla talan edilir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda da Dendrologiya İnstitutu tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyi açıq-aydın görsənməkdədir. Belə ki, İnstitutun Tender Komissiyası dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl etməyərək elan olunmuş kotirovka sorğuları üzrə bağlanmış müqavilələr haqqında məlumatları müvafiq qurumun rəsmi internet səhifəsində yerləşdirməyib. Bu isə prosedurlarda saxtakarlıq hallarına yol verilməsindən, habelə satın alınan malların (xidmətlərin), qiymətlərinin şişirdilməsindən və bu səbəbdən də gizlədilməsindən başqa bir şey deyil.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu tərəfindən təkcə 2021-ci ildə maşın və avadanlıqlar, abadlaşdırma xidmətləri, istehlakyönlü müxtəlif xidmətləri, elmi tədqiqat xidmətləri, mühafizə xidməti, tikinti və avadanlıqların cari təmiri, dəftərxana və təsərrüfat, mətbəə məhsulları üzrə xərclər, suyun alınması, digər kommunal xidmətlər üzrə elan olunmuş 10 kotirovka sorğusunun nəticəsi barədə heç bir məlumat verilməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun görə tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender və yaxud kotirovka sorğusu haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilməli və rəsmi internet saytında yerləşdirilməlidir. Həmçinin satın alınan malların (işlərin və xidmətlərin) qısa təsviri, tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti ictimaiyyətə açıqlanmalıdır.

Amma Dendrologiya İnstitutunun Tender Komissiyası qanun bütün bu kimi tələblərini gözardı edərək Dövlət satınalmalarının rəsmi portalında heç bir məlumat yerləşdirməmişdir. Bu isə müqavilələrin bağlanması, ayrılan vəsaitlər barədə məlumatların bilərəkdən gizlədilməsindən başqa bir şey deyildir.

Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu tərəfindən satınalmalarda yol verilən saxtakarlıqları bu günlərdə keçirilmiş bir kotirovka sorğusu da tam təsdiqləyir. Belə ki, Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Denderologiya İnstitutu tərəfindən suyun satın alınması üzrə 02.03.2022-ci il tarixdə başlanılmış müsabiqəyə yekun vurulub və “LENOLA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 44 604 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.03.2022-ci il tarixdə elan edilib. Keçirilmiş kotirovka sorğusu ətrafında apardığımız araşdırmalarda görünməmiş qanun pozuntusuna yol verildiyi məlum oldu. Belə ki, Denderologiya İnstitutunun Tender Komissiyası suyun satın alınması üzrə elan etdiyi kotirovka sorğusunun şərtlər toplusunda 9912 ton kanal suyunun satınalmasını bildirir. Lakin burada kanal suyu dedikdə nə nəzərdə tutulur? Burada suyun içməli, texniki, yaxud da tullantı sularının olması tam bəlli olmur. Əslində isə şərtlər toplusunda bu tam və aydın şəkildə göstərilməlidir. Çünki Tarif Şurası tərəfindən bu suların hər birinin ayrı-ayrı qiymətləri müəyyən edilib.

İnstitutun Tender Komissiyası kotirovka sorğusunun keçirilməsi barədə 02.03.2022-ci il tarixdə verdiyi elanda kotirovka sorğusunda iştirak etmək üçün sənədlərin 02.03.2022-ci ildən 18.03.2022-ci il tarixə qəbul olunduğu göstərilir.

Denderologiya İnstitutunun qalib elan etdiyi “LENOLA” MMC bəs nə vaxt dövlət qeydiyyatına alınıb?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LENOLA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYN SEYİDZADƏ 2 MKR, ev 3, m. 41, qanuni təmsilçisinin isə Məmmədov Samir Tofiq oğlu olduğu göstərilir.

Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlardan da görsəndiyi kimi Denderologiya İnstitutunun Tender Komissiyasının satınalma müqaviləsi bağladığı “LENOLA” MMC kotirovka sorğusunun keçirilməsi barədə verilən elandan, yəni 02.03.2022-ci il tarixdən 3 gün sonra, 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb.

Satınalma prosedurunun başlanmasından 3 gün sonra dövlət qeydiyyatına alınmış, maddi texniki bazasının və ixtisas göstəricilərini qeyri müəyyən olduğu bir şirkətlə dövlət sifarişini həvalə etmək nə dərəcədə qanunauyğundur. Yuxarıda qeyd etdiklərimizdən də görsəndiyi kimi İnstitut tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması nəzərə alınmamışdır.  Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan Milli Elmlər Akademiyasının Denderologiya İnstitutunun Tender Komissiyası tərəfindən əvvəlki illərdə də keçirilmiş tender və kotirovka sorğularında ciddi qanun pozuntularına yol verilmiş, elan olunmuş kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirməyib. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Bununla bağlı hələ 06.09.2021-ci il tarixdə Denderologiya İnstitutunun Tender Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qalmışdır. Qeyd etdiyimiz bu qanun pozuntularına da açıqlama gözləmirik. Çünki, satınalmalarda yol verilən saysız qanun pozuntuları onu göstərir ki, Milli Elmlər Akademiyasının Denderologiya İnstitutunda nəinki “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu, hətta digər qanunlar belə işləmir. Yəni burada özbaşınalıq deyil, dərəbəylik hökm sürür.

Bütün bu kimi qanunsuzluqlara, bu kimi dərəbəyliyə İnstitutda kimlər rəvac verib və yaxud verir? Qeyd edək ki, İnstituta uzun illərdir Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Tofiq Məmmədov rəhbərlik edir. Milli Elmlər Akademiyasının İnstitutu adını daşımasına baxmayaraq professor Tofiq Məmmədov əslində buranı əsl şitil bazasına çevirib. İnstitutun Mərdəkan qəsəbəsində yerləşən dendroloji parkından il ərzində Abşeron yaradımasına və respublikanın ayrı-ayrı bölgələrinə müxtəlif növ qiymətli ağacların, gül kollarının yüz minlərlə pöhrələri satılır. Təbii ki, bunun qeydiyyatı necə aparılır, bu satışlardan əldə olan gəlirlər rəsmiləşdirilirmi və haralara sərf olunur heç kimə bəlli deyil. Əldə etdiyimiz məlumatlara görə professor Tofiq Məmmədov çox vaxt işə gəlmir, xarici səyahətlərdə olur. Onun bütün gizlin işlərinin başında isə İnstitutun ümumi işlər üzrə direktor müavini Rauf Əliyevin dayandığı bildirilir. Məlumatlara görə Rauf Əliyevin təkcə Mərdəkan, Şağan qəsəbələrində onlarla ting, pohrə satış məntəqələri mövcuddur. Başqa yerlərdəki satış məntəqələrinə də pöhrələr Rauf Əliyevin əli ilə çıxarılır. İnstitutun Baş direktoru Tofiq Məmmədov da təbii ki, bütün bunlara seyrçi qalmır, əksinə pay sahibi olduğu bildirilir.//Aktualinfo,org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AMEA-nın Fiziologiya İnstitutunda qanunlar niyə saya salınmır? - İLGİNC FAKTLAR

    AMEA-nın Fiziologiya İnstitutunda qanunlar niyə ...

    2-11-2021, 16:09

  • 
  • TƏBİB-də Xüsusi Tibbi Təchizat Bazasının funksiyaları nədən ibarətdir? - İLGİNC FAKTLAR

    TƏBİB-də Xüsusi Tibbi Təchizat Bazasının ...

    17-03-2022, 13:33

  • 
  • Rəşid Bədəlovun Uşaq Sanatoriyasındakı OYUNBAZLIĞI... - BUNUN BAŞQA ADI YOXDUR...

    Rəşid Bədəlovun Uşaq Sanatoriyasındakı ...

    8-12-2021, 15:30

  • 
  • Zaur Mikayılov Əhmədzadənin adamları ilə YOLLAŞA bilir… – Əsas odu işin içində pul olsun…

    Zaur Mikayılov Əhmədzadənin adamları ilə YOLLAŞA ...

    26-01-2022, 15:05

  • 
  • Alı Qocayev SAMUXU BELƏ BATIRIR... - ARAŞDIRMA

    Alı Qocayev SAMUXU BELƏ BATIRIR... - ARAŞDIRMA ...

    29-10-2021, 14:12


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu