Bunlar dövlətə məxsus inzibati binaların iş otağı ilə fahişəxanaları səhv salıblar desək, yanılmarıq. Seksual hərəkətlərlə məşğul olan məmurlar bilməlidirlər ki, dövlət atributlarını əks etdirən uniformada əxlaqsız hərəkətlərə yol vermək qadağandır. Bu kimi hərəkətlərin məsuliyyəti də çox ağır olmalıdır.
Kimlərsə deyə bilər ki, onların şəxsi işinə kimsənin qarışması düzgün deyil. Amma bilmək lazımdır ki, şəxsi iş onların evlərində və ya özlərinə məxsus "quşxanalarında" ola bilər. Azərbaycan Respublikası adından qəbul olunmuş qanunlar və Xalqımıza aid olan mentalitet heç cür imkan vermir ki, belə əxlaqsız hərəkətlərə yol verilsin. Dövlətin atributları altında və hansısa nazirliyin iş otağında belə bir olayın yaşanmasının qarşısı çoxdan alınmalı idi.
Hesab edirik ki, bütün cəmiyyətin gözü qarşısında ictimailəşdirildikdən sonra, məsələyə rəsmi müdaxilə edilməsi gecikmiş hesab olunar. Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Fizuli Əsədovun koməkçisi polkovnik Zaur Mirzəyevin iş otağında ayrı-ayrı qadınlarla açıq-aşkar çəkilmiş seks-videoların sayı onlarladır.
Görün ki, Millətin sərvətini talayıb nə işlərlə məşğul olurlar. Sadəcə dəhşətdir!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?