GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müharibənin episentri: “Ukraynanın Qarabağı”ndan – FOTOREPORTAJ

Müharibənin episentri: “Ukraynanın Qarabağı”ndan – FOTOREPORTAJ

Tarix: 28-04-2022, 18:53 Bölmə :GündəmXəbər / Manşet Baxış: 333

Dneprdən Ukraynanın nəzarətində olan Donetsk vilayətinə yola düşürük. Radioda musiqi dinləyirik, birdən musiqi kəsilir və onun yerinə elan verilir: “Pavloqrad Şəhər Şurasının məlumatı. Əziz vətəndaşlar, hava həyəcan siqnalı verilirsə, qazı, işığı söndürün, ən zəruri əşyalarınızı və sənədlərinizi götürün, yaşlılara və xəstələrə yardım edin”. 

Dnepr Ukraynanın şərqində yerləşir. Amma buraya çatdığımız ilk gün fərqli mənzərə ilə üzləşdik – şəhərdə, demək olar ki, müharibə ab-havası yoxdur. Doğrudur, Rusiya gəmisinin məşhur ünvana göndərilməsi plakatlarına rast gəlinir, amma məsələn, şəhərin içərisində polis və hərbçilərin dayandığı yoxlama postları yoxdur. Belə postlar şəhərin giriş-çıxışında quraşdırılıb. Kafelər, restoranlar və digər obyektlər fəaliyyət göstərir, insanlar çay boyunca gəzir. Burada da ara-sıra həyəcan siqnalı eşitmək mümkündür. Komendant saatı da öz yerində. Maraqlıdır ki, Pavloqrad Rusiya sərhədinə və rus qoşunlarının yerləşdiyi məntəqəyə ən yaxın şəhərdir. Bizim gəlişimizdən iki gün öncə, aprelin 24-də dəmiryoluna raket atılıb, nəticədə bir nəfər həlak olub, səkkiz binaya zərər dəyib. 

Yolumuza davam edirik. Radiodan sürpriz – rusca xəbərlər buraxılışını dinləyirik. Putin BMT Baş Katibinə müraciət edib, Ukraynaya hücumuna haqq qazandırır… Yəni, Pavloqradda Rusiya radiotezlikləri dominantlıq edir. 

Müharibə dövründə Ukraynaya ikinci səfərim ərzində məni müşayiət edən könüllü Anar adlı həmyerlimizlə qərara gəlmişik ki, hələlik sonuncu olan bu səfərimizi 2014-cü ildə münaqişənin başladığı əsas nöqtələrdən birində yekunlaşdıraq. 

Artıq “Donetsk vilayəti” plakatını görürük və ilk daxil olduğumuz məntəqə Pokrovsk şəhəridir. Dneprin səs-küyü və tünlüyündən sonra bura bizə çox fərqli emosiyalar yaşadır. Şəhərdə əsasən hərbi, hərbi tibbi yardım, o cümlədən polis maşınlarının hərəkətinin şahidi oluruq. Qarşımızdan hərbi maşın keçir. Mərmilərdən dəlik-deşik, ön şüşəsi çat-çat olub. Xarici görünüşü “yaralı” olsa da, sürətindən hiss olunur ki, işlək vəziyyətdədir. Şəhərdə işlək obyekt görmədik. Binaların qarşısı bom-boş, həyət evləri də həmçinin. Ara-sıra tək-tük insan, ya da mülki avtomobillər gözə dəyir. Yanacaqdoldurma məntəqələri qapalıdır. Bunu təxmin edib, Dneprdən tərpənəndə avtomobilimizi yanacaqla tam doldurmuşuq, üstəlik, ehtiyatimiz da var. 

Pokrovskdan sonra Dobropolye şəhərinə daxil oluruq. Burada da yanacaqdoldurma məntəqələri işləmir. Amma az-maz həyat əlamətləri var. Məsələn, küçədə itlə gəzən insanlar, oraya-buraya şütüyən azsaylı mülki maşınlar. Hərbi və polis maşınları da öz yerində. Çoxmərtəbəli yaşayış binalarının həyətində kimsə yoxdur. 

