Bir zamanlar xalq arasında belə bir deyim var idi: "erməni qandan qorxur". Bu həm keçmişi unutmağımızın, həm də süni yaradılan arxayınçılığın yaratdığı əminlik idi. 1988- ci ildə yenidən başlayan proseslər ermənilərin heçdə qandan qorxmadığını, əksinə dünyanın ən vampir milləti olduğunu ortaya qoydu. Zaman-zaman həyasızcasına başqasının torpağına iddia edib, qanla, saxtakarlıqla o torpaqlara sahib olan "xalq" qandan necə qorxa bilər ki?
Bu gün bir çox siyasətçilərimiz, belə düşünürlər ki, ABŞ İranın parçalanmasında maraqlı deyil. Təbii ki, fikirlərini əsaslandirdıqları bəzi ciddi arqumentləri də var. Ancaq görünür bir çox siyasətçilərimiz ABŞ-ın "Orta Doğu Projesi"ni unudublar. O projeni ki, türk hərbiçiləri , türk siyasətçiləri haqlı olaraq o layihənin əlehinə çıxdılar. O projenin ki, zahiri xalqların azadlığı və demokratiya, bətni bir ucu qafqaza və Orta Asiyaya qədər uzanan "dövlətlər içindən yeni dövlətlər", yeni dünya düzəni və yeni sərhədlərdir. Bunları anlamaq üçün ABŞ siyasətçiləri tərəfindən hazırlanan "Orta Doğu Projesi"nin xəritəsinə baxmaq kifayət edir. O xəritə ki, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanı, "Türkiyənin baş bakanı "Orta Doğu Projesi"nin eş basqanıdır", sözünü inkar etməyə məcbur etdi.
Bu gün də Türkiyədə bir çox siyasətçilərin Güney Azərbaycan məsələsinə yaxın durmamalarının əsas səbəblərindən biri də, Güney Azərbaycan məsələsinin ABŞ-ın "Orda Doğu Projesi" olduğunu hesab etmələridir.
ABŞ-ın İraqı işğal etməsindən sonra, müstəqil Kürdüstan dövlətinin qurulmasının qarşısını Türkiyə və İran çox çətinliklə alsalar da, İraqda Kürdüstan Muxtar Vilayətinin qurumasının qarşısını ala bilmədilər. Hadisələrə hazırlıqsız olmağımız Kərkükü və Mosulu itirməyimizə səbəb oldu. O zaman Kərkukun Kürdüstanın inzibati ərazisinə salınmanasına ən əsas səbəb isə, Ayətullah Sistaninin: "Kərkük mənim əmmaməmdir, onu heçkimə vermərəm", deməsi və Kərkük ətrafında dirəniş göstərməsi idi.
Bəzi adamlara elə gəlir ki, Qərbə inteqrasiya deyəndə, hesab edirik ki, ABŞ və digər Qərb ölkələri bizim əmimiz oğludur və yürütdükləri siyasətdə bizim maraqlarımızı ön plana çəkirlər. Qərbə inteqrasiya dövlətimizin strateji hədəfi, dövlətin qırmızı gizgisidir. Qərbə inteqrasiya müstəqilliyimizin əbədi olmasıdır. Bu başqa məsələ...
Hər dövlətin özünün starateji hədəfləri var. Tarix boyu İraqda Kürdlərin xeyrinə siyasət yürüdən Britaniya olubdur. Bu gün də regionda prosesləri idarə edən ABŞ və Britanyadır. Bunlar bu gün də zamanı və şəraiti yetişdiriblər. Biz Güney Azərbaycanın haqqını kiminsə qizl sinidə bizə verəcəyinə arxayın olacağıqsa təbii ki, uduzacağıq.
Bizlər İran deyilən dövlətdə gedən proseslərə hazır olmalı, yaranan şəraitdən millət olaraq yararlı çıxmağa can atmalıyıq. Ən azından torpaqlarımızın kürdlərə və digərlərinə verilməsinə razı olmamalıyıq. Hətta, lazım olarsa, ABŞ-la birgə hərəkət etməkdən çəkinməli deyilik. Qərblə bir yerdə olmağımız bizim qazancımızdır. Əks halda İranda baş verən proseslərdən qazanan kürdlər olacaq.
Mənə elə gəlir ki, ABŞ İranın parçalanmasında maraqlıdır. Sadəcə, o coğrafiyada kimlərin dövlət quracağı məsələsi var.
"Rusiyanın dağılmasını istəmirlər", "İranın dağılmasını istəmirlər",- kimi fikirlər doğru olmayan,insanlar arasında qeyri-müəyyənlik yaradan fikirlərdir. Şərait yetişib, Rusiya da , İran da kifayət qədər problemin içindədirlər, sən vəziyyətdən yararlan və onların dağılmasında iştirak elə bəs edəcək.
Sorğu
Yeni dizaynımız necədir?