GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Deputatın bir aylıq MMC-si Klinik Xəstəxanadan 154 min uddu

Deputatın bir aylıq MMC-si Klinik Xəstəxanadan 154 min uddu

Tarix: 1-09-2022, 13:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 367


Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsı cari təmir işləri üçün mal-materialların, dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı müsabiqə yolu ilə keçirdiyi Açıq Tenderə yekun vurması və “ALPHA MEDICAL AND CONSTRUCTION”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 154 976.48 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 05.08.2022-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.


Qeyd edək ki, Respublika Klinik Xəstəxanası böyük bir səhiyyə ocağıdır və dəftərxana və təsərrüfat mallarının satın alınmasına 154 976.48 manat dövlət vəsaitinin ayrılmasında təəccüblü heç nə yoxdu. Təəccüblü olan odur ki, sözügedən mallar xəstəxananın hər şöbəsində müdirlərin topladığı rüşvət hesabına alınır. Bəs onda ayrılan bu dövlət vəsaiti hara gedir?  Əvvəlcə gəlin Respublika Klinik Xəstəxanası satınalma müqaviləsi bağladığı “ALPHA MEDICAL AND CONSTRUCTION”  MMC-nin fəaliyyətinə diqqət yetirək.

Qeyd edək ki, Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Tender Komissiyası cari təmir işləri üçün mal-materialların, dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı dövlət satınalmalarının vahid internet portalında iddiaçılara heç bir dəvət elan vermədən həyata keçirimişdir. Amma tenderin şərtlər toplusundan belə  məlum olur ki, müsabiqəyə  04.07.2022-ci il tarixində başlanılıb, zərflərin açılış tarixi isə 04.08.2022-ci ilə tarixə müəyyən edilib. İndi gəlin görək tenderin qalibi olan MMC nə vaxt dövlət qeydiyyatına alınıb?

Gundemxeber.az aktualinfi.org-a istinadla bildirir ki, kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ALPHA MEDICAL AND CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.07.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, ŞƏFAYƏT MEHDİYEV, ev 142, m. 0, qanuni təmsilçisi kimi isə Məmmədov Müslüm Mürsəl oğlu qeyd olunub.

MMC-nin qanuni təmsilçisi Müslüm Məmmədovun kimliyi barədə açıq mənbələrdən yalnız bu məlumat çıxdı. 57 saylı Kürdəmir seçki dairəsindən mandat qazanan Məmmədov Müslüm Mürsəl oğlu (Bitərəf) (62,4 faiz) Belçika Krallığında Azərbaycan Kommunikasiya ofisinin rəhbəri vəzifəsində çalışıb.”ALPHA MEDICAL AND CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhz deputat Müslüm Məmmədova məxsus olub,olmaması ətrafında araşdırmalarımızı davam etdirəcik. Qayıdaq Respublika Klinik Xəstəxanasının Tender Komissiyasının yol verdiyi qanunsuzluqlara.

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da görsəndiyi kimi, Respublika Klinik Xəstəxanası tender müsabiqəsinə dəvətdən 10 gün sonra dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, son dövrlər tenderlərin keçirilməsi zamanı  bu tip qanun pozuntularına yol verilməsinə tez-tez rast gəlinir. Adət malgötürənlər, yəni sifarçilər bu qanunun kotirovka sorğularında keçərli olmadığını iddia edirlər. Amma göründüyü kimi Respublika Klinik Xəstəxanasının Tender Komissiyası kotirovkada deyil, birbaşa Açıq Tenderdə müsabiqəyə başlanıldıqdan 10 gün sonra dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlamağa üstünlük verib. Bəs qanunun tələbləri? Axı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən Respublika Klinik Xəstəxanasında Tender Komissiyasının üzvləri məgər bunları görməyib?

Respublika Klinik Xəstəxanasının satınalma şöbəsinin müdiri Mirsalam Səmədov isə bi göstərilənləri qəbul etmir. Telefon danışığı zamanı Mirsalam müəllim sualımıza sualla cavab verdi ki, “qanunda mənə göstərin ki, təzə yaradılan şirkət tenderdə iştirak edə bilməz.” Biz Mirsalam müəllimə tenderin şərtlər toplusundan qanunun bu tələbini xatırlatdıq: Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasını diqqətə çatdırdıq. Yəni bu o deməkdir ki, tenderdə iştirak etmək üçün ən azı bir il fəaliyət olmalıdır. Bundan sonra satınalma şöbəsinin müdiri Mirsalam Səmədov müqavilənin hələ bağlanılmadığını,Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən cavab gözlədiklərini qeyd etdi. MMC-nin qanuni təmsilçisi Müslüm Məmmədovu isə tanımadığını bildirdi.

Belə olan halda Respublika Klinik Xəstəxanasının Tender Komissiyası “ALPHA MEDICAL AND CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin tenderdə iştirakına nə üçün yol verib? Digər tərəfdən, heç bir göstəriciləri qanunun tələblərinə uyğun gəlməyən MMC necə qalib gəlib?  Çox güman ki, bu elə Müslüm Məmmədovun işidir. Çünki, bu kimi qanunsuzluğu kənar bir adam etsə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəti yol verməz. Amma arxada Müslüm Məmmədov kimi  bir deputat durarsa, təbii ki, olar.

Qeyd edək ki, bu Mirqasımov adına Respublika Klinik Xəstəxanasının tender prosedurlarında yol verdiyi ilk qanun pozuntusu deyil. Məsələn, mətbəə məhsullarının satınalınması üzrə 10.05.2022 başlanılmış kotirovka sorğusu müsabiqəsinin qalibi 15.02.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış “LOCAL SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 18.07.2022-ci il tarixdə 25 858 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Göründüyü kimi, burada da cəmi iki ay əvvəl dövlət qeydiyyatına alınmış MMC  üstünlük verilib.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhiyyə Nazirliyinin «dezinfeksiya edib yuduğu» pullar

    Səhiyyə Nazirliyinin «dezinfeksiya edib yuduğu» ...

    28-11-2013, 12:47

  • 
  • “Azergold” QSC ilə “LAB TEST” QSC-nin işbirliyindən şübhələnməmək olmur

    “Azergold” QSC ilə “LAB TEST” QSC-nin ...

    14-06-2022, 13:30

  • 
  • Psixiatriya Xəstəxanasında tender oyunu - İTTİHAM

    Psixiatriya Xəstəxanasında tender oyunu - İTTİHAM ...

    21-05-2020, 12:21

  • 
  • Sumqayıt İcra Hakimiyyətinin «uşaq bağçası» əməliyyatı - ÖZƏL

    Sumqayıt İcra Hakimiyyətinin «uşaq bağçası» ...

    29-02-2016, 22:50

  • 
  • Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham olunan şəxsə etibar edilib? - Xətaidə tender maxinasiyası

    Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham ...

    31-05-2021, 13:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu