GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Baba Rzayevin oğlu SAHİBKARI BELƏ MƏHV EDİR... - QOÇULUQ ZƏMANƏSİDİR?

Baba Rzayevin oğlu SAHİBKARI BELƏ MƏHV EDİR... - QOÇULUQ ZƏMANƏSİDİR?

Tarix: 7-09-2022, 12:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 726

Iqtisadi məsələlərə həsr olunan istənilən dövlət tədbirində mütləq şəkildə biznesin inkişafına dəstək çağırışı olur. Prezident çıxışlarında biznes mühitinin yaxşılaşdırılması üçün siyasi iradənin olduğunu vurğulayır və məmurlara sahibkarların qaldırdıqları problemləri operativ şəkildə həll etməyi tapşırır. “Məqsəd budur ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün”, – o, belə tədbirlərin birində deyib və əlavə edib: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır”.

“Amma bu çağırışlara çox vaxt məhəl qoyulmur,” – iş adamı Anar Qəribov bildirir. O da zamanında belə sözlərdən ruhlanaraq, öz biznesini qurub və çox tez bir zamanda müflis edilib: “Oliqarxların, yüksək vəzifəli məmurların ən yaxın çevrəsinin maraqları naminə bizim qanuni hüquqlarımız pozulur. Şikayətlərə baxılmır, sahibkarlara dəymiş ziyanı isə zorla onların özlərinə ödətdirirlər. Bəzən bu, onların tamamilə var-yoxdan çıxması ilə nəticələnir”.

Gundemxeber.az dia.az-a istinadla bildirir ki, Anar Qəribovun, daha dəqiqi, onun rəhbərlik etdiyi “FB-Company” ASC-nin işində adları keçənlər çoxdur. Buraya həm fiziki şəxslər, həm kommunal müəssisələr, həm də hüquq-mühafizə orqanları daxildir. Məhkəmələr isə artıq üçüncü ildir ki, həqiqəti müəyyən edə bilmirlər (ya da müəyyən etmək istəmirlər).

“Ona görə yox ki, gücləri çatmır. Ona görə ki, bizə qarşı atılan addımların arxasında qüdrətli adamlar dayanıb”, – artıq ümidsizliyə qapılmış iş adamı deyir. – “Fuad Rzayev və onun ortağı Babək Babayev kimi. Birincisi “Azərenerji”nin prezidenti Baba Rzayevin oğlu, ikincisi “Yeni Həyat” şirkətlər qrupunun rəhbəridir. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, biz dörd il əvvəl adıçəkilən şəxslərə məxsus “Azur” ticarət mərkəzində böyük bir sahənin (1285 kv.m) icarəyə götürülməsi barədə müqavilə imzaladıq. Həmin yer beş il boş qalmışdı. Çünki əvvəllər orada müxtəlif səviyyəli yolları olan kartinq yerləşirdi, ciddi vəsait tələb edən əsaslı təmir üçün isə investor tapmaq asan deyildi. Ancaq bizim böyük planlarımız var idi və biz investisiya tapa bildik. Sonradan anlaşılmazlıq olmasın deyə, tərəflər arasında bütün münasibətlər və öhdəliklər ciddi şəkildə sənədləşdirildi”.

“Tezliklə həmin yer tanınmaz dərəcədə dəyişdi”, – deyə Anar Qəribov davam edir. – “Bahalı, zövqlü təmir, düzgün yerləşdirilmiş reklam lövhələri yeni obyekti ticarət mərkəzinin ən çox ziyarət edilən yerlərindən birinə çevirdi. Bu, ticarət mərkəzinin sahiblərinin də diqqətindən yayınmadı, lakin onların reaksiyası çox özünəməxsus oldu. Müqavilənin imzalanmasından cəmi bir neçə ay keçməsinə baxmayaraq, onlar kirayə haqqını birdən-birə beş dəfə qaldırmaq qərarına gəldilər. Təsəvvür edirsiniz, biz əsaslı təmirə, ən müasir avadanlıqlara yarım milyon manata yaxın sərmayə qoymuşduq. Geyim əşyalarının alınmasına və çatdırılmasına da təxminən eyni məbləğ sərf edilmişdi. Mağaza işə başlayan kimi götürdüyümüz kreditləri ödəməyə başladıq. Elə bu zaman heç bir əsas olmadan icarə haqqını dəfələrlə artırdılar. Belə bir ultimatumla razılaşmaq mümkün deyildi”.

