GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsil Nazirliyindən görünməmiş xərc – Bir mühafizəçiyə ildə 50 min manat

Təhsil Nazirliyindən görünməmiş xərc – Bir mühafizəçiyə ildə 50 min manat

Tarix: 22-04-2022, 12:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 271

Məktəbdənkənar təhsilin uşaq və gənclərin fərdi inkişafında, maraq dairələrinin genişləndirilməsində mühüm rol oynadığı bir çoxumuza bəllidir. Elə ona görə də uşaqlarımızın fərdi inkişafı naminə dövlət tərəfindən bu məqsədlərlə yaradılmış yaradıçılıq mərkəzlərinə üz tuturuq. Belə mərkəzlər məktəbdənkənar tərbiyə müəssisəsi kimi paytaxtdan əlavə regionlarda da uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli və faydalı təşkil etmələri üçün fəaliyyət göstərir. Müəllim kollektivinin isə əsas vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf etdirən, müstəqil və yaradıcı düşünən, yüksək əxlaqi və mənəvi keyfiyyətli insan yetişdirməkdir.

İnsafən qeyd etməliyik ki, son illər bu tip yaradıcılıq mərkəzlərinin inkişaf etdirilməsi dövlətimizin diqqət mərkəzində olan məsələlərdəndir. Bu mərkəzlərə dövlət tərəfindən hər il külli miqdarda vəsait ayrılır. Amma bu dövlət vəsaitləri uşaq və yeniyetmələrin gələcəyinə xərclənirmi?

Təhsil Nazirliyinə tabeli  Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin fəaliyyətində bu bir az şübhələr döğurur. Belə ki, sözügedən mərkəz tərəfindən 2020-2021-ci illərdə elan olunmuş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları həyata keçirilmişdir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə elan olunmuş kotirovka sorğuları bunlardır.

İstehlakyönlü müxtəlif xidmətlər (keçiriləcək müxtəlif tədbirlərdə lazım olan mallar və xidmətlər) üzrə 21.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mühafizə xidməti üzrə 04.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin Tender Komissiyası dövlət əhmiyyətli tədbirlərin təşkili ilə əlaqədar müxtəlif malların və xidmətlərin satın alınmasını, dəftərxana və təsərrüfat mallarının alınmasını 2020-2021-ci illər üçün satınalma planlarına daxil etmiş, lakin bu kotirovka sorğularının keçirilməsi və nəticələri barədə məlumatları ictimaiyyətə açıqlamamaşdır.

Gundemxeber.az aktualinfo.org-a istinadla bildirir ki, Mühafizə xidməti üzrə 05.11.2019-ci il tarixdə elan olunmuş kotirovka sorğusunda isə “Alov Mühafizə” MMC-nin 9 saylı Fililalı ilə 49 800 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat satınalmaların vahid internet portalına 16.01.2020-ci il tarixdə yerləşdirilmişdir. Lakin birbaşa bağlanılmış bu müqavilədə Yaradıcılıq Mərkəzinin neçə nəfər tərəfindən mühafizə olunacağı bəlli olmur ki, bu da ayrılmış vəsaitin şişirdildiyini deməyə əsas verir.

Bunun şişirdildiyi nədən bəlli olur? Əvvəla, qeyd etdiyimiz kimi Yaradıcılıq Mərkəzinin neçə nəfər tərəfindən mühafizə olunacağı açıq göstərilmir. Amma bizim əldə etdiyimiz məlumata görə mərkəzi bir nəfər tərəfindən, səhər saatlarından başlayaraq axşama qədər mühafizə edilir. Həftənin bir günü isə istirahət günüdür. Gecə saatlarında Yaradıcılıq Mərkəzinin qapıları bağlı olur. Mərkəzdə kamera və siqnalizasiya sisteminin quraşdırıldığını da istisna etmirik. Özəl mühafizə sahəsində çalışanlardan əldə etdiyimiz məlumatlara ayda ən yaxşı halda 500-600 manat məbləğində maaş alırlar. “Alov Mühafizə” MMC isə hər mühafizəçiyə ayda 400-450 manat civarında maaş verir. Daha əvvəlki illərdə isə “Alov Mühafizə” MMC-nin mühafizəçilərə verdiyi maaş 300-350 manat olub. Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin mühafizəsi üçün “Alov Mühafizə” MMC bağladığı 50 min manat civarında olan müqavilədən belə çıxır ki, MMC mühafizəçiyə ayda 4 150 manat manat maaş verib. Yaradaıcılıq Mərkəzinin 2, hətta 3 nəfər tərəfindən də mühafizə olunmasına ayrılmış vəsait çoxdur. Burada təbii ki,  MMC-nin bir sıra xərclərini də nəzərə almaq lazımdır. Amma özəl mühafizə sahəsində çalışmış şəxslərdən aldığımız məlumata görə “Alov Mühafizə” MMC mühafizəçi işinə qəbul etdiyi hər kəsdən ilkin olaraq geyim pulu adı ilə 300 manat alır. Əgər geyim pulunu mühafizəçi özü verirsə daha hansı xərc qalır?  Gün ərzində 3 dəfə qidalanmasını və geyim pulunu da bu xərcin içinə daxil etsək, bir mühafizəçi xidmətinə il ərzində 50 min manat vəsait ayırmaq Təhsil Nazirliyi üçün qat-qat çox deyilmi? Bu, bu günə qədər görünməmiş bir korrupsiya halı deyilmi?

Burada bir nüans da var. İddia oluna bilər ki, kotirovka sorğusu 2019-cu ilin sonunda elan olunub, 2020-ci ilin yanvarında satınalma müqaviləsi bağlanılıb. Bu Ceyhun Bayramovun Təhsil naziri olduğu dövrlərə təsadüf edir. Amma fakt-faktlığında qalır. Dövlət satınalmalarının vahid internet portalında 49 800 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı göstərilir. Müqaviləni “Alov Mühafizə” MMC-nin 9 saylı Fililalı ilə kimin, Təhsil Nazirliyinin yoxsa sözügedən nazirliyə tabeli Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi tərəfindən bağlanıldığı bəlli deyil. Digər tərəfdən, yeni nazır Emin Əmrullayevin dövründə bağlanan müqavilələrdən isə ümumiyyətlə məlumat yoxdu. çünki, Yaradıcılıq Mərkəzi 04.11.2020-ci il tarixdə 2021-ci il üçün mühafizə xidmətinin satınalması üzrə kotirovka sorğusunun keçirilməsini elan etmiş, lakin nəticələri barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirməmişdir. O cümlədən də 2022-ci il üçün. Bu isə o deməkdir ki, Təhsil Nazirliyi ya tebeliyində olan qurumlara nəzarət edə bilmir, ya da elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsinin, habelə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə yol açan ciddi qanun pozuntularının başında durur.

Qeyd etdiyimiz kimi, Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi Tender Komissiyası yalnız yuxarıda göstərilən tarixlərdə iki kotirovka sorğularının keçirilməsi barədə elan versə də, satınalma planlarına daxil edilmiş digər kotirovka sorğuları barədə məlumatları gizlətmiş, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Mərkəz tərəfindən keçirilmiş kotirovka sorğularında  “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin aşagıdakı tələbləri kobud şəkildə pozulmuşdur.

Göstərdiklərimiz şübhəli məqamlara aydınlıq gətirmək məqsədi ilə Yaradıcılıq Mərkəzinin e-mail adresinə  ünvanladığımız sorğuya cavab olaraq bildirdilər ki, mövzu ilə bağlı Təhsil Nazirliyinin Mətbuat Xidmətinə müraciət edək. Əminik ki, Nazirliyin Mətbuat Xidməti bu göstərilənlərə aydınlıq gətirəcək.


Gundemxeber.Az





  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyindən görünməmiş xərc – Bir mühafizəçiyə ildə 50 min manat

    Təhsil Nazirliyindən görünməmiş xərc – Bir ...

    18-04-2022, 15:38

  • 
  • Birinci vitse-prezidentin köməkçisi: “Gənclər Azərbaycanın daha parlaq gələcəyini təmin etmək iqtidarında və əzmindədirlər”

    Birinci vitse-prezidentin köməkçisi: “Gənclər ...

    25-02-2019, 12:29

  • 
  • Laçının icra başçısından heyrətamiz addım

    Laçının icra başçısından heyrətamiz addım ...

    13-02-2013, 10:04

  • 
  • Qaradağdakı Uşaq Yaradıcılıq Mərkəzində partlayış

    Qaradağdakı Uşaq Yaradıcılıq Mərkəzində partlayış ...

    16-12-2019, 11:57

  • 
  • Qaradağda Uşaq Yaradıcılıq Mərkəzində partlayış: direktor müavini xəsarət aldı - YENİLƏNİB

    Qaradağda Uşaq Yaradıcılıq Mərkəzində partlayış: ...

    16-12-2019, 14:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu