GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nərimanov Rayon Tibb Mərkəzində BAZAR AÇIBLAR... - İTTİHAM VAR!

Nərimanov Rayon Tibb Mərkəzində BAZAR AÇIBLAR... - İTTİHAM VAR!

Tarix: 18-10-2022, 10:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 362


Öncə onu qeyd edək ki, uzun illər ölkəmizdə səhiyyə sisteminə Səhiyyə Nazirliyi rəhbərlik edib. Bir neçə il öncə İcbari Tibbi Sığorta Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) yaradıldı. Və beləcə ara qarışdı...


Bir neçə ay öncə redaksiyamıza müraciət edən xəstələr deyirdi ki, qalmışıq Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında... Bütün bunlar azmış kimi, TƏBİB-dən sonra, Allah qoymasa, rayonlarda Tibb Mərkəzləri yaradıldı.
Təsəvvür edirsiniz, rayon ərazisindəki doğum evi, diş poliklinikası, uşaq xəstəxanası, nə bilim ginekologiya-filan hamısını birləşdirib bir nəfərə, yəni Fazil Alməmmədov kimi Tibb Mərkəzlərinin direktorlarına tabe etdilər.
Görəsən, Fazil Alməmmədovun ginekologiyadan, yaxud stomatologiyadan başı çıxırmı..?
Söhbət təkcə Fazil Alməmmədovdan, yaxud hansısa Verməmmədovdan getmir ee...söhbət problemdən gedir. Yadıma maraqlı bir olay düşür.
Sovet dövründə Bayıldakı Doğum Evini V.İ.Leninin adına vermişdilər. Sonra kimlərsə bunlara başa saldı ki, ay gerizəkalılar, Lenin hara, Doğum evi hara..? Sonra səhvlərini düzəldib, Doğum evini Leninin arvadı Hadejda Krupskayanın adına verdilər. Yenə onlara başa saldılar ki, Nadya ömrü boyu doğmayıb. Müstəqillik dönəmində isə, səhv etmirəmsə Doğum evini Məşədi Əzizbəyovun adına verdilər. Sonrasını bilmirəm...
Bax, bu gün Səhiyyə Nazirliyi, İcbari Tibb Sığorta Agentliyi, TƏBİB məsələsi həmin olayı yada salır. Vallah, bir dənə də HƏBİB yaradıb başına da Verməmmədovu qoysalar, səhiyyəmiz göylə gedər. Sözün qısası, rayonlarda Tibb Mərkəzlərinin yaradılmasının bircə adı var: Rüşvəti bir əldə cəmləşdirmək. Vəssəlam. Yoxsa, bir rayon ərazisindəki əksər MÜSTƏQİL tibbi müəssisələrini bir nəfərə tabe etməyin adı nə ola bilər..?
Nə isə, indi keçək konkret olaraq TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun qanunsuz əməllərinə. Təkrarçılıq olsa da, Fazil Alməmmədov haqqında qısa məlumat verək. Deməli, Fazil Alməmmədov Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkimi olub. 2017-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya baş həkim təyin edilib. O zaman 35 yaşı olan Fazil Alməmmədovun Bakının ən böyük xəstəxanalarından birinə baş həkim təyin olunması xeyli suallar yaradıb. Sonradan isə Fazil Alməmmədov TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinə direktor təyin olunub.
Məlumat üçün qeyd edək ki, Mərkəzin direktoru olan Fazil Alməmmədov artıq təkcə 5 saylı xəstəxanaya deyil, həm də keçmiş 6, 7, 8, 18 saylı poliklinikalara da rəhbərlik edir. Sözümüzün canı odur ki, TƏBİB-in “səxavəti” nəticəsində Fazil Alməmmədovun “səhiyyə biznesi” birdən birə 5-6 dəfə böyüyüb. Fazil Alməmmədovun keçirdiyi 100 minlik saxta tenderlər, mətbəə məhsulları adı ilə sildiyi pullar, yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə mənimsədiyi dövlət vəsaiti barədə uzun-uzadı yazmaq istəmirik.
Təkcə onu qeyd edək ki, Fazil Alməmmədov Mühafizə xidmətlərinə 105 800.69 manat pul xərcləyib. Görəsən, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, yaxud Hesablama Palatası demir ki, ay Alməmmədov, bu qədər vəsaiti hara xərcləmisən..? Yeri gəlmişkən, Alməmmədov özü də cangüdənlə gəzir, ona hətta öz əməkdaşları yaxın düşə bilmir. Biz Alməmmədovun koronavirusdan qazanmağı, yəni həkimlərə verilən əlavə əmək haqqını mənimsməsindən də bəhs etmək istəmirik. Bütün bu maliyyə maxinasiyaları, qanunsuzluqlar azmış kimi, Fazil Alməmmədov ölkənin tibbi kadr korpusunu da məhv edir.
Gundemxeber.az sabahnews.az-a istinadla bildirir ki, təcrübəli, savadlı, həkim adına layiq olan kadrları işdən uzaqlaşdırıb, özü kimi “biznesmen-həkimləri”, alverçiləri vəzifəyə təyin edir. Özü də çox nəzakətsiz, tərbiyəsiz şəkildə… Bəli, Fazil Alməmmədov bu yaxınlarda Şəhla Məmmədovanı Nərimanov Tibb Mərkəzə tabe olan 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbə ) baş həkim təyin edib. Hansı ki, 18 saylı poliklinikada ( indiki 2 saylı şöbə ) baş həkim işləyən 67 yaşlı Şəhla Məmmədova çoxdan təqaüdə göndərilməli idi. Ən dəhşətlisi isə odur ki, Şəhla Məmmədova 8 saylı poliklinkaya ( indiki 1 saylı şöbəyə) nəzarət edən 55 yaşlı, 35 il iş təcrübəsi olan, şəhid ailəsinin üzvü Gülnarə Əfəndiyevanı əvəz edib. Hansı ki, həmin polklinikada 35 il işləyən, sahə həkimindən başlayaraq şöbə müdiri vəzifəsinə yüksələn Gülnarə Əfəndiyeva orada baş həkimi əvəz edirdi. Alməmmədovdan soruşan lazımdır ki, çoxdan təqaüdə çıxmalı olan, 2 dəfə müddəti uzadılmış Şəhla Məmmədova nə üçün Gülnarə Əfəndiyevanı əvəz etməlidir..? Axı, Gülnarə Əfəndiyevanın təqaüdə çıxmasına hələ 10 il var. Həm də 35 ilin həkiminə, baş həkimi əvəz edən Gülnarə Əfəndiyevaya qarşı edilən hərəkətlər, nəinki insana yaraşan hal deyil, heç...
Belə ki, Gülnarə Əfəndiyeva otağında iş başında olduğu halda, sentyabrın 23-də Fazil Alməmmədovun qoçu dəstəsi otağa daxil olaraq 35 ilin həkiminə deyirlər ki, otağı tərk elə, çıx get… Bütün bunlar azmış kimi, sentyabrın 24-də səhər Şəhla Məmmədovanın özü ilə gətirdiyi mühafizəçilər Gülnarə Əfəndiyevanı işə buraxmırlar.
Nəhayət Şəhla Məmmədovadan icazə alandan sonra Gülnarə Əfəndiyevanı içəri buraxırlar. Yəni Gülnarə Əfəndiyeva əvvəl olduğu kimi həkim-terapevt işini davam etdirmək qərarına gəlir. Amma buna da imkan vermilər. Belə ki, bu dəfə isə həkim-terapevtin yanına xəstənin gəlməsi üçün onun adına kompüterdə çek vurulmalıdır. Buna da Şəhla Məmmədova icazə verməyib. Deyib ki, çek başqa həkimin adına vurulacaq. Və beləcə Gülnarə Əfəndiyeva 35 il çalışdığı işindən qanunsuz olaraq uzaqlaşdırılıb. Məşhur filmdə deyilən kimi, görəsən Rüstəm bəy qoca Məşədi İbadın nəyinə aşiq olub..? İndi maraqlıdır ki, Fazil Alməmmədov nənəsi yaşda 76 yaşlı təqaüdçü Şəhla Məmmədovanın nəyinə, olmayan savadına, bəlkə olmayan təcrübəsinə “aşiq” olub ki, onu Gülnarə Əfəndiyevanın yerinə təyin edib və üstəlik şəhid ailəsinin üzvü olan həkim işini də itirib. Redaksiyamıza daxil olan son məlumata görə, Şəhla Məmmədova Fazil Alməmmədovun yerlisidir, hər ikisi Oğuz rayonundandır. Ancaq məncə, yerli olmaq əsas məsələ ola bilməz. Oğrunun, rüşvətxorun, korrupsionerin nəinki yerlisi, heç vətəni də olmur. Əsas məsələ odur ki, bunlar almağı-verməyi, cinayət etməyi bacaran adamları axtarırlar. Bəli, Şəhla Məmmədova kresloya oturan kimi 18 saylı poliklinikadakı ( indiki 2 saylı şöbə ) “sağ əli” Gültəkini yanına gətirmək istəyir. Daxil olan məlumatdan o da bəlli olur ki, Şəhla Məmmədova 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbəyə ) gələn kimi sürücülər və sağlamlıq üçün verilən arayışların qiyməti 15 manatdan 40 manata qalxıb. Sürücülüklə bağlı arayış və sağlamlıq arayışlarının biri 15 manat, o biri isə 30 manat idi. İndi isə hər ikisi 40 manat olub. Şəhla Məmmədova deyir ki, kor olsun, kar olsun, lap mayıf olsun...əsas odur ki, 40 manatını verib arayışını alsın.
Bu hələ harasıdır ? Şəhla Məmmədova mürdəşir kimi ölülərin cibini soymaqla məşğuldur. Belə ki, Şəhla Məmmədova yeni iş yerinə gələn kimi ölüm haqqında qeydiyyat kitabını gətirib qoyub böyrünə. Və deyir ki, ölülər mənlikdir, yəni ölülərə verilən arayışı özü satacaq. Bu hələ harasıdır..? 8 saylı poliklinikanın ( indiki 1 saylı şöbənin ) özünün “troyka” ( qan, sidik və s) analizi, ümumi qan analizi üçün laboratoriyası olduğu halda, “troyka” analizini 1 saylıda götürüb, 5 saylıya, ümumi qan analizini isə özəl klinikalara göndərirlər. Analizlərin pulunu isə İcbari Tibb Sığorta 5 saylıya və özəl klinikalara köçürür..?
Niyə, məqsəd nədir ? Hansı ki, 1 saylı şöbənin özündə laboratoriya cihazlarının üstünü bərk-bərk basdırıb, nəyisə gözləyirlər..?
Yəqin ki, özəl klinikalara satacaqlar. Məlumat üçün onu da qeyd edək ki, TƏBİB-in sədri Vüqar Qurbanovun həyat yoldaşı, hörmətli Sevda xanım 5 saylıda nevrologiya şöbəsinin müdiridir. Görəsən, Sevda xanım iş yerində gördüyü biabırçılıqları evdə həyat yoldaşına demir..? Yeri gəlmişkən, Fazil Alməmmədovun həyat yoldaşı da Respublika Klinik Xəstəxanasında göz şöbəsinin müdiridir. İndi isə keçək Şəhla Məmmədovanın 1 saylı şöbəsində satılan firma dərmanlarına. Bəli, 1 saylı şöbənin “zavxozu”nun əsas işi dərman satan firmalarla biznes əlaqəsini qurmaqdır. Tez-tez şöbənin koridorlarında müxtəlif dərman firmalarının nümayəndələrini görmək olur. İndi isə keçək ƏN ƏSAS MƏSƏLƏYƏ... Axı, yazının girişində sual etdik ki, Alməmmədov Şəhla Məmmədovanın nəyinə...?
Bəli, bu sualın cavabını Şəhla Məmmədova bu yaxınlarda məclislərin birində açıb deyib. Şəhla Məmmədova deyib ki, onsuz da özüm də bilirəm ki, təqaüdə gedəcəm. Amma təqaüddən qabaq əlimdə çox vacib iş var... Belə ki, 1 saylı şöbə ilə üzbəüz yerləşən diş poliklinikasının yerini özəlləşdiriblər. Amma 1 saylı şöbənin yeri tikintiyə mane olduğu üçün buranı özəlləşdirib satacaqlar. Və bu qanunsuz əməlləri Şəhla Məmmədovanın əli ilə edəcəklər. İndi bildinizmi Alməmmədov Şəhlanın nəyinə...?
Bəli, Şəhla Məmmədova deyib ki, 1 saylı şöbənin yerini özəlləşdirib satacağıq və mən də haqqımı alıb rahatca təqaüdə gedəcəm. Hələ üstəlik tikilən obyektin 1-ci mərtəbəsində Şəhlaya obyekt də verəcəklər. Bəli, sözün qısası, səhiyyəmiz cinayətkar şəbəkənin əlində can verir. Hippokrat andı sizə qənim olsun, ay al-ver məmmədovlar...


Gundemxeber.Az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • TƏBİB və Səhiyyə Nazirliyi BİRLƏŞİR? - AÇIQLAMA

    TƏBİB və Səhiyyə Nazirliyi BİRLƏŞİR? - AÇIQLAMA ...

    17-05-2022, 11:46

  • 
  • TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ

    TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ ...

    29-07-2021, 16:30

  • 
  • Səhiyyə Nazirliyi koronavirusla bağlı vətəndaşlara müraciət edib

    Səhiyyə Nazirliyi koronavirusla bağlı ...

    30-01-2020, 16:32

  • 
  • TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM

    TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə ...

    25-07-2020, 12:40

  • 
  • TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf Nağıyev işdən çıxarılıb, amma...

    TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf ...

    24-06-2020, 12:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (362)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu