GundemXeber.Az bildirir ki, "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nin rəhbəri Fikrət Cəfərli Baş prokurur Kamran Əliyevə müraciət edib.
O, Tərtər sakini Səxavət Orucov qanunsuz həbs olunması amansız işgəncələrə məruz qaldığını deyir.
Fikrət Cəfərli
Cəfərli deyir ki, bu barədə "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nə Səxavət Orucovun vəkili Səadət Seyidli yazılı müraciət edib.
"Qanunsuz və qurama ittihamlarla azadlıqdan məhrum edilmiş Səxavət Orucovun məruz qaldığı amansız işgəncələrlə bağlı onun vəkili Səadət Seyidli "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nə müraciət edərək, hüquqlarını müdafiə etdiyi şəxsin başına gətirilən amansız işgəncələrin və işgəncə yoluyla alınmış etirafedici ifadələrin necə alındığını tam dolğunluğu ilə izah edib”, - deyə Cəfərli qeyd edib.
Səxavət Orucov
Hüquq müdafiəçisi həmin müraciəti Kamran Əliyevə göndərdiyini deyir: "Vəkil Səadət Seyidlinin qan donduran müraciətini sizə göndərmişik”
Səadət Seyidli
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” hesab edir ki, Baş prokuror vəkil Səadət Seyidlinin müraciətini nəzarətinizə götürməli, işin yenidən istintaqa qaytarılması və işgəncə verən vəzifəli şəxslərin qanunun müvafiq tələblərinə əsasən cəzalandırılmasını təmin etməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?