GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Penitensiar Xidmətin Müalicə Müəssisəsində qalmaqal - İLGİNC FAKTLAR

Penitensiar Xidmətin Müalicə Müəssisəsində qalmaqal - İLGİNC FAKTLAR

Tarix: 23-08-2022, 16:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 315

Azərbaycanda kriminal vəziyyət ürəkaçan səviyyədə deyil. Ölkəmizdə xüsusi amansızlıqla törədilən qətl olaylarının sayında ciddi artım müşahidə olunmaqdadır. Baş verən qətllər, talançılıq, soyğunçuluq, oğurluq və s. tipli cinayət əməlləri fonunda isə mütəşəkkil qruplar özlərinin “parlaq dönəmləri”ni yaşayırlar. Bu baxımdan, son illər cəmiyyətin müəyyən kəsiminin ayrı-ayrı kriminal ünsürlərə sevgi ilə yanaşması heç də təsadüf deyil. Hətta vəziyyət o həddə çatıb ki, dövlət məmurları arasında da avtoritetlərin, “qanuni oğru”ların şərəfinə böyük məclislər qurulur, şəninə sağlıqlar deyilir. O cümlədən, rəhmətə gedənlərin hər il anım günləri, doğum tarixləri qeyd olunur. Bu haqda az sonra bəzi faktları təqdim edəcəyik. Bundan öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssində baş verən bir hadisə ilə bağlı dəyərli oxucularımıza məlumat verək.

Penitensiar Xidmətin Müalicə Müəssisəsində qalmaqal

Gundemxeber.az bildirir ki, “Hürriyyət”in etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, avqustun əvvəlində Penitensiar Xidmətin Müalicə Müəssisəsində 3 məhkum arasında dava düşüb. Belə ki, 1996-cı il təvəllüdlü Bəylərli Zaur Zeynal oğlu və 1990-cı il təvəllüdlü Süleymanov Vüsal İlqar oğlu aralarından düşən mübahisə nəticəsində 1986-cı il təvəllüdlü Məhərrəmov Orxan Nazim oğlunu ölümcül vəziyyətdə döyüblər. Nəticədə Orxanın bud sümüyü sınıb və ağır kəllə-beyin travması alıb. Hazırda məhkumun ölüm ayağında olduğu bildirilir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin (CM) 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə), 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.6 (işgəncə verməklə törədildikdə), 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və s. maddələri ilə azadlıqdan məhrum olunan Bəylərli Zaur və Süleymanov Vüsal 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhərrəmov Orxan isə CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə 6,6 il müddətinə həbsə atılıb.

Elxan İsgəndərov əvvəlki tarixə sərəncama göndərilib…

Əldə etdiyimiz məlumata görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş verən bu kimi hadisələrə birbaşa cavabdehlik daşıyan rəis müavini Elxan İsgəndərov sözügedən olaydan sonra sərəncama göndərilib. Əlbəttə, burda məqsəd heç də E.İsgəndərovu cəzalandırmaq olmayıb. Əksinə, mənbənin sözlərinə görə, Ədliyyə nazirinin müavini, Penitensiar Xidmət rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun oğlunun yaxın dostu olan Elxan İsgəndərov məlum qalmaqaldan əvvəlki tarixə sərəncama çıxarılmaqla, məsuliyyətdən uzaqlaşdırılıb. Yəni döyülən məhkum hazırda ölüm ayağında olduğundan, Elxan İsgəndərov hadisədən 2 gün əvvələ - 01.08.2022-ci il tarixinə sərəncama çıxarılıb ki, Orxan ölsə “sudan quru çıxmağı” bacarsın. O.Məhərrəmov “kəfəni yırtarsa” E.İsgəndərovun yenidən öz vəzifəsinə, yaxud başqa bir yüksək vəzifəyə təyin olunacağı istisna olunmur.

"Oğru ideyaları”nın daşıyıcıları üçün istirahət məkanı…

Əlbəttə, general-leytenant Ceyhun Həsənovun oğlunun dostu, özü ilə birlikdə gətirdiyi E.İsgəndərovu gələcəkdə hansı vəzifəyə təyin edib-etməyəcəyi bizim üçün o qədər də maraqlı deyil. Bu gün bizi düşündürən odur ki, kriminal aləmin üzvləri hansı “xidmətləri”nə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə istirahətə göndərilirlər?! Ən dəhşətlisi isə odur ki, onlar azadlıqda olduğu kimi, içəridə də öz əməllərini davam etdirir, istədiklərini “asıb-kəsirlər”. Əgər belədirsə, bəs məhkumlar necə islah olunmalıdır? Xüsusilə, məlum hadisəni törədən Bəylərli Zaur və Süleymanov Vüsalın "oğru ideyaları”nın daşıyıcıları olduğu haqda informasiyaları nəzərə alsaq, o halda, necə olur ki, onlar eyni vaxtda Müalicə Müəssisəsində toplaşır və digər məhkuma qarşı ölümcül xəsarət yetirirlər?! Bəs, əməliyyat üzrə müavin Elxan İsgəndərov hara baxır?

Onu da nəzərə alsaq ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə ya pulla, ya da tapşırıqla yerləşmək mümkündür, deməli, burda bir sıra qaranlıq məqamlar meydana çıxır. Əlbəttə, "oğru ideyaları”nın daşıyıcılarının müəssisəyə pulla yerləşdirilməsini hardasa başa düşmək olar. Çünki Penitensiar Xidmətin nəzarətində olan həbsxanalarda, eləcə də Müalicə Müəssisəsində “açıq bazar” olduğu haqda bundan öncə də dəfələrlə yazı dərc etmişik. O cümlədən, bu məlumatlar məhkumlar tərəfindən redaksiyamıza daxil olan məktublarda da öz əksini tapır.

Müalicə Müəssisəsinə kimlər yerləşdirilə bilər?

Əgər haqqında söhbət açdığımız Bəylərli Zaur və Süleymanov Vüsal pulla deyil, hansısa kriminal qruplaşma rəhbərinin, avtoritetin tapşırığı ilə Müalicə Müəssisəsinə istirahətə göndərilibsə, artıq bu haqda müvafiq qurumların ciddi araşdırma aparmasına ehtiyac yaranır. Doğrudur, Bəylərli Zaurun alışqanın dəmiri ilə sol qolunu, Süleymanov Vüsalın isə məftillə qarnını bir neçə yerdən cızdıqları bildirilr. Lakin kimsəyə sirr deyil ki, bu cür metodlar sadəcə Müalicə Müəssisəsi rəhbərliyinin işini asanlaşdırmaq məqsədi daşıyır. Əks halda, hər bir məhkum özünə yüngül xəsarət yetirib Müalicə Müəssisəsinə yerləşməyə can ata bilər. Üstəlik, daha ağır xəsarət alan, xəstələnən imkansız və kimsəsiz məhkumların illərlə Müalicə Müəssisəsinin üzünü görmədiyi də kimsəyə sirr deyil. Deməli, belə olduğu halda Bəylərli Zaur və Süleymanov Vüsalı digər məhkumlardan “fərqləndirən” hansısa səbəblər mövcuddur.

1 saylı “zon”un rəisi “oğru”lara yas mərasimi təşkil edib

O ki qaldı bəzi məmurların “qanuni oğru”ların şərəfinə məclislər təşkil etməsinə, mətbuatda dərc olunan informasiyaya əsasən, bir neçə gün əvvəl Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı həbsxanada yas mərasimi təşkil edib və ehsan olaraq “çefir” (tünd çay) paylayıb. Məlumata əsasən, mərasimdə məhbusların 80%-i iştirak edib.

Həbsxanada yas mərasimi təhlükəsiz keçsin deyə, E.Həsənov cəzaçəkmə müəssisəsinin bütün işçilərini səfərbər edib və onlara “düzül” əmri verilib.

Jurnalist Samir Feyruzov yazır ki, R.Lənkəranskinin yas mərasimi 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi E.Həsənovun şəxsi tapşırıqları əsasında təşkil edilib.

“Sabah isə – 19 avqust “Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun anım günüdür. E.Həsənovun “Lotu Quli”nin ölüm günü ilə bağlı yas mərasimiin təşkil olunması üçün tapşırıq verib və hazırda həbsxanda bununla bağlı hazırlıqlar həyata keçirilir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan islahatlardan kənarda qalan yeganə və ən problemli sahələrdən biri və birincisi məhz Penitensiar Xidmətdir. Azərbaycan qalib ölkə kimi təhsili, iqtsiadiyyatı inkişaf etdirməyi və ordunu daha da gücləndirməyi, maaarifləndirmə prosesini sürətləndirməyi qarşısına əsas mqəsəd qoyub.

Ancaq belə bir şəraitdə əynində zabit rütbəsi daşıyan 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi E.Həsənovun cinayətkarlığı təbliğ etməsi, məhbusları islah etmək əvəzinə, onları kriminallaşdıran üsullara əl atması rəzalətdir və bu, qanunla hüquqi məsuliyyət yaradır.

E.Həsənov vəzifə səlahiyyətlərindən istifadə edərək bütün məhbusları, cəzaçəkmə müəssisəsinin əməkdaşlarını qanundan kənar mərasimlərin keçirilməsinə cəlb edir, havayı ehsan (hələ bu ehsanın hansı pulla verildiyi bilinmir) paylayır”, - deyə jurnalist yazır.

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda cinayətkarlığın artmasının əsas səbəblərindən biri cəzaçəkmə müəssisələrində islah prosesinin aparılmamasıdır. Ona görə də məhbuslar azadlığa çıxandan sonra yenidən cinayət törədərək həbxanaya yollanırlar.

Bu prizmadan yanaşsaq, bəzi həbsxana rəislərinin öz vəzifələrinin öhdəsindən layiqincə gəlmədiyi şübhə doğurmur. Mərhum dövlət başçısı Heydər Əliyevin məşhur bir fikri var: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Çox təəssüflə qeyd edilməlidir ki, bu gün məhkəmələr cinayətkarlar barəsində cəza tətbiq etsə də, onların bir qrupu Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində azadlıqda olduqlarından daha yaxşı həyat yaşayırlar. Bu isə, şübhəsiz ki, ölkədə “oğru dünyası”na marağı daha da artırır. Və son dönəmlər Azərbaycanda kriminal şəbəkələrin çox ciddi şəkildə baş qaldırmasına da məhz bununla aydınlıq gətirmək olar. 


Gundemxeber.Az




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədova həkimləri aldadırmış

    Gülər Əhmədova həkimləri aldadırmış ...

    15-10-2013, 12:54

  • 
  • Müalicә Müәssisәsində yanğın barədə məlumat yayıldı

    Müalicә Müәssisәsində yanğın barədə məlumat ...

    11-12-2013, 11:54

  • 
  • Ədliyyə Nazirliyindən Fərhad Əliyev açıqlaması

    Ədliyyə Nazirliyindən Fərhad Əliyev açıqlaması ...

    28-09-2013, 13:45

  • 
  • Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər verdi

    Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər ...

    19-11-2013, 11:35

  • 
  • Nazir yeni rəisi təqdim etdi

    Nazir yeni rəisi təqdim etdi ...

    11-06-2016, 15:22


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu