Gundemxeber.az » GündəmXəbər » Vasif Talıbovun kadrları İFŞA OLUNUR - İLGİNC
Bakıdan gələn xüsusu qrup Naxçıvanda yoxlamaları davam etdirir. Səhiyyə Nazirliyi və özəl şirkətlərdən sonra, artıq Təhsil Nazirliyi və Gomrük Komttəsində də ciddi yeyintilər, milyardlarla manat büdcə talanması faktları üzə çıxıb. Gundemxeber.Az bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a müvafiq qurumlardakı mənbələr məlumat verib.
Onlar deyir ki, məsuliyyətdən yayınmaq istəyən bəzi nazrlər artıq istefa ərizələrini yazsa da, onlara yoxlamalar bitənədək gözləmək məsləhət görülüb. Bu nzirlərin həbs olunacağı da ehtimal olunur.
Onlardan biri də səhiyyə nazri Niyazi Novruzovdur. Ona bildirilib ki, istefaya, yaxud həbsə gedəcəyi ilə bağlı qərar yoxlamalar bitdikdən sonra veriləcək. Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən Səhiyyə Nazirliyindəki mənbənin məlumatına görə, buradakı yeyintilər Talıbovlara aid şirkətlərin əli ilə həyata keçirilib:
"Naxçıvanda bütün xəstəxanalar müasir tibbi avadanlıqlarala təchiz edilib. Xaricdən gətirilən bu tibbi avadanlıqların qiyməti həddindən artıq dərəcədə şişirdilib. Nəticədə milyonlarla vəsait Talıbovlara məxsus şirkətlərə köçürülüb. Başqa ciddi yeyinti halları da aşkarlanıb".
Naxçıvan Təhsil Nazirliyindəki mənbənin bildirdiyinə görə, burada da xeyli miqdarda yeyinti aşkarlanıb:
"Muxtar Respublikanın hər yerində, demək olar ki, bütün kənd və qəsəbələrdə yeni məktəblər tikilib. Həmin məktəblərin hamısının müasir avadanlıqlarla təmin olunduğu sənədlərdə çox baha qiymətə alındığı göstərilib. Lakin həmin avadanlıqlardan əsər-əlamət yoxdur. Həmin vadanlıq və komputerlərin yerinə çox ucuz qiymətə alınmış və keyfiyyətsiz avadanlıqlar qoyulub".
Ən çox yeyintinin isə Gömrük Komitəsində üzə çıxdığı bildirilir:
"Artıq, gömrük nəzarətindən kənar, qeydiyyata alınmayan və gömrükdən gedib-gələn maşınların siyahısı hazırlanır. Aydın olub ki, illərdir burada qaçqmalçılıqla məşğul olunub. Ölkəyə milyardalarla mal qaçaq şəkildə keçirilib və çıxarılıb".
Bakıdan gələn qrupun artıq iki həftədən çoxdur Naxçıvanda yoxlamalar aparıldığı bildirilsə də, bununla bağlı hələlik rəsmi məlumat verilmir.
Gundemxeber.Az
5-02-2014, 15:01
22-11-2014, 22:16
18-11-2013, 16:03
15-07-2019, 11:54
26-11-2013, 22:17
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?