GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Oğlu Baba Rzayevin YOLUNU GEDİR - TƏFƏRRÜAT

Oğlu Baba Rzayevin YOLUNU GEDİR - TƏFƏRRÜAT

Tarix: 9-09-2022, 17:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 360

İqtisadi məsələlərə həsr olunan istənilən dövlət tədbirində mütləq şəkildə biznesin inkişafına dəstək çağırışı olur. Prezident çıxışlarında biznes mühitinin yaxşılaşdırılması üçün siyasi iradənin olduğunu vurğulayır və məmurlara sahibkarların qaldırdıqları problemləri operativ şəkildə həll etməyi tapşırır. “Məqsəd budur ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün”, – o, belə tədbirlərin birində deyib və əlavə edib: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır”.

“Amma bu çağırışlara çox vaxt məhəl qoyulmur,” – iş adamı Anar Qəribov bildirir.

İki gündür bununla bağlı materialı təqdim etməkdəyik:

Baba Rzayev bir yandan... oğlu da bir yandan... - ÖZBAŞINALIQ FAKTI...

Yazının davamında qeyd olunur:

“Məhkəmənin iflic olmasına prosesdə iştirak edən tərəflərdən birinin ailə mənsubiyyəti səbəb olub” – Anar Qəribov belə hesab edir. – “Ancaq o vaxtdan bəri işə bir çox yeni faktlar əlavə olunub. İndi söhbət Cinayət Məcəlləsinin 177.4, 186.3, 190.2 və 322.1-ci maddələrinin pozulmasından gedir. Zərərçəkmiş tərəf olaraq bizim çoxsaylı vəsatətlərimizə baxmayaraq, icarəyə verən tərəf bir dəfə də olsun dindirilməyə çağırılmayıb. Düzdür, məhkəmə onlara yekun qərar çıxarılana qədər icarəyə götürülmüş ərazidə təmir işləri aparmağı qadağan edib, məhkəmə icraçıları isə “Azur” ticarət mərkəzinin rəhbərliyinə bu qadağanın pozulmasına görə məsuliyyətlə bağlı xəbərdarlıq ediblər. Lakin onlar xəbərdarlığa sayğısız yanaşaraq, nümayişkaranə formada obyektin tam şəkildə yenidən qurulmasına başladılar – divarları dağıtdılar, pəncərə və qapıları dəyişdilər, ərazinin sahəsini artırdılar… Biz Ədliyyə Nazirliyinə, Məhkəmə qərarlarının icrasına nəzarət Baş İdarəsinə, Xətai probasiya şöbəsinə, prokurorluq və digər hüquq-mühafizə orqanlarına müraciət etdik. Bütün müraciətlərimiz əbəs oldu.

Bu əhvalat sahibkarların hüquqlarını qorumayan, əksinə, tanınmış məmurun oğlu tərəfindən onların hüquqlarının pozulmasını ört-basdır edən hüquq-mühafizə orqanlarına, məhkəmələrə şərəf gətirmir. Biz hətta çarəsiz qalaraq, icarəyə götürdüyümüz ərazinin sahibinin atasına da məktub yazıb problemin ədalətli həllinə köməklik göstərməsini xahişi etdik, cavab olmadı. İndi bizə bu məmurlara dövlət başçısının fərdi sahibkarın işinə mane olmamaq çağırışını bir daha xatırlatmaqdan başqa nə qalır? Amma ölkə prezidenti bir şeyi deyir, onun siyasətini həyata keçirməli, qanunun aliliyinə nəzarət etməli olan dövlət qulluqçuları isə yüksək vəzifələrini şəxsi mənfəətə çevirməkdə davam edirlər. Oliqarx sistem belə işləyir. Və bu proses dayandırılmasa, ölkəmiz, xarici təcrübənin də göstərdiyi kimi, iş yerlərinin böyük əksəriyyətini təşkil edən kiçik və orta sahibkar təbəqəsiz qala bilər”.

Gundemxeber.az pressklub.az-a istinadla bildirir ki. 2022-ci ilin yayında “Azur” ticarət mərkəzi ilə orada yer icarələmiş mağaza arasında uzun sürən məhkəmə çəkişməsi “ölü nöqtədən” tərpənib. 32 aylıq məhkəmə bürokratiyasından sonra Bakı Kommersiya Məhkəməsi iş üzrə qərarını açıqlayıb. O, icarədarların əsas tələbini təmin etməyib. Əksinə, məhkəmə 2027-ci ilə qədər bağlanmış icarə müqaviləsinə xitam verərək, icarədarların mağazanın fəaliyyətsiz qaldığı dövr üçün ticarət mərkəzinə 28 734 manat ödəməli olduğu barədə qərar çıxarıb. Baxmayaraq ki, mağazanın fəaliyyətsiz qalmasına icarəyə verən tərəfin özünün hərəkətləri səbəb olub. Məhkəmə dağıdılmış və itmiş əmlaka görə kompensasiya məbləğini cəmi 39 105 manat dəyərləndirib. Halbuki, sənədləşdirilmiş zərərin real məbləği bundan 33 dəfə çoxdur.

“Məhkəmə iddialarımızı əsaslandırmaq üçün təqdim etdiyimiz heç bir sənədə məhəl qoymadı: müstəqil auditorların rəyləri, əsaslı təmir üçün investisiyaların qiymətləndirilməsi, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin qiymətləndirməsi, satış üçün əksər malların və avadanlıqların möhlət hüququ ilə alınmasını təsdiq edən ciddi hesabatlılıq sənədləri, mal və avadanlıqların oğurluğa qədər və ondan sonrakı adbaad siyahısı…” – Anar Qəribov daha bir qalın qovluğu göstərir: “İş materiallarında olan iki mindən çox təsdiq edilmiş sənəd diqqətdən kənarda qalıb. Məhkəmə öz qərarında səbəb göstərmədən Mülki Prosessual Məcəllənin 265.4 maddəsindən yan keçib. Həmin maddədə göstərilir ki, mülki məhkəmə işdə adı keçən tərəflərin fəaliyyətində cinayət tərkibi aşkar etdikdə, iş materiallarını prokurorluğa verməlidir”.

Təbii ki, uduzan tərəf bu qərarla razılaşmayaraq, Apellyasiya Məhkəməsinə müraciət edib. Belə məsələlərdən agah olanlar bilirlər ki, apellyasiya məhkəmələrində işlərə baxılması adətən nə qədər çəkir. Bu dəfə isə məhkəmə işi qəbul edəndən dərhal sonra – cümə günü, iyulun 29-da işlə bağlı hakimlər təyin olunub. Və həftənin ilk iş günü – bazar ertəsi, 1 avqust tarixində şikayətin baxılmaq üçün qəbul edilməsi imkanının müzakirə edildiyi iclas keçirilib. Məruzəçi kimi Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının sədri Vidadi Məmmədov çıxış edib. Tərəflərin iştirakı olmadan keçirilən iclasda apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin normalarının pozulması ilə tərtib edildiyi məlum olub. Hakimlər qərar qəbul ediblər: şikayət düzgün tərtib edilmədiyinə görə onun baxılmaq üçün qəbul edilməsinə heç bir əsas yoxdur, müvafiq olaraq işə apellyasiya məhkəməsində baxılmayacaq.

Yenə də sual açıq qalır: bu qədər qısa müddətdə – cümə günündən bazar ertəsinə qədər üç hakim illərlə uzanan işlə necə tanış olub, onu təhlil edib və qərar çıxara bilib? Doğrudanmı, onlar həftənin istirahət günlərini buna həsr ediblər?

“Bundan sonra öz biznesini qurmaq qərarına gələn istedadlı gəncləri ölkəni tərk etməməyə, özəl sektoru isə ölkə iqtisadiyyatına sərmayə qoymağa necə çağırmaq olar”, – deyə Anar Qəribov yekunlaşdırır: “Bu gün Rusiya və Ukraynada yaşayan bir çox Azərbaycan əsilli sahibkarlar məmnuniyyətlə öz bizneslərini vətənlərinə köçürərək, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyardılar. Amma belə bir məhkəmə sistemi ilə bu addımı atacaqlarmı? Azərbaycanın məhkəmə-hüquq sistemi öz sahibkarının sərmayələrini qoruya bilmirsə, hətta “basqın yolu ilə ələ keçirməyə” göz yumursa, işğaldan azad edilmiş torpaqların bərpasına külli miqdarda sərmayə qoymaq imkanı olan potensial xarici investorlar nə düşünəcək?”

Müəllif: Eldar Əliyev

Redaksiyadan: Anar Qəribovun təsvir etdiyi hadisə fərdi iş olsa da, təəssüf ki, ölkə üçün xarakterikdir. Bu məqamlar o qədər ciddidir ki, son illər əsas diqqəti kiçik və orta biznesə yönəldən iqtisadiyyatımızın əsaslarına böyük zərbə ola bilər. Bunu nəzərə alaraq, redaksiya mağaza sahibinin hekayəsini dərc etmək qərarına gəlib. Eyni zamanda, mövzu ilə bağlı çıxış etmək arzusu yaransa, qarşı tərəfə söz verməyə hazır olduğumuzu bildiririk. Bizim də bu işdə məqsədimiz birdir: sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın. 


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baba Rzayevin oğlu SAHİBKARI BELƏ MƏHV EDİR... - QOÇULUQ ZƏMANƏSİDİR?

    Baba Rzayevin oğlu SAHİBKARI BELƏ MƏHV EDİR... - ...

    7-09-2022, 12:18

  • 
  • AZƏRBAYCANDA ŞOK: Baba Rzayev kabinetinə belə cadu elətdirdi - VİDEOFAKT

    AZƏRBAYCANDA ŞOK: Baba Rzayev kabinetinə belə ...

    18-09-2019, 15:23

  • 
  • Kiçik biznesin təşkili ilə bağlı tədbir keçirilib

    Kiçik biznesin təşkili ilə bağlı tədbir keçirilib ...

    6-06-2017, 19:47

  • 
  • Analitik Ekspertiza Mərkəzindən ÖZBAŞINALIQ - Sahibkarlar çətin durumda

    Analitik Ekspertiza Mərkəzindən ÖZBAŞINALIQ - ...

    31-08-2020, 11:22

  • 
  • MONOPOLİYANI ARADAN QALDIRIRIQ! – Gömrük Komitəsindən ŞOK açıqlamalar!

    MONOPOLİYANI ARADAN QALDIRIRIQ! – Gömrük ...

    30-07-2015, 02:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu