"Əslində Əli Həsənov bundan da artıq təxribat törətməyə qadirdir və gözlənliyik".
GundemXeber.Az xəbər verir ki, bu sözləri DİA.AZ-a Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun media ilə bağlı son olaraq yaratmağa çalışdığı qarışıqlığı dəyərləndirən hökumətdəki mənbə bildirib.
Qaynaq iddia edir ki, PA-nın sabiq şöbə müdiri hazırda əlindəki imkanları götür-qoy edir:
"Əli Həsənov elə zənn edir ki, Vüqar Səfərli ş ilə bağlı onu tuta bilərdilər, o isə bu məsələyə görə təzyiqlər etdi, iş bununla da bitdi... Elə bir şey yoxdur. Əli Həsənovun hətta yerli KİV-i şərləmə, şantaj etmə cəhdləri belə uğursuz olacaq. Bu yolla kimisə susdurmaq mümkün deyil, əksinə Əli Həsənov əlavə qəzəb yaradıb".
Mənbə iddia edir ki, PA-nın keçmiş şöbə müdiri bu günlərdə özünə yaxın media nümayəndələrinə təlimat da verib: "Tkcə təlimat yox, külli miqdarda pul da paylanılıb. Məqsəd qarışıqlıq yaratmaq, Əli Həsənovu mümkün qədər hədəfdən yayındırmaqdır. Amma Əli Həsənov təxmin edə bilmir ki, bu yolla özünü daha çox diqətə gətiriri. Adam PA-da necə işləmişdisə, indi də elə işləyir... Qafası artığına çalışmır və anlamır ki, unudula bilməsi üçün susmalıdır. Doğrudur, bu halda da unudulmayacaq. Amma cəzasının yüngül olmasında bu məsələ cidi rol oynaya bilər..."
Məbnə əlavə edir ki, Əli Həsənovun hazırda Bakıda xeyli sayda icraçıları var: "Əmri verir, onlar da icra edirlər. Başqa cür ola da bilməz. Artıq onların tam siyahısı tutulmaq üzrədir. Yəqin ki, yaxınlarda sədası eşidiləcək..."
Sorğu
Yeni dizaynımız necədir?