GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakıda daha bir məmur və iş adamı ilə bağlı qalmaqal – ŞOK GƏLİŞMƏ

Bakıda daha bir məmur və iş adamı ilə bağlı qalmaqal – ŞOK GƏLİŞMƏ

Tarix: 27-10-2022, 19:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 250

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlu başqa bir iş adamını aldatmaq və qanunsuz təzyiqlər etmək nəticəsində külli miqdarda əmlak əldə edib və etməyə də davam edir. Belə ki, Bayram Yusifov hələ 2015-2016-cı illərdə guya Nofəl Hacıyev adlı şəxsə 1.500.000 (bir milyon beş yüz min) manat pul verdiyini iddia edərək, Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus yaşayış binalarından 25 mənzil və 1000 kv metrdən artıq qeyri-yaşayış sahəsinin qanunsuz olaraq öz adına rəsmiləşdirilməsinə nail olub. Halbuki, həmin mənzillər və qeyri-yaşayış sahəsi 2013 və 2014-cü illərdə qanuni şəkildə müxtəlif vətəndaşlara satılıb. Əslində isə Nofəl Hacıyevin rəsmi olaraq “Çinar AN” MTK-ya heç bir bağlılığı yoxdur. O, MTK-da nə payçı, nə də sədr olmayıb, bununla da mənzil satmaq, müqavilə bağlamaq səlahiyyətlərinə də malik olmayıb. Mənbə bildirib ki, Bayram Yusifov Nofəl Hacıyevi aldadıb, müqavilələrin sadəcə olaraq, sığorta üçün girov kimi verilməsini tələb edib, lakin verdiyi pulu aldıqdan sonra həmin 25 mənzilin və qeyri-yaşayış sahəsni də mənimsəyərək sahiblənmək üçün “Çinar AN” MTK-ya qarşı iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlunun öz şəxsi adına “rəsmiləşdirilmiş”, lakin heç bir hüquqi qüvvəsi olmayan və səlahiyyətsiz şəxs tərəfindən imzalanmış bu müqavilələrdə 25 ədəd mənzil maya dəyərindən xeyli ucuz – 1 kv.m-i 400 manata dəyərləndirilib. Halbuki həmin vaxt o ərazidə mənzilin 1 kv.m-i 700 manat olub.

“Bir gündə 10-15 mənzilin qeyri-qanuni yolla sənədləşməsini aparıblar” – deyən mənbənin sözlərinə görə, Bayram Yusifov N.Hacıyevi aldadaraq və ona təzyiqlər edərək, binadakı qeyri-yaşayış sahəsinin də real dəyərindən uyğun sənədləşdirilməsinə nail olub – bir kvadratmetri 1500 manat olduğu halda, 800 manata: “Eyni zamanda, Bayram Yusifov Heydər Əliyev prospektində yerləşən binadan da saxta sənədlərlə mənzil və qeyri-yaşayış sahəsi əldə edib. Belə ki, həmin ərazidə 32 ədəd mənzili maya dəyərindən ucuz – kvadratmetrini 400 manata sənədləşdiriblər. Halbuki, həmin vaxt orada mənzilin kvadratmetri 700 manatdan aşağı olmayıb. Həmçinin kvadratmetri 1500 manatdan aşağı olmayan 300 kv.m qeyri-yaşayış sahəsini 800 manata sənədləşdiriblər. Bayram Yusifov Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən 5 bloklu binadan 10 mənzil, H.Əliyev prospektində yerləşən binadan isə 20 mənzil olmaqla 30 mənzil satıb. B.Yusifov mənzilləri vətəndaşlara satan zaman qanunsuz olaraq öz adına olan sənədləri ləğv etdirməyib və vətəndaşları aldadıb. Bunu etməklə o, gələcəkdə həmin mənzillərə iddia qaldırmaq imkanını özündə saxlayıb. Halbuki mənzil alan insanların o zaman bundan xəbəri olmayıb. Artıq onlar bu haqda məlumatlıdırlar və hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildiriblər”.

B.Yusifovun N.Hacıyevi aldatması və təzyiqləri nəticəsində 57 mənzil, 1000 kv.m qeyri-yaşayış sahəsi qeyri-qanuni yolla sənədləşdirilərək vətəndaşlara “satılıb”. Bu isə ümumilikdə mənzillər üzrə 3 999 000 manat, qeyri-yaşayış sahəsi üzrə isə 1 500 000 manat ziyan deməkdir: “Nəticədə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən, “Çinar AN” MTK-ya məxsus 105 mənzilli yaşayış binasında işlərin tamamlanması yarımçıq qalıb. Belə ki, kommunikasiya işlərinin heç birisi tamamlanmamış qalıb. Hesablamalara görə ümumilikdə təxminən 500-600 min manat vəsait lazımdır. Həmin binada 800.000 manat vergi borcu yaranıb.

Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus 10 girişli binanın vergiyə olan borcu 2 milyon 200 min manat, Əmək Müfəttişliyinə olan borcu 120 min manatdır. Dövlət büdcəsinə bu borcların yaranmasının və tikintinin başa çatdırılmamasının əsl səbəbkarları Bayram Yusifovdur. Bütün bunlara görə də vətəndaşların haqlı narazılığı yaranıb və onlar hüquq-mühafizə orqanlarına, ölkə başçısına müraciət etməyə hazırlaşırlar”.

Qeyd edək ki, Hacıyevlə Yusifov əvvəllər yaxın münasibətdə olub. Daha sonra aralarında yaranmış borc mübahisəsi zamanı Hacıyev borcu qaytara bilməyib və Yusifovun təzyiqləri ilə üzləşib. Sonda isə Hacıyev canını qurtarmaq üçün “Çinar AN” MTK-ya məxsus olan binadan yuxarıda qeyd olunan mənzilləri və qeyri-yaşayış sahələrini qeyri-qanuni yolla Bayram Yusifovun adına sənədləşdirməyə məcbur olub.

Mənbəmiz məsələ ilə bağlı daha detallı məlumatlar verib. Aydın olur ki, bütün bu proseslərin arxasında iri məmurlardan biri dayanır. Elə həmin əlaqələrindən istifadə edərək, Bayram Yusifov Abşeron rayon Məhkəməsinin köməkliyi ilə öz qanunsuz əməllərinə qanuni don geyindirməyə, dəyəri 10.000.000 (on milyon) manata yaxın olan 25 ədəd mənzil və 1000 kv. metr qeyri-yaşayış sahəsini sahiblənməyə çalışır və hələ ki, buna qismən də olsa nail olur.

Növbəti yazılarımızda bu haqda da müfəssəl yazacağıq.

Bu yazıda qeyd edilənlərlə bağlı B.Yusifovla əlaqə saxlayıb mövqeyini almaq istəsək də, zəngimizə cavab vermədi. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq./ afn.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Güllələnən iş adamları ilə «Bank Technique» arasında milyonluq qalmaqal

    Güllələnən iş adamları ilə «Bank Technique» ...

    25-07-2013, 20:53

  • 
  • Vətəndaş Karat MTK rəhbərliyinin dələduz əməllərinin qurbanına çevrilir - ŞOK IDDİA

    Vətəndaş Karat MTK rəhbərliyinin dələduz ...

    12-10-2019, 21:55

  • 
  • "Sevil Massivi"nin sahiblərinin məhkəməsi başlayır

    "Sevil Massivi"nin sahiblərinin ...

    1-07-2015, 19:14

  • 
  • “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərildi

    “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində ...

    25-12-2014, 23:16

  • 
  • “Hom Paş Prestij” qurbanları təşvişdə : məhkəmə, fırıldaq – Reportaj

    “Hom Paş Prestij” qurbanları təşvişdə : məhkəmə, ...

    10-03-2018, 17:25


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (150)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu