Gundemxeber.az » GündəmXəbər » Keçmiş şöbə müdirinin adı QIZIL ALVERİNDƏ HALLANDI
Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun adı daş-qaş alverində hallanır. GUNDEMXEBER.AZ bildirir ki, bu barədə məlumatı tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli paylaşıb.
"Əli Həsənov Dubayda qızıl-brilyant, bahalı daş-qaşlar, brend qol saatları satmaqla məşğuldur" deyə məlumat paylaşan C.Həsənli daha sonra aşağıdakı şəkli paylaşaraq qeyd edib:
"Əli Həsənovun sadiq trollarının "şərəfinə" hazırladıb satdığı qızıl boyunbağı klonu... Satış kolleksiyasından nümunədir - 3.2 qram qızıl, qiyməti 11312 dirhəm..."
Bununla yekunlaşmayan araşdırmaçı-jurnalist keçmiş şöbə müdirinin Dubaydakı alveri ilə bağlı daha ətraflı məlumat verəcəyini də vəd edib. Məsələ ilə əlaqədar olaraq hörmətli Əli müəllimi də dinləməyə hazırıq...
Gundemxeber.az
13-12-2012, 12:40
7-01-2020, 22:11
21-09-2020, 16:35
16-06-2020, 16:05
18-01-2021, 13:18
Sorğu
Yeni dizaynımız necədir?