Binanın birinci mərtəbəsınin əhəmiyyətli hissəsini tutan mağaza ilə ticarət mərkəzi arasında münaqişə qısa zamanda açıq qarşıdurmaya çevrilib. Anar Qəribovun sözlərinə görə, icarəyə verən tərəfin nümayəndəsi mühafizə xidmətinin köməyi ilə tezliklə icarədarın əməkdaşlarını ticarət mərkəzindən çıxarıb. Sonra elektrik enerjisinin verilməsini kəsərək, günahı “Azərişığ”ın üzərinə atıblar. Yalanı sübut etmək çətin olmayıb: enerji təşkilatı yazılı şəkildə təsdiq edib ki, icarədara qarşı heç bir iddiası yoxdur. Amma bu da mərkəzin sahiblərinə təsir göstərməyib. İcarədar məhkəməyə üz tutmalı olub.

Nəhayət, 35 gündən sonra mağazaya elektrik enerjisinin verilməsi bərpa edilib, işçilər öz yerlərinə qayıda biliblər. Amma bu müddət ərzində ticarət mərkəzinin mərtəbələrində yerləşdirilmiş reklam bannerləri izsiz qeybə çıxıb, mərkəzin monitorunda göstərilməli olan reklam da yox olub. Baxmayaraq ki, hər şey üçün bütün ödənişlər əvvəlcədən həyata keçirilib və müvafiq müqavilənin şərtlərinə görə, icarəyə verən tərəf bannerlərin qorunmasına məsuliyyət daşıyıb.

“Elektrik enerjisi probleminin həllindən 13 gün sonra həmin müqavilənin şərtlərinə uyğun olaraq, reklamın bərpa edilməsi barədə “Azur”a növbəti müraciətimizə cavab gəldi. Bizə icarə müqaviləsinə birtərəfli qaydada xitam verildiyi barədə yazılı məlumat verdilər. Onlar bunu guya çoxlu borc yığılması ilə izah edirdilər”, – Anar Qəribov qovluqlara yığılmış sənədləri göstərərək əlavə edir: “Amma burada söhbət icarəyə verən tərəfin havadan götürdüyü kirayə haqqından gedirdi. Aramızda təsdiqlənmiş və rəsmi müqavilənin şərtlərinə görə, heç bir borc yox idi”.


GUNDEMXEBER.AZ



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sahibkar onun qurduğu işin məmur tərəfindən əlindən alınacağından çəkinir...

    Sahibkar onun qurduğu işin məmur tərəfindən ...

    1-08-2017, 15:59

  • 
  • “Görəndəki haradasa iş başlayır, məmurlar cumur ora, pay tələb edir...”

    “Görəndəki haradasa iş başlayır, məmurlar cumur ...

    4-02-2020, 11:32

  • 
  • MONOPOLİYANI ARADAN QALDIRIRIQ! – Gömrük Komitəsindən ŞOK açıqlamalar!

    MONOPOLİYANI ARADAN QALDIRIRIQ! – Gömrük ...

    30-07-2015, 02:08

  • 
  • Kiçik biznesin təşkili ilə bağlı tədbir keçirilib

    Kiçik biznesin təşkili ilə bağlı tədbir keçirilib ...

    6-06-2017, 19:47

  • 
  • X.Qədimova, özünü şou-biznesin "at"ı adlandırdı

    X.Qədimova, özünü şou-biznesin "at"ı ...

    29-05-2013, 18:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu