GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Naxşıvanda total yoxlamalar - Vasif Talıbovun 30 illik fəaliyyəti təftiş olunur...

Naxşıvanda total yoxlamalar - Vasif Talıbovun 30 illik fəaliyyəti təftiş olunur...

Tarix: 10-10-2022, 16:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 359


Naxçıvan hakimiyyətinin milli sənayeni sabotaj siyasəti: İsa Həbibbəylinin qələmi oğlunu həbsdən xilas edə biləcəkmi?..

Azərbaycanın Vergilər Nazirliyindən tutmuş Baş Prokurorluğuna qədər bütün müvafiq qurumlarının nümayəndələri Naxçıvan şəhərinə ezam olunublar. Muxtar Respublikanın bütün dövlət və qeyri-dövlət orqanlarının 30 illik fəaliyyəti didik-didik araşdırılmağa başlanıb. 

Gundemxeber.az xəbər verir ki, ovqat.com-a bu barədə məlumat Muxtar Respublikadakı etibarlı mənbələrdən daxil olub.

Məlumata görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin də yetkiləri Naxçıvandadır. Muxtar Respublikadakı bütün gömrük orqanları təpədən dırnağa yoxlanılır. Xüsusilə Səhət Həbibbəylinin rəhbərlik etdiyi dövrün maliyyə hesabatları diqqətlə saf-çürük edilir. 

Vəziyyət o qədər ciddidir ki, yoxlamaların sonunda Səhət Həbibbəylinin və komandasının Böyükdüz əsirxanasının sakinləri arasında görünüb-görünməməsi də gündəmə gələ bilər. 

“Səhət Həbibbəylinin özü və yaxınları artıq bütün ümidlərini İsa Həbibbəylinin qələminə bağlayıblar. Onların fikrincə, hörmətli akademikin qələmi özünü gücə salıb yekə bir yumurta meydana gətirsə, təbii ki, Səhətə söz deyən olmayacaq”, deyən mənbəmiz isə İsa Həbibbəylinin qələminin perosunun yumurta  yerinin o qədər böyük və məharətli olduğuna inanmır. Görək kim haqlı çıxacaq: Səhətin adamları, yoxsa bizim mənbəmiz?

Bu sualın cavabını bilmək, təbii ki, nə mənim, nə də mənbəmin məlumat dağarcığı daxilindədir. Amma indidən bəzi məlumatlar var ki, bunu da mənbəmiz əldə edə bilib. Onun iddiasına inansaq, Naxçıvan gömrüyündə yeni qayda müəyyənləşdirilib:

“Xaricdən bir mal sifariş verəndə elə həmin gün gətiriləcək yükün miqdarı və  dəyəri mütləq gömrük orqanlarına bəyan edilməlidir. Halbuki, bundan əvvəl bir çox mallar gömrük rüsumdan yayındırılaraq Naxçıvana icazəsiz keçirilirdi. Bu mallara əsasən telefonlar, dərman və dərman preaparatları daxil idi. Hazırda Naxçıvanın bir çox əczaxanalarında və telefon dükanlarında qeydiyyatsız məhsullar satılır. Onlardan bir çoxunun mənşəyi belə məlum deyil. Nə qədər istifadəyə yararlı olub-olmadığı da bilinmir”, deyə mənbəmiz deyib.

Digər bir məlumata görə, Naxçıvan gömrüyü təkcə xarici malların Muxtar Respublikaya qanunsuz keçirilməsi ilə məşğul deyilmiş. Bu gömrükxana həm də həmin məhsulların Azərbaycanın digər ərazilərinə keçirilməsi üçün də xarici şirkətlər tərəfindən istifadə olunurmuş. Məsələn, bu yaxınlarda Naxçıvandan Bakıya xeyli miqdarda - 1000 tondan artıq toyuq əti gətirilib. Bu qədər böyük tonnajlı toyuq əti Azərbaycanın illik istehlakının hardasa 1%-nə bərabəridir. Özü də bir şirkət tərəfindən idxal olunub.

Şirkətin həm Vasif Talıbova, həm də Azərbaycan DGK-nın sabiq rəhbəri Səfər Mehdiyevə aid olduğu bildirilir. Belə görünür ki, iş fəaliyyəti dövründə “mənə gömrük orqanlarında rüşvət göstərin, istefa verim”, deyən Səfər Mehdiyev Vasif “xan”la əl-ələ verib ölkəyə qanunsuz yolla məhsullar daşıyırmış.

Bu faktın üstü ona görə açılır ki, Naxçıvan vasitəsilə Bakıya gətirilən toyuq ətinin miqdarı həddindən çox olur. Təbii ki, Naxçıvanda bu qədər toyuq ətinin istehsalı mümkün olmadığından araşdırma aparılıb.

Məlum olub ki, həmin toyuq əti xarici dövlətlərdən birindən (deyilənlərə görə, Braziliyadan) alınıb və yerli mal kimi dövlət rüsumlarından yayındırılaraq Azərbaycana gətirilib. Maraqlıdır ki, toyuq ətinin üzərindəki tanıdım işarəsi də elə Braziliyadakı fabrikada vurulub. Yəni adamlar hətta neylon qablaşdırma işini də özləri görməyiblər. Həmin toyuq ətinin nə dərəcədə istifadəyə yararlı olub-olmadığı da bəlli deyil.

Eyni qaydada xarici dövlətlərdə istehsal olunan siqaretlərin də Azərbaycana gətirildiyinə dair iddialar var. Hətta həmin siqaretlər rəsmi sənədlərdə orduya göndərilmiş kimi göstərilib. Beləcə külli-miqdarda xarici siqaretlər dövlət rüsumundan yayınıb. Ən dəhşətlisi isə odur ki, fırıldaq siqaretlər də sənədlərdə “Cahan” Holdinqin istehsalı kimi göstərilib. Halbuki, “Cahan” holdinq o markalı siqaretləri istehsal etmir.

Adının çəkilməsini istəməyən ekspertlərdən birinin saytımıza bildirdiyinə görə, “xanlıq” rejiminin bu qanunsuz fəaliyyəti yalnız ölkənin qida təhlükəsizliyini və vergi yığımlarını təhdid etmirmiş:

“Bu həm də Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə başlatdığı «qida məhsullarında 100% ixdal asılılığından qurtulmaq» siyasətinə zərbə vurmaq, ölkəmizin aqrar sektorunu inkişafına əngəl yaratmaq üçün həyata keçirilə də bilər. Çünki Brazilyadan və başqa ölkələrdən Azərbaycana gətirilən keyfiyyətsiz və ucuz mallar istər-istəməz istehlak bazarda  yerli məhsulları sıxışdırıb çıxarır, nəticədə bir çox müəssisələr iflas həddinə yaxınlaşırdı. Halbuki, Azərbaycan Nazirlər Kabineti, xüsusilə toyuq əti məhsullarında ixrac rüsumlarını artırmaqla yerli təsərrüfatın inkişafını təşviq etməyə çalışırdı. Naxçıvan hakimiyyətinin bu qanunsuz fəaliyyəti isə Azərbaycan hökumətinin bu strategiyasını işləməz hala gətirib çıxarırdı”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbovun varis planı işə düşdü: Oğlunun dostuna yüksək vəzifə verdi

    Vasif Talıbovun varis planı işə düşdü: Oğlunun ...

    6-03-2019, 14:24

  • 
  • Prezident akademik Həbibbəylinin oğluna general-leytenant rütbəsi verdi

    Prezident akademik Həbibbəylinin oğluna ...

    31-01-2020, 11:50

  • 
  • İsa Həbibbəylinin “qızıl” qələmi Vasif Talıbov “qanun”larının üzərindən xətt çəkdi: Naxçıvanda bar – Video-fakt

    İsa Həbibbəylinin “qızıl” qələmi Vasif Talıbov ...

    4-03-2020, 12:59

  • 
  • Naxçıvanda “korrupsiyanın buynuzu”: Gömrükçülər 131% artıma necə nail ola biliblər? (VİDEO)

    Naxçıvanda “korrupsiyanın buynuzu”: Gömrükçülər ...

    15-08-2020, 13:12

  • 
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı

    Azərbaycanda yeni dövlət qurumu yaradıldı ...

    15-02-2018, 10:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu