GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Azərsun” duru yağların qiymətini artırdı... - Monopolist istehsalçının bunun üçün zəruri səbəbləri var?

“Azərsun” duru yağların qiymətini artırdı... - Monopolist istehsalçının bunun üçün zəruri səbəbləri var?

Tarix: 30-06-2022, 11:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 274

Azad İstehlakçılar Birliyinin sədri: “Məndə olan məlumata görə “Azərsun” kənar ölkələrdən xammal yağı alır, ölkədə onu təmizləyir və qablaşdırır”.

“Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunmuş bir bazar olduğuna görə, dünya bazarındakı qiymət artımı Azərbaycandan da yan keçmir”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Azərsun” Holdinqin istehsal etdiyi duru yağların topdansatış qiymətini yenidən 13 faizə yaxın bahalaşdırmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

“Azərsun” Holdinqin istehsal etdiyi duru yağların topdansatış qiyməti yenidən 13 faizə yaxın bahalaşıb. Başqa ərzaq məhsullarının qiyməti də durmadan artır. Məsələn, “Azərsun”un istehsal etdiyi şəkər tozu ötən ilki qiymətdən təxminən 70 faiz baha satılır. Qiymət artımının səviyyəsi onu göstərir ki, ilin sonuna qədər vətəndaşların indiki maaş, pensiya, müavinət gəlirləri qida və gündəlik xərclərin 50 faizini qarşılaya bilməyəcək.

Qeyd edək ki, “Azərsun” Holdinq qida sahəsində ölkədə monopoliyaya sahib olan əsas şirkətlərindən biridir.

Bəs indiki şəraitdə monopolist mövqeyə sahib olan “Azərsun” Holdinqin yağın qiymətini artırmaq üçün zəruri tələbatı mövcud idimi?

Azərbaycanda duru yağların qiymətinin artma səbəblərini PİA.az-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Eyyub Hüseynov: ““Azərsun”dan başqa da bazarda böyük yağ idxalçıları, qablaşdırıcıları peyda olmalıdır”.

Azərsunun yağ bazarında qiymətləri sabit saxlamaq üçün müvafiq işləri aparacağına inanan Azad İstehlakçılar Birliyinin sədri PİA.az-a bildirib ki, qiymət artımında bəzən məcburiyyət məsələsi də ortaya çıxır ki, bu da bir çox amillərdən asılı olur:

“Məndə olan məlumata görə Azərsun kənar ölkələrdən xammal yağı alır, ölkədə onu təmizləyir və qablaşdırır. Azərbaycanın yağ bazarında stabil qiymətin olmasında “Azərsun”un böyük rolu var. Hələ bir il bundan öncə Rusiyada duru yağlar 70 faizə qədər bahalaşdı. Ukraynada başlayan müharibədən sonra isə bütün dünyada duru yağlarla bağlı qıtlıq hiss olunmaqdadır. Çünki dünya bazarına çıxarılan duru yağların 30-35 faizi Ukraynada istehsal olunur. Müharibə səbəindən Qara dənizdə ticarət yollarının bağlanması da dünya bazarında qiymət artımında rol oynayır. Digər tərəfdən isə dünya bazarında əsas duru yağ istehsalçılarından biri olan Rusiyada duru yağın ixracına qadağa qoyub və bu qadağa əsasən Qərb ölkələrinə aiddir.

Eyyub Hüseynov: “Rusiya-Ukrayna müharibəsi, böyük yağ ixracatçısı olan bu ölkələrdə baş verənlər, əlbəttə ki, Azərbaycan bazarına, o cümlədən Azərsuna təsir etməyə bilməzdi”.

Bu günə qədər isə “Azərsun” Azərbaycanda duru yağların qiymətini stabil saxlaya bilirdi. Görünür ki, bu daha mümkün deyil.

“Azərsun”dan başqa 20-ə yaxın hüquqi və fiziki şəxs Azərbaycana duru yağ gətirir. Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunmuş bir bazar olduğuna görə dünya bazarındakı qiymət artımı Azərbaycandan da yan keçmir. Düşünürəm ki, Azərbaycanda yağ bazarının sabit qalması üçün hökumət laızmı işləri aparmalıdır. Azad bazar iqtisadiyyatı fəndlərindən tam istifadə olunmalıdır. Bazara yeni oyunçular da gəlməlidir. “Azərsun”dan başqa da bazarda böyük yağ idxalçıları, qablaşdırıcıları peyda olmalıdır.

Hesab edirəm ki, “Azərsun” yağ bazarında qiymətləri sabit saxlamaq üçün müvafiq işləri aparacaq. Lakin qiymət artımında bəzən məcburiyyət məsələsi də ortaya çıxır ki, bu da bir çox amillərdən asılı olur. Yəni dünya bazarında yağların qiymətinin bu qədər qalxması və Rusiya-Ukrayna müharibəsi, böyük yağ ixracatçısı olan bu ölkələrdə baş verənlər, əlbəttə ki, Azərbaycan bazarına, o cümlədən Azərsuna təsir etməyə bilməzdi”.

Gundemxeber.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəkər tozunun da qiyməti qalxdı - ÖZƏL

    Şəkər tozunun da qiyməti qalxdı - ÖZƏL ...

    11-12-2015, 03:04

  • 
  • Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM

    Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - ...

    26-10-2020, 13:25

  • 
  • "Azərsun Holdinq"in vergi maxinasiyası

    "Azərsun Holdinq"in vergi maxinasiyası ...

    25-12-2012, 13:18

  • 
  • ““Azərçay”ın üzərində niyə Azərbaycanın milli geyimləri yoxdur?” - Şirkət rəhbəri "Azərsun"u tənqid etdi

    ““Azərçay”ın üzərində niyə Azərbaycanın milli ...

    26-12-2017, 20:30

  • 
  • Qiymət artımı davam edəcək... - Bəs qida və sənaye mallarının qiymətindəki surətli artımın səbəbi nədir?

    Qiymət artımı davam edəcək... - Bəs qida və ...

    17-02-2021, 11:38


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (534)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu