GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Elmed” klinikasında rəhbərliyə qarşı “bund” baş verəcək?- VİDEO/FAKT

“Elmed” klinikasında rəhbərliyə qarşı “bund” baş verəcək?- VİDEO/FAKT

Tarix: 25-04-2022, 17:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 036


Söylənilənlərə görə, direktor Canpolad Vəliyev bu klinikanın ümumi gəlirləri hesabına alınan stolları, stulları, xolodilniki və digər avadanlıqları, Qusar rayonunun Çiləgir kəndində şəxsi istifadəsi üçün inşa etdirdiyi istirahət mərkəzinə aparıb


Hər kəsə məlumdur ki, 1999-cu ildə ölkəmizdə “Özəl tibb fəaliyyət” haqqında Qanun qəbul olunub. Bu Qanunun qəbulundan sonra, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi-51 ünvanında yerləşən “Elmed” klinikası, ilk özəl səhiyyə müəssisəsi olaraq fəaliyyətə başlayır və illər keçdikcə ayrı-ayrı şəhərlərdə, rayonlarda, iri yaşayış məntəqələrində və s. özəl klinikalar şəbəkəsi genişlənməkdə davam edir. Hal-hazırda ölkəmizdə yüzlərlə özəl səhiyyə müəssisələri fəaliyyət göstərirlər ki, onların əksəriyyətində neçə illərdir təcili və təxirəsalınmaz yardım, reanimasiya, intensiv terapiya, doğum bölmələri və s. mövcuddur. Bir neçə gün bundan öncə gundemxeber.az xəbər portalının redaksiyasına ilk özəl səhiyyə müəssisəsi olaraq fəaliyyətə başlayan “Elmed” klinikasında yaşananlarla bağlı xeyli məlumatlar daxil olub. Daxil olan məlumatlarda vurğulanır ki, hal-hazırda bu klinikada cəmi 60 nəfər şəxs çalışır. Buna da əsas səbəb, adı çəkilən bu səhiyyə müəssisəsinin direktoru Canpolad Vəliyevin, 2022-ci ilin fevral ayında 24 nəfər həkim və tibb bacısının sertifikasiyaları olmadığını əsas gətirərək, onları işdən çıxartması olub. Daşıdığı vəzifəsindən uzaqlaşdırılan şəxslərdən biri də, klinikanın baş həkim olur. Hal-hazırda bu səhiyyə müəssisəsində baş həkim vəzifəsi boş olduğundan, baş həkim vəzifəsini daşıyan şəxsin imzalamalı olduğu lazımi sənədləri digər vəzifə sahibi olan şəxslər imzalayırlar. Söylənilənlərə görə, direktor Canpolad Vəliyev tabeliyində çalışanlara göndəriş verib, onların sertifikasiyadan keçmələrinə imkan yaratmır. Bu cür yanaşmanın varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır.

  Müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə və media üzərindən apardığımız araşdırmalara görə, vaxtilə DSMF-nin Zərdab rayon şöbəsində müdir olan, hal-hazırda isə “Elmed” klinikasında direktor vəzifəsini daşıyan Canpolad Vəliyevin, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevlə yaxın qohumluq əlaqəsi var. Belə bir səbəbdən də, bu şəxs Zərdabda vəzifə sahibi olarkən ona bir kimsə  “qaşın üstə qara var” deyə bilmir. Bəzi media qurumlarında yayılan məlumatlarda o da qeyd olunub ki, Canpolad Vəliyev DSMF-nin Zərdab rayon şöbəsinin müdiri olarkən o, idarənin əməkdaşı Araz Şirəliyev adlı şəxsə qanunsuz əmək stajı yazır. Elə ki, belə bir qanunsuzluq əməli Zərdab rayon Prokurorluğunda araşdırılır, həmin vaxt Canpolad Vəliyev yazdığı izahatında Araz Şirəliyevin idarədə neçənci illərdə “işlədiyini” qeyd edə bilmir. Bundan əlavə, media qurumlarında yayılan başqa bir məlumatda o da bildirilir ki, illər öncə vətəndaşın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazmış olduğu şikayət ərizəsi əsasında, DSMF-nin Zərdab rayon şöbəsində ciddi yoxlamalar aparılır. O zaman bəlli olur ki, sabiq şöbə müdiri Canpolad Vəliyev 18 nəfər işçini məzuniyyətə göndərmədən, məhz onların adlarına yalandan məzuniyyət pulları yazır və belə bir yolla da dövlətin 10 000 (on min) manat pulunu ələ keçirib mənimsəyir. Yoxlama işləri başa çatdıqdan sonra isə, bu şəxsin mənimsədiyi 10 000 (on min) manat pul dövlətə geri qaytarılır. Çox maraqlı və düşündürücü hal o olur ki, bu cür cinayət əməllərinə qol qoyan Canpolad Vəliyev, heç bir halda məsuliyyətə cəlb olunmur. Dolaşan söz-söhbətlərdə o da bildirilir ki, bu şəxsin məsuliyyətdən kənarda qalmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, hal-hazırda həbsdə olan Əjdər Cəbiyev çox böyük rol oynayır. Bu gün əksəriyyət o haqda da düşünür ki, vaxtilə DSMF-nin Zərdab rayon şöbəsini “viran qoyan” Canpolad Vəliyev, hal-hazırda hansı əsasla bu səhiyyə müəssisəsinə rəhbərlik edir? Axı, bu şəxsin idarəçiliyinin mahiyyəti az-çox geniş ictimaiyyətə məlumdur. Deməli, adı çəkilən bu şəxsin “Elmed” klinikasında direktor vəzifəsinə təyin olunmasının hansısa gizli məqamları var.

  Redaksiyamıza “Elmed” klinikası baş verənlərlə bağlı daxil olan məlumatlarda o da qeyd olunur ki, dərman təchizatı müəssisələrindən alınan dərmanlara görə bu klinika tərəfindən vaxtlı-vaxtında  ödəniş həyata keçirilmədiyindən, hazırda həmin müəssisələr klinikaya dərman preparatları verməkdən imtina edirlər. Belə bir halın varlığı bu səhiyyə müəssisəsində çalışan həkimlərin normal fəaliyyət göstərmələrinə heç cür imkan vermir, hətta kütləvi narazılıqların əmələ gəlməsinə də yollar açır. Başqa bir məlumatda o da vurğulanır ki, “Elmed” klinikasında çalışan işçilərdən bəziləri dörd aydır, bəziləri isə beş aydır ki, əmək haqqı üzünə həsrət qalıblar. Hətta, elə hallar da olur ki, binanın baş hissəsinə atılan zibillərin daşınmasına görə ödənişlər  həyata keçirilmir, o halda zibil qablarına atılan zibillər aşıb-daşır və ətrafa üfunətli iy-qoxu yayılır. Daha biabırçı və usandırıcı hallardan biri də, “Elmed” klinikasındakı yeməkxananın fəaliyyət göstərməməsidir. Söylənilənlərə görə, direktor Canpolad Vəliyev bu klinikanın ümumi gəlirləri hesabına alınan stolları, stulları, xolodilniki və digər avadanlıqları, Qusar rayonunun Çiləgir kəndində şəxsi istifadəsi üçün inşa etdirdiyi istirahət mərkəzinə aparıb. Belə bir səbəbdən də, yeməkxana avadanlıqsız qalıb və xeyli müddətdir ki, onun qapıları bağlı qalıb. Klinikada mətbəxin fəaliyyət göstərməməsi, bu gün həm kollektivdə çalışanları, həm də bu səhiyyə müəssisəsində xəstə olan şəxsləri olmazın problemlərlə üz-üzə qoyur, hətta əlavə problemlərin də əmələ gəlməsinə səbəb olur.

Bütün bunlar onu söyləməyə əsas verir ki, “Elmed” klinikasında həyata keçirilən yarıtmaz idarəçilik, gectez bu səhiyyə müəssisəsində çalışanları rəhbərliklə üz-üzə qoyacaq və xoşagəlməz olayların baş verməsinə də səbəb olacaq. Ona görə də, bu klinikanın özəl səhiyyə müəssisəsi olmasına baxmayaraq, hazırda istər SN-nin, istərsə də “TƏBİB”-in  “Elmed” klinikasına qarşı lazımi tədbirləri görmələrinə zərurət yaranıb. Qarşı tərəfi də dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhiyyə Nazirliyi “Laçın” klinikasını "vurdu" - Ciddi xəbərdarlıq

    Səhiyyə Nazirliyi “Laçın” klinikasını ...

    5-02-2014, 15:01

  • 
  • Baş pediatr özəl klinikaları xalqı narazı salmaqda ittiham etdi

    Baş pediatr özəl klinikaları xalqı narazı ...

    6-08-2013, 09:13

  • 
  • Bakıda özəl klinikalar morqa çevrilir

    Bakıda özəl klinikalar morqa çevrilir ...

    25-01-2016, 19:52

  • 
  • Elçin Əlibəyli “Elmed” klinikası ilə anlaşdı

    Elçin Əlibəyli “Elmed” klinikası ilə anlaşdı ...

    12-12-2013, 19:41

  • 
  • Leyla Şıxlinskayanın Klinikasında ana doğuş zamanı öldü

    Leyla Şıxlinskayanın Klinikasında ana doğuş ...

    11-09-2017, 18:42


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu