“Fərhad Əliyevin səhhətində heç bir problem müşahidə olunmayıb”.
Bunu virtualaz.org-a açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
Onun sözlərinə görə, mətbuatda F.Əliyevin səhhətində ciddi problemin yaranması və təcili olaraq müalicə müəssisəsinə köçürülməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, dünən aznews.az hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin saxlandığı cəzaçəkmə müəssisəsində ürəyində ağrıların başlamasından sonra təcili şəkildə müalicə müəssisəsinə köçürüldüyü haqda məlumat vermişdi.
Məlumatda bildirilirdi ki, iki gün öncə qəfildən F.Əliyevin ürəyində ağrılar baş qaldırıb və sabiq nazir həbsxanada ilkin müayinənin ardınca müalicə müəssisəsinə aparılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?