Bu gün Mətbuat Şurasının qurultayı keçiriləcək. MŞ təsis olunduğu gündən bu günə qədər fəaliyyəti irili-xırdalı məmurlara krışalıq etmək olub.
Mövzuya insafla yanaşsaq bu missiyanı olduqca ustalıqla yerinə yetirdilər. Ucqar dağ rayonunda yerləşən bağçadan haqlı tənqid yazan kimi dərhal MŞ krişalıq vəzifəsini yerinə yetirirdi. Heç kəsə sirr deyil ki, iri məmurları tasa oturtmuşdular.(lndi o məmurların coxu dəmir barmaqlar axrasındadır) . Onlara krışalıq edən MŞ üzvlərindən heç biri onların arxasınca quru çörək belə aparmadılar. (Tanrı qapılarını açsın) Sizləri yormadan mətləbə keçək. Hələ qurultaya bir neçə gün qalmışdan kimin sədr təyin olunacağı haqda məlumatlar dolaşır. Elə birinin adı hallanır ki, adam dəhşətə gəlməyə bilmir. Adam uzun illərdən bu yana dövlətdən, idarə və müəsİsələrdən ianə yığmaqla məşğul olub. Qəzetini və saytını özündən və yaxın ətrafından basqa oxuyan da qalmayıb. İnsafla yanaşsaq tapşırığa görə kifayət qədər məcburi abunəsi də var. Az da olsa keçmiş sədrlə bağlı fikir söyləməmək də düzgün hesab olunmazdı. Sabiq sədr MŞ TARİXİNDƏ YAZIQ SƏDR KİMİ QALDI. Məncə bu qurultaydan nəsə yeni bir şey gözləməyə dəyməz. Hər halda nəticə sabah bilinəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?