Kramatorsk 2014-cü ilin oktyabrından Donetsk vilayətinin mərkəzidir. Həmin il aprelin 12-də şəhər şurası və polis idarəsini “DXR” separatçıları işğal edərək, buranı tanınmamış ərazinin bir hissəsi elan etmişdilər. 2014-cü ilin iyulunda Ukrayna ordusu şəhəri geri azad edib. 

Rusiyanın bu il aprelin 8-də Kramatorsk dəmiryolu vağzalına atdığı raket nəticəsində hadisə yerində 38 nəfər həlak oldu. Sonradan onların sayı 50 nəfər çatdı. Ölənlərin 5-i uşaq idi. 98 nəfər isə yaralandı. Şəhər rəhbərliyindən Pressklub.az əməkdaşına verilən məlumata görə, yüngül xəsarət alanlar ambulator müayinədən sonra evə buraxılıblar. Ağır yaralılar isə dərhal Dneprə aparılıb, çünki Kramatorskda onların müalicəsi üçün imkanlar məhdud idi. 

Kramatorskda mart və aprel aylarında yaşayış və inzibati binalar, idman məktəbi və s. mülki obyektlər atəşə tutulub. Ölənlər və yaralılar var. Raket-artilleriya zərbəsinə məruz qalan hərbi obyektlərdə isə çəkiliş aparmağa icazə verilmədi. 

Müharibəyə qədər şəhərin 200 min nəfər əhalisi olub. Onlardan 50 min nəfəri 2014-cü ildəki müharibədən sonra buraya gələnlər idi. Hazırda 40 min nəfərə qədər əhali qalıb. Mülki nəqliyyat vasitələrinə az rast gəlinir. Tramvaylar və avtobuslar işləyir, amma onlar da demək olar, bomboş hərəkət edir. Kramatorskda səslənən həyəcan siqnalı Ukraynanın başqa şəhərlərindəkindən daha gurdur. Şəhər bu bölgədə münaqişənin episentridir, təmas xəttindən 35 kilometrlik məsafədə yerləşir və ən çox atəşə məruz qalan bölgədir. Çəkiliş zamanı eşidilən raket-artilleriya səsləri barədə xüsusi qeydə ehtiyac yoxdur. Daha buna təəccüblə yanaşmaq olmur. 

Az-az rast gəldiyimiz insanlar da harasa tələsir. Burada da ən ciddi qıtlıq yanacaqla bağlıdır. Yalnız bir məntəqə fəaliyyət göstərir ki, o da məhdud – ancaq 20 litrədək yanacaq verir və qarşısında uzun növbə var. Bir də çörək mağazasının qarşısında növbənin şahidi olduq. Orta məktəbin qarşısındayıq. Bina mərmi təsirindən tamamilə yararsız hala düşüb. Mərmi gecə saatlarında düşdüyündən, binada kimsə olmayıb. Dağıdılmış məktəb binasının qarşısında iki nəfər dayanıb. Mərminin nəhəng dəlik açdığı yeri göstərərək, zarafatla, “baxın, bizə burada hovuz düzəldib ruslar”, – deyirlər. 

“Biz Slovyansk şəhərindənik. Buraya qonaq gəlmişik. 2014-cü ildə ilk dəfə müharibə ilə üzləşdik. O vaxt da qorxulu idi. Anam hamilə idi. Xarkova, İzyuma getdik və uşağı orda dünyaya gətirdi. İzyum özü indi işğaldadır. İndi də problem yaşadıq. Mən neft emalı firmasında işləyirdim. Onlar müharibə başlanan kimi şəhəri tərk etdilər” – Polina Buynina deyir. 

Onun rəfiqəsi İrina Potapova da Slovyanskdandır. Kramatorska qohumlarını görməyə gəlib. Qohumu burada tibb xidmətində könüllü fəaliyyəti ilə məşğuldur. İrina müharibəyə qədər şirniyyatçı işləyib, indi isə işsizdir, çünki iş yeri bağlanıb. 

Bizim də növbəti – sonuncu dayanacağımız Slovyansk olur. Şəhərdə qarşımıza çıxanlar əsasən hərbçilər və polislərdir. Şəhəri avtomobillə dolanırıq. Küçələr bomboş, insanlar demək olar, görünmür. Mağazalar qapalıdır. Hökumət binalarının qarşısında polis və hərbçilər keşik çəkir. Aprelin 26-da Britaniya kəşfiyyatı xəbər yaymışdı ki, Rusiya ordusu Slovyansk və Kramatorsk istiqamətində irəliləməyə çalışır. Elə həmin tarixdə də Slovyanskda kurorta raket atılıb. Ölən və yaralanan yoxdur. Əldə etdiyimiz məlumata görə, Slovyanska son raket hücumlarından biri aprelin 22-də olub. Şəhərin bir neçə rayonunda binalar xəsarət alıb. Əsasən kasetli bombalardan istifadə olunub, itki yoxdur. 

Slovyanskı da da Kramatorsk kimi, 2-14-cü il aprelin 12-də “DXR” separatçıları işğal edibmiş. Üç ay sonra Ukrayna ordusu şəhəri azad edib. 

Slovyanskdan sonrakı məntəqələrə daxil olmaq mümkün deyil – Liman və Severodonetsk ətraflarında  döyüşlər gedir, Rubejnoe isə demək olar ki, işğal olunub.  

Geriyə qayıdırıq. Radionu açırıq və rus dilində “Radio Respublika”nın xüsusi buraxılışını dinləyirik. Əhalini həyəcan siqnalı zamanı sığınacaqlara səsləyən mətn oxunur. Bu, “DXR” radiosu idi, “Ukraynanın hücumundan qorunmaq yolları” barədə məlumat verirdi. 

Rusiya prezidenti Vladimir Putin 21 fevral 2022-ci ildə Ukraynanın şərqində yerləşən,  separatçıların idarə etdiyi “Donetsk Xalq Respublikasını” “müstəqil dövlət” kimi tanınma müraciətini müsbət cavablandırıb. Ukraynanın şərqində özünü müstəqil elan etmiş bu qurumu 8 il müddətində kimsə tanımamışdı. Dünya ictimaiyyəti Donetski Ukraynanın ayrılmaz tərkib hissəsi kimi qəbul edir. 


Donetskin mərkəzinə doğru


Pokrovskdan Dobropolyeyə gedən yolda azsaylı maşınlardan biri


Kramatorskda Sovet simvolları


Kramatorskun mərkəzində yaşayış binası.


Orta məktəb-idman və akt zalı


İnzibati bina


Arxiv binası


Yaşayış binası


Kramatorskdakı vağzal-aprelin 8-dı burada insan cəsədləri vardı


Polina və İrina


Slovyanska yol


Slovyanskdayıq. Həm də Ukraynaya növbəti səfərimizin sonuncu dayanacağı



***

Donetsk vilayətinə Anar Rəfiyevin təsisçisi olduğu “Ukrayna Enerji Səmərəliliyi və Enerjiyə Qənaət Fondu”nun təşkilatçılığı ilə getdik. Bu təşkilat Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündən xeyriyyə işi ilə məşğuldur; əsasən hərbi qulluqçular və mülki şəxslərə qida, gigiyenik vasitələr, tibbi ləvazimatların verilməsi, o cümlədən hücumdan zərərçəkən şəhərlərin rəhbərliyinə Star-Link avadanlıqlarının hədiyyə olunması, əhalinin təhlükəli zonalardan evakuasiyası, yardımların rahat çatdırılması üçün yol xəritələrinin hazırlanması kimi işlər görür.

Seymur Kazımov, Donetsk vilayəti


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlər Kabineti üçün “həyəcan siqnalı”

    Nazirlər Kabineti üçün “həyəcan siqnalı” ...

    3-12-2015, 18:37

  • 
  • Nazirlər Kabineti üçün “həyəcan siqnalı”

    Nazirlər Kabineti üçün “həyəcan siqnalı” ...

    7-12-2015, 16:19

  • 
  • Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO

    Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO ...

    18-02-2020, 11:33

  • 
  • İŞİD Türkiyə sərhəddinə çatdı; "Həyəcan" siqnalı

    İŞİD Türkiyə sərhəddinə çatdı; ...

    24-07-2014, 14:24

  • 
  • Gəncədəki dövlət idarəsində həyəcan

    Gəncədəki dövlət idarəsində həyəcan ...

    20-10-2014, 14:56


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu