Mingəçevir şəhərində məskunlaşan, Ağdam rayonundan olan məcburi köçkün, 31 yaşlı Şakir Əhmədov həmyerlisi, eləcə də qonşusu, 34 yaşlı Bəxtiyar Rəhimovu güllə ilə vuraraq hadisə yerindən qaçıb. gundemxeber.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılan yaralı yolda dünyasını dəyişib.
"Xəstəxanaya getdim, balamı al qanın içində gördüm. Balamı güllə ilə ürəyindən 2 dəfə vurublar", - deyə Bəxtiyar Rəhimovun atası Elmidar Rəhimov bildirib.
Mərhumun yaxınlarının sözlərinə görə, Şakir Əhmədov əvvəlcə Bəxtiyar Rəhimovu yanına çağırıb. Hadisə də bundan sonra baş verib. Hadisədən ilk xəbər tutan isə mərhumun qardaşı Elşən Rəhimov olub. Onun sözlərinə görə, Şakir Əhmədov qardaşını öldürdükdən sonra ona da atəş açıb. Güllələr Elşən Rəhimovun bədəninin bir neçə yerini yaralayıb.
Baş vermiş hadisə ilə bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisəni törətdikdən sonra qaçan Şakir Əhmədovun axtarışı davam etdirilir. Bildirək ki, qətlə yetirilən Bəxtiyar Rəhimov ailəlidir, onun iki azyaşlı övladı var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?