Diqqətli oxucular yəqin ki, “böyrəyimi satıram” elanlarını oxuyub, vəziyyətin nə yerdə olduğunu anlayacaqlar və şəhərin müxtəlif yerlərində lentə alınmış üç fotoşəkli də, söylənilənləri tam təsdiq etmiş olacaq
Son vaxtlar çoxunuz bir çox apteklərdə, binaların giriş qapılarında “böyrəyimi satıram” elanı ilə yəqin ki, rastlaşmısınız. Bəlkə də, bu "həyəcan siqnalı" çoxunuzun diqqətini cəlb etməyib. Bu cür elanların müxtəlif yerlərdə, o cümlədən “20 Yanvar” metrostansiyasının həndəvərlərində asılması, birbaşa ölkə əhalisinin iqtisadi durumunun getdikcə pisləşməsindən xəbər verir. İnsanlar işsizlikdən bezdikləri üçün və bir parça çörəyə möhtac qaldıqlarına görə, belə bir addımlarını atmağa qərar verirlər.
Hökumət bu cür elanlardan nəticə çıxarmalı və insanların maddi durumunun pisləşməməsi üçün, təxirəsalınmaz tədbirlər də görməlidir. Əks halda yəqin ki, bundan da betər elanları dövlət binalarının fasadlarına da yapışdırmalı olacaqlar və.s vəlaxir.
Sorğu
Yeni dizaynımız necədir?