Medianın gündəmindən düşməyən bölgə məmurları heç də özlərinə düzəliş vermək fikrində deyillər desək, yanılmarıq.
Ölkədə aparılan islahatlar və ölkə başçısı İlham Əliyevin tapşırıqları məmurlara görk olmur ki, olmur.
Belə bir özündən razı məmurlardan biri də Göyçay rayonunda peyda olub.
Belə ki, Göyçay rayonu Bığır kənd sakini Hümbətov Asif Atəş oğlu tərəfindən gundemxeber.az-ın redaksiyasına olduqca narahatedici şikayət məktubu daxil olub. Beləliklə, vətəndaşın redaksiyamıza ünvanladığı şikayət məktubunu olduğu kimi təqdim edirik:
"Bildidirəm k, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədov dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmədən talan etsədə indiyə qədər onun barəsində qanunu tədbirlər görülmür.Səbəb kimi isə Şakir Əhmədovun talançılıqla əldə etdiyi pulun bir hissəsini yuxarı orqanlara xərcləməsidir.Beləliklə Şakir Əhmədov dövlət əmlakını talamaqda öz cinayətinə özündəndə yuxarı vəzifəli şəxsləri ortaq etmişdir.
Bu ortaqlıq fonunda Şakir Əhmədov cəzasızlıqdan daha da azğınlaşaraq cinayət əməllərini davam etdirməkdədir.Nəticədə də Göyçayın suvarma kanalları lildən qamışdan təmizlənmədiyi üçün kənd təsərrüfatına ciddi ziyanlar dəyir.
Şakir Əhmədov dövlət qəzetinə müsahibə verib qeyd edir ki, 6 ay ərzində 470 km uzunluğunda suvarma kanlları lildən qamışdan təmizlənib.Ancaq əslində bunlar sənədlər üzərinə yazılmış nağıllardır. 474 km kanallarda lildən təmizləmə işlərini yoxlamaq lazımdır ki, necə təmizlik aparılıb. Hər bir 1 metr kanala ən azından 1 manat xərclənəndə bu 474 000 (dörd yüz yetmiş dörd min) manat edir. Belə küllü miqdarda dövlət vəsaiti xərclənib, kanallar necə lildən təmizlənib ki, əhali yenə istifadə etməyə su tapmır.
Hunday markalı ekskavatorlar şəxsi işlərə cəlb edilərək hər gün Şakir Əhmədova pul qazandırlır.İdarə olunmayan avtomobillərə yanacaq yazılaraq pulu silinir.Suvarma kanallarda olan qurğuların , ekskavatorların təmiri adı ilə pullar silinir.Staj xatirinə adı işdə özləri uzaq ellərdə olan şəxslər var ki, maaş kartları Şakir Əhmədovun cibindədir.
Qarayazı beton kanalında əsaslı təmir zamanı, dəmir armaturdan istifadə edilməyib. Ancaq kanalın təmir üçün tərtib edilmiş lahiyə smetada betonlaşmada armaturdan istifadə edilməsi qeyd edilib.Bununlada Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov dövlətin küllü miqdarda vəsaitini mənimsəmişdir.
Ən mundarı isə budur ki, Şakir Əhmədov öz xidməti sürücüsü Zaur Zülfüqarovla ər-arvad kimi yaşayır.Bu səbəbdəndir ki, küllü ixtiyarı sürücüyə verib.Belə bir iyrənc məxluqatın uzun müddət idarədə rəhbər vəzifəsində qalması dövlət adına ləkədir.Göyçayda artıq bu cütlüyə Təhminə və Zaur deyilir.Təhminə ləğəbi almış Şakir Əhmədov sürücünün bütün qohumlarının adını işə yazdırıb.
Şakir Əhmədov talançılıq yolu ilə əldə etdiyi kapital hesabına Göyçayda 5 mənzilə, 14 obyektə sahib olub.Bütün obyektləri icarəyə verib. Bakı şəhərində, Qəbələ və İsmayıllı rayonlarında mənzillər alıb.Bahalı avtomobillər isə göz qamaşdırır.
Prezident cənab İlham Əliyevdən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovdan və Göyçay rayon İcra Hakimiyyəti başçısı cənab Natiq Ağayevdən xahiş edirik şikayətdə qeyd edilən faktlar yerində yoxlanılsın və Şakir Əhmədovun barəsində ciddi tədbirlər görülsün.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?