GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şirvan ŞPŞ-i vətəndaşı dövlət orqanlarından narazı salır

Şirvan ŞPŞ-i vətəndaşı dövlət orqanlarından narazı salır

Tarix: 26-05-2022, 11:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 674

Artıq bir neçə dəfədir ki, GundemXeber.Az saytında İmişli rayonu, Hacırüstəmli kənd sakini Dərgah Əhliman oğlu Mehtiyevin 27 avqust 2018-ci il tarixdən üz-üzə qaldığı problemlə bağlı yazı yayımlamışıq. Yəni, yayımladığımız yazılarda qeyd etmişik ki, Dərgah Mehtiyevə məxsus olan, dövlət nömrə nişanı 99-CF-244 olan “Mersedes” markalı avtomobilindən, onun 16 min manat pulu, sürücülük vəsiqəsi, bir neçə şəxsiyyət vəsiqələri, bank kartları və əl çantası oğurlanır. Oğurluq hadisəsi Şirvan şəhərindəki Müalicə Diaqnostika Mərkəzinin qarşısında baş verir və bu fakt ilə bağlı Dərgah Mehtiyev dərhal Şirvan ŞPŞ-nə, bir çox dövlət qurumlarına, o cümlədən DİN-nə rəsmi qaydada şikayət ərizələrini göndərir. Bu şəxsin yazmış olduğu şikayət ərizələri əsasında Şirvan ŞPŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi açılır və Dərgah Mehtiyev zərərçəkən şəxs qismində tanınır. Buna baxmayaraq, baş vermiş oğurluq faktı ilə bağlı ŞPŞ-də başlanmış cinayət işinin istintaqını aparan müstəntiq Əhməd Baloğlanov, zərərçəkən şəxsin iddiasına görə işin mühüm hallarını istintaqdan gizlədir. Yəni, hadisənin baş verdiyi ərazidə müşahidə kamerasının olmasına baxmayaraq, həmin kameraya baxış keçirmir. Bundan əlavə, oğurluq hadisəsi baş verən vaxtlarda Müalicə Diaqnostika Mərkəzində mühafizəçi işləyən şəxsin şəxsiyyəti araşdırılıb müəyyən olunmur. Bu cür hərəkətlər də onu söyləməyə əsaslar verir ki, deməli oğurluğu törətmiş şəxs və ya şəxslər Şirvan ŞPŞ-nin əməkdaşlarına məlumdur.

    Qeyd edək ki, bu işlə bağlı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi qaldırılsa da, iş üzrə icraat dəfələrlə dayandırılır. Sonuncu dəfə, yəni 01 dekabr 2021-ci il tarixdə bu yöndə çıxarılmış qərar Şirvan şəhər Prokurorluğu tərəfindən ləğv olunur və toplanmış iş materialları təkrar ŞPŞ-nin istintaq bölməsinə qaytarılır. Onu da qeyd edək ki, zərərçəkən Dərgah Mehtiyev 09 dekabr 2021-ci il tarixdə cinayət işinə aid  materialların surətlərini əldə etmək məqsədilə Şirvan ŞPŞ-nə müraciət edir. Təəssüflər olsun ki, qarşı tərəf bundan imtina edir və imtina etmələrini onunla  əsaslandırırlar ki, yalnız istintaq tam şəkildə baş çatdıqdan sonra, iş materiallarının surətləri maraqlı tərəflərə verilə bilər. Əslində iş materiallarının surətlərinin Dərgah Mehtiyevə verilməsindən imtina olunması, birbaşa onun hüquqlarının kobud şəkildə pozulması demək olur. Çünki, hüquq bütün hallarda cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra, mümkün məhkəmə baxışına hazır olmaq məqsədilə zərərçəkmiş şəxsə, təqsirləndirilən şəxsə, müdafiəçiyə və s. iş materialları ilə tanış olmaq, onların surətlərini əldə etmək ixtiyarı verir. Digər tərəfdən, Azərbaycan Respublikası CPM-də proses iştirakçılarının cinayət prosesinin istənilən mərhələsində iş materialları ilə tanış olmaq, surətlərini əldə etmək hüququ da nəzərdə tutulub. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüququn digər normalarına əsasən də, bunlar heç zaman qadağan olunmur. Hətta, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi cənab Arzu Daşdəmirov, Dərgah Mehtiyevin yazmış olduğu şikayət ərizəsinə verdiyi cavabda, onun iş materiallarının surətləri ilə tanış olmaq hüququ tanınıb və bununla bağlı müstəntiq qarşısında vəsatət qaldırmaq səlahiyyətinə malik olduğu da izah olunub. Bu belə olduğu halda zərərçəkən Dərgah Mehtiyevə qarşı bəslənən belə bir münasibətin varlığı, bu gün ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Yəni sual oluna bilər ki, əgər qanun zərərçəkən şəxsə cinayət işinə aid materialların surətlərini əldə etmək ixtiyarı verirsə, səbəb nədir ki, Şirvan ŞPŞ-də qanunun belə bir tələbinə əməl olunmur?

   Bir xatırlamanı da yada salaq ki, 08 aprel 2022-ci il tarixdə GundemXeber.Az xəbər portalında “Şirvan ŞPŞ-də 16 min manatlıq oğurluq faktı niyə araşdırılmır?- SƏBƏB” başlıqlı məqalə yayımlandıqdan sonra, həmin günün səhəri redaksiyamızın elektron poçtuna DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı cənab Nizam Həmidov tərəfindən mövqe göndərildi və həmin mövqedə qeyd olunmuşdur ki, “Zərərçəkən İmişli rayonu, Hacırüstəmli kənd sakini Dərgah Əhliman oğlu Mehtiyev 2018-ci ildə Şirvan Şəhər Polis Şöbəsinə müraciət edib və özünə məxsus avtomobildən oğurluq olunması ilə bağlı məlumat verib. Məlumatla əlaqədar şöbə əməkdaşları hadisə yerində olublar, ilkin araşdırmalar aparılıb. Lakin həmin vaxt hadisəni törədən şəxs və ya şəxslərin isti izlərlə müəyyən edilərək saxlanılması mümkün olmayıb. Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir”. Bəli, biz bunu özümüz üçün borc bildik və göndərilmiş mövqeni Qanunun tələbi əsasında GundemXeber.Az xəbər portalında da yayımladıq. Amma, hər kəs üçün, ələlxüsus bizim üçün qaranlıq qalan məsələ o oldu ki, cənab Nizam Həmidov tərəfindən digər halların varlığına heç bir halda aydınlıq gətirilmədi. Məsələn, hansı səbəbdən hadisənin baş verdiyi ərazidə müşahidə kamerasının olmasına baxmayaraq kameraya baxış keçirmir, oğurluq hadisəsi baş verən vaxtlarda Müalicə Diaqnostika Mərkəzində mühafizəçi işləyən şəxsin şəxsiyyəti araşdırılmır, zərərçəkən Dərgah Mehtiyevin cinayət işinə aid  materialların surətlərini əldə etmək hüququ və s. təmin olunmur. Yəni, indiyə kimi DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı cənab Nizam Həmidov tərəfindən lazımi araşdırmalar aparılaraq, bu kimi halların varlığına hansısa formada mövqe bildirilməyib. Deməli, Şirvan ŞPŞ-i əməkdaşlarının belə bir addımlarının kökündə baş vermiş cinayət işini ört-basdır etmək, vaxtı uzatmaq, son anda vətəndaşı dövlət orqanlarından narazı salmaq, zərərçəkən şəxsdə hansısa formada inamsızlıq hissi formalaşdırmaq və s. durur. Bundan əlavə, bu cür addımlar daxili işlər naziri cənab Vilayət Eyvazovun, daxili işlər orqanları sahəsində həyata keçirdiyi əsaslı islahatlara, atdığı müdrik addımlara müəyyən qədər xələl də gətirir. Düşünürük ki, cənab Nazir Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının bu cür addımlarını şəxsi nəzarətinə götürəcək və zərərçəkən Dərgah Mehtiyevin pozulmuş hüquqlarının bərpası yöndə aidiyyatı üzrə lazımi tapşırığını da verəcək. 

Mövzuya qayıdacağıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şirvan Şəhər Prokurorluğu istintaqın qeyri-obyektiv aparıldığını təsdiq edir- FOTO/FAKT

    Şirvan Şəhər Prokurorluğu istintaqın ...

    25-04-2022, 10:29

  • 
  • Şirvan ŞPŞ-də 16 min manatlıq oğurluq faktı niyə araşdırılmır?- SƏBƏB

    Şirvan ŞPŞ-də 16 min manatlıq oğurluq faktı niyə ...

    8-04-2022, 16:57

  • 
  • Cənab Nazir ŞPŞ-nin rəhbərliyinə şiddətli töhmət versə də, problemlər hələ də aşıb-daşır - GİLEY

    Cənab Nazir ŞPŞ-nin rəhbərliyinə şiddətli töhmət ...

    13-04-2022, 09:17

  • 
  • Şirvan Şəhər Polis Şöbəsi mövqe bildirdi

    Şirvan Şəhər Polis Şöbəsi mövqe bildirdi ...

    9-04-2022, 13:29

  • 
  • "Azərpoçt"un filialından seyf oğurlanıb - FOTO

    "Azərpoçt"un filialından seyf oğurlanıb ...

    13-12-2018, 14:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu