GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bahalı biletlər də bəs etmədi: - Cahangir Əsgərov yenə pul qopartmaq istəyir

Bahalı biletlər də bəs etmədi: - Cahangir Əsgərov yenə pul qopartmaq istəyir

Tarix: 18-05-2022, 15:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 129


“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci ili 76 milyon 415 min manat zərər ilə başa vurub.

2019-cu ildə isə AZAL-ın zərəri 78 milyon 770 min manat idi. Hətta 2019-cu ildə AZAL-ın sərnişin daşımalardan və digər xidmətlərdən gəlirləri 1 milyard 8 milyon 459 min manat olmasına baxmayaraq, 2020-ci ildə isə bu rəqəm 335 milyon 236 min manata qədər azalıb. Qeyd edək ki, AZAL gəlirlərinin azalmasını koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlər ilə bağlı olduğunu açıqlayıb.

Amma nəzərə almaq lazımdır ki, 2020-ci ildə AZAL-a dövlət tərəfindən pandemiya ilə bağlı olaraq 232 milyon 82 min manat subsidiya ayrılıb. Bununla yanaşı, quru sərhədlərinin bağlı olması ölkəyə gediş-gəliş sadəcə hava yolu ilə mümkündür. Üstəlik, AZAL-ın bilet qiymətlərinin fantastik dərəcədə baha olması da hər kəsə məlumdur. Dünyanın ən bahalı sərnişin daşıma şirkətlərindən biri olan AZAL-ın pandemiyanı bəhanə edərək hər ili zərərlə bitirdiyini açıqlaması da birmənalı qarşılanmır.

Belə olan halda sual yaranır, Cahangir Əsgərovun rəhbərlik etdiyi AZAL-ın hər il zərər etməsinin səbəbi nədir? Gundemxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Razi Abbasbəyli bildirib ki, “Azərbaycan Hava Yolları” sistemində uzun illərdir davam edən xaos var:

“Bu xaos kimlərinsə marağındadır və ortada milyonların talanmasından söhbət gedir. Azərbaycanın hava nəqliyyatı sektorunda dövlətin payının yüksək olması və daha aşağı sinifli xarici şirkətlərin buraxılmaması da sektorda ciddi xaotik bir vəziyyət yaradır. Açıqlanan məlumat isə konkret olaraq, korrupsiya üçün yeni bir zəmin yaratmaq məqsədi daşıyır. Onlar bu vasitə ilə yenidən dövlətdən pul qopartmağa çalışırlar.

Lakin AZAL rəhbərliyi də yaxşı bilir ki, ölkə əhalisi arasında biletlərin baha olması ilə bağlı uzun zamandır çox ciddi narazılıq var. Hətta bununla bağlı dəfələrlə deputatlar da Milli Məclisdə iradlarını bildiriblər. Bütün bu proseslərin baş verdiyi vəziyyətdə isə AZAL pandemiyanı əsas gətirərək ziyanla işlədiyini açıqlayır. Əlbəttə ki, bu səbəblər heç də əsaslı sayıla bilməz. Çünki həm dövlətin payının yüksək olması, həm də digər özəl şirkətlərin hava nəqliyyat sektorumuza buraxılmaması burada çox ciddi korrupsiya faktlarının olduğunu göstərir. Onlar narazılığın qarşısına bir arqument qoymaq üçün ziyanla işlədiklərini açıqlayırlar. Yəni ziyanla işlədikləri üçün tariflərin yüksək olduğunu demək istəyirlər. Bu isə korrupsioner məmurların özünü qoruma instikti kimi qəbul edilə bilər. Çünki bu, heç bir iqtisadi əsası olmayan yanaşmadır”.

Ekspert son 2 ildə dünyada turizm və iqtisadi sektorların inkişafında hava daşımaçılığının daha çox inkişaf etdiyini diqqətə çatdırıb:

“Həmçinin, ucuz qiymətə daşımaçılığı həyata keçirən nəqliyyat şirkətlərinə də tələb artıb. Böyük nəqliyyat şirkətləri bəzən ziyanla qarılaşdıqları halda, kiçik daşımaçılıq şirkətləri uğur qazana bilirlər.

Xatırladım ki, Azərbaycanda da Gəncə, Qəbələ, Füzuli və ya digər şəhərlərimizə ucuz qiymətlərə daşıma təklif edən şirkətlərin cəlb olunması gündəmə gəlmişdi. Bu, dünyanın bir çox ölkələrində təcrübdən keçmiş metoddur. Hətta Gürcüstanda bənzər addımlar atılıb və sərnişinlərə çox ucuz qiymətlər təklif olunur. Əgər AZAL ziyanla işləyirsə, o zaman kənara çəkilsin. Heç olmasa, regionlardakı hava limanlarına ucuz qiymətlərlə biletlər təklif edən şirkətləri buraxsınlar. AZAL həqiqətən ziyanla işləyirsə, ya özəlləşdirilməli, ya da ki bu sahəyə ucuz biletlər təklif edən şirkətlər gətirilməlidir. Beləliklə, dövlətin də yükü azalar və ziyanla işləyən bir şirkətə əlavə pul verməz. Üstəlik, digər xarici şirkətləri Azərbaycanın hava məkanına buraxmaqla, onların ödədiyi vergi hesabına da dövlət xeyir görər”.

Razi Abbasbəyli hesab edir ki, AZAL-da istifadə edilən vəsaitlərlə bağlı araşdırılma aparılmalıdır:

“Son 10 il ərzində AZAL-da hər hansısa bir audit aparılması ilə bağlı da rəsmi məlumat yoxdur. Hətta Hesablamalar Palatasının bununla bağlı heç bir açıqlamasına da rast gəlmirik. Fikrimcə, ən qısa zamanda AZAL-da yoxlamalar həyata keçirilməlidir. Əminəm ki, yoxlamalar zamanı AZAL-da ziyan yox, milyonlarla vəsaitin talan edildiyinin şahidi ola bilərik”.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AZAL –ın borcu 650 milyon manatı ötür – Nazir

    AZAL –ın borcu 650 milyon manatı ötür – Nazir ...

    31-05-2016, 23:57

  • 
  • Cahangir Əsgərov yarım milyard manatı harada “gizlədib”...

    Cahangir Əsgərov yarım milyard manatı harada ...

    8-11-2013, 11:29

  • 
  • Cahangir Əsgərov AZAL-da kimə daha çox pul verir?

    Cahangir Əsgərov AZAL-da kimə daha çox pul verir? ...

    12-11-2013, 15:01

  • 
  • Məlum olub ki, AZAL 2018-ci ili də zərərlə başa vurub-FOTOLAR

    Məlum olub ki, AZAL 2018-ci ili də zərərlə başa ...

    27-08-2019, 15:52

  • 
  • AZAL qiymətləri kəskin azaltdı - Bakı-İstanbul 90 manat

    AZAL qiymətləri kəskin azaltdı - Bakı-İstanbul 90 ...

    15-07-2015, 15:03


Təqvim

«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2022 (63)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu