GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sabiq icra başçısının inanılmaz maxinasiyaları üzə çıxdı – Arif Qasımov şəhid anasının evini niyə yandırtdırıb? - Fotolar

Sabiq icra başçısının inanılmaz maxinasiyaları üzə çıxdı – Arif Qasımov şəhid anasının evini niyə yandırtdırıb? - Fotolar

Tarix: 16-11-2022, 15:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 298

Qaynana adına saxta sənədlər, vəd olunan sərəncamlar, “pay” verilmiş mənzillər və milyonlarla borc – Nizami rayonunda görünməmiş rüşvət və korrupsiya əməlləri Nizami rayonun sabiq icra başçısı Arif Qasımovun vəzifədə olduğu dövrlərdə sayagəlməyəsi qədər qanunsuzluqlara yol verməsi barədə mətbuatda çox yazılıb. 


Bu adam özünü məmurdan daha çox torpaq dəllalı və saxta sənədlər hazırlamaq üzrə yüksək səviyyəli “mütəxəssis” kimi tanıdıb. O, icra başçısı işlədiyi rayonu dövlətin  müəyyən etdiyi qaydalarla deyil, özünün şəxsi biznes maraqlarına uyğun şəkildə idarə edib ki, bunun da nəticəsində topdağıtmaz səltənətə sahiblənməyə müvəffəq olub. Əlbəttə, bu, Arif Qasımovun Nizami rayonundakı “yaradıcılığının” görünən tərəfidir. Görünməyən tərəflərdə daha ağır əməllər dayanır və onlar barədə toplu məlumatların əks olunduğu kitab da var. Təəccüblənməyin, bu kitabın adı Cinayət Məcəlləsidir və məhz orada Qasımovun Nizami rayonundakı korrupsiya və rüşvət “performansı”, saxta sənəd hazırlamaq “istedadı”, vəzifədən sui-istifadə etmək “qabiliyyəti”, əvvəlcədən əlbir olan mütəşəkkil cinayətkar dəstə yaratmaq “bacarığı”, dövlət əmlkanı və vəsaitlərini talamaq “cəsarəti”, başqalarının əmlakını mənimsəmək “qətiyyəti” və sair “özəllikləri” barədə məlumatlara MADDƏ-MADDƏ rast gələ bilərik.

 

Ümumiyyətlə, Cinayət Məcəlləsi Arif Qasımovun avtoportretini yaratmaq üçün unikal vasitə hesab oluna bilər. Hətta orada elə maddələr var ki, birbaşa Arif Qasımovun ƏYNİNƏ BİÇİLİB. Oxuduqca sabiq icra başçısını əvvəlcə Kürdəxanıda, sonra da müxtəlif MÜƏSSİSƏLƏRDƏ təsəvvür edirsən. 

Arif Qasımov olduqca “unikal” adamdır. Məsələn, sabiq icra başçısı olmasına baxmayaraq, vəzifədə olduğu dövrdə mənimsədiyi vərdişləri bu gün də davam etdirir. Həbsxanada olmadığına görə Tanrıya şükr etmək əvəzinə, özünü nümyişkəranə şəkildə “toxunulmaz adam” kimi göstərən Qasımov Nizami rayonunu indi də özünün şəxsi ofisindən “idarə” etməyə çalışır. Qısası, Qasımovun QARA MÜHASİBATLIĞI bu gün də Nizami rayonundan əl çəkmir. Elə əməllərə imza atılır ki, bütün bunlar barədə daha geniş və detallı şəkildə danışmaq zərurəti var. Hələlik başlayaq Arif Qasımovun icra başçısı olduğu dönəmlərə təsadüf edən qanunsuz əməllərindən. 


Əldə etdiyimiz dəqiq məlumatlara görə, Arif Qasımov Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı dövrlərdə özünə topdağıtmaz səltənət qura bilib. Bu yazıda Qasımovun səltənətinə daxil olan bir neçə obyektdən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər hazırlamasından, eləcə də iş adamlarından aldığı külli miqdarda rüşvətin müqabilində sərəncam verəcəyi vədini yerinə yetirməməsindən bəhs edəcəyik. 


Arif Qasımovun biznes imperiyasına daxil olan obyeklərin bir çoxu başqa-başqa adamların adına rəsmiləşdirilib. Əvvəllər obyektlərini, ələ keçirdiyi əraziləri qaynanası Cəfərova Fizzə Mirhəmid qızının adına qeydiyyata aldırsa da, sonradan iz itirmək məqsədilə həmin obyektlər başqa adamların adına keçirilib. Məsələn, bu sırada Qara Qarayev prospektində “Rahat” marketin qarşısında yerləşən və “Konkakt Home” mağazalar şəbəkəsi tərəfindən icarəyə götürülmüş iki mərtəbəli tikilini göstərmək olar. Bu obyek Arif Qasımovla müştərək bir neçə tikinti layihəsində iştirak etmiş iş adamı Elsevərin əməkdaşlarından birinin adına sənədləşdirilib. Qasımov Elsevər adlı iş adamı ilə birgə çoxmərtəbəli bina da inşa etdirib. Bu bina Rüstəm Rüstəmov küçəsində yerləşir. 

Sabiq icra başçısının Anar adlı iş adamı ilə də bir neçə müştərək işi olub. Burada bir məqamı qeyd edək ki, Qasımov həm də o icra başçılarından olub ki, təzyiq yolu ilə özünü müxtəlif obyektlərə şərik kimi qəbul elətdirib. Onun Anar adlı iş adamı ilə birgə sahiblik etdiyi restoran sonradan Qasımova Maştağa qəsəbəsində böyük bir “parnik” qazandırıb. Belə ki, Anar öz “parnikindən” Arif Qasımovun xeyrinə imtina etməklə şərikli restoran işlətmək əzabından qurtula bilib. 


Qara Qarayev prospektindəki “Ağ Çiçəyim” mağazasının yanındakı paltar mağazası da sabiq icra başçısına məxsusdur. Nədənsə bu obyekt hələ də Qasımovun qaynanasının adına qeydiyyatdadır. Görünür obyektlərin sayının çox olması səbəbindən Qasımov bu mağazanın addan-ada keçirilməsi əməliyyatını hələlik yekunlaşdıra bilməyib. 

Sabiq icra başçısı Nizami rayonundakı biznesini özünün məşhur qalasından  - “Ofis” kimi tanınan binadan idarə edir. Bu binanın tikintisinin isə ürək üzən tarixçəsi var. Belə ki, Məmmədəli Şərifli küçəsi ilə kəsişmədə yerləşən sözügedən binanı tikmək üçün əvvəlcə torpağın və oradakı evin sahibi olan şəhid anasını razı salmaq ehtiyacı yaranıb. Lakin şəhid anası təkliflərlə razılaşmayıb və bu da Qasımovu bərk qəzəbləndirib. Günlərin birində isə şəhid anasına məxsus olan evdə qeyri-müəyyən səbəblərdən yanğın baş verib. Bu müəmmalı hadisəni ərazidə yaşayan sakinlər hələ də xatırlayırlar.  Yağından dərhal sonra  Arif Qasımov həmin ərazidə özünə ofis inşa etdirib və bu gün də oranı özünün iş yeri kimi istifadə edir. 


İndi gələk məşhur “Neolit” restoranına. Bu obyek əvvəllər Arif Qasımovun qaynanasının adına olub. Sonradan Elsevər adlı iş adamının adına sənədləşdirilib. Maraqlıdır ki, “Neolit”ə görə Arif Qasımov hələ də Yaşar adlı iş adamı ilə mübahisə yaşayır və bu mübahisə zaman-zaman qalmaqal səviyyəsinə də çatır. Nizami rayonunda Arif Qasımova məxsus şadlıq sarayları da var. Onlar haqqında növbəti yazımızda ətraflı şəkildə bəhs edəcəyik.

Hələlik keçək saxta sənəd məsələsinə. Məsələ burasındadır ki, Arif Qasımov Nizami rayonuna rəhbərlik etdiyi dövrlərdə özü üçün ərsəyə gətirdiyi və ya zor gücü ilə sahibləndiyi tikililərin çoxunu, yuxarıda da qeyd etdiyimiz kimi, qaynanası Cəfərova Fizzə Mirhəmid qızının adına sənədləşdirib. Bu sənədlər isə saxta yolla hazırlanıb. Araşdırma aparılarsa, dediklərimizin həqiqət olduğu hüquqi müstəvidə də öz təsdiqini tapar. Hər halda Nizami rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov təsadüfən insult keçirməyib. Məsələ burasındadır ki, həmin saxta sənədlərin əksəriyyətində məhz Qərib Məmmədovun imzası var. 


Arif Qasımov icra başçısı olduğu dövrlərdə Nizami rayonunda bina tikintisi ilə məşğul olan iş admlarından da külli miqdarda pul toplamağa müvəffəq olub. O, hər yeni tikilən binaya görə rüşvət almaqla yanaşı, həmin binalardan “pay” mənzillərə də sahib olub. Lakin bunun müqabilində vəd etdiyi müvafiq sənədləri iş adamlarına təqdim etməyib. Elə bu səbəbdəndir ki, hazırda Arif Qasımovla bina tikintisi ilə məşğul olan iş adamları arasında ciddi qalmaqal yaşanır. Məsələn, keçmiş “Sevinc” kinoteatrının yaxınlığında İNTEX şirkəti tərəfindən tikilmiş binaya görə Qasımova 500 min manat çatsa da, o hələ də binaya görə tələb olunan sənədləri şirkətə təqdim etməyib. Onun hazırda belə bir səlahiyyətinin olmadığına əsaslanan şirkət, pulunu geri tələb etsə də Qasımov müxtəlif  bəhanələrlə öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. İNTEX Arif Qasımovun borclu olduğu yeganə şirkət deyil. Nizami rayonunda bina tikintisi ilə məşğul olmuş şirkətlərin bir çoxunun Qasımovdan alacağı var və bu məbləğ üst-üstə milyonu ötür. 


Arif Qasımov iş adamlarından həm də rayonda aparılmış abadlaşdırma işlərində yararlanıb. O, yaşılllaşdırma, küçələrin işıqlandırılması, parklarda abadlıq işlərinin aparılması, yolların təmiri və s. iş adamlarının vəsaiti hesabına həyata keçirsə də sonradan bu layihələri İcra Hakimiyyətinin adına yazaraq külli miqdarda dövlət vəsaitini mənimsəyib. Bu kimi maxinasiyaları Arif Qasımov həmin dönəmlərdə İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışmış Tariyel Tahirov və Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş Rasim Abdullayevin əli ilə reallaşdırıb. Adıçəkilən şəxslərin və hazırda da Nizami Rayonu İcra Hakimiyyətinin birinci müavini vəzifəsini tutan  Qərib Məmmədovun vasitəsilə Arif Qasımov köhnə tarixli sənədlərin hazırlanmasını da həyata keçirib. Bununla da Arif Qasımov bilavasitə Prezident İlham Əliyevin Fərmanına qarşı çıxmış olub. Belə ki, Prezident İlham Əliyevin 17 sentyabr 2018-ci il tarixli “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı Arif Qasımovun planlarını pozub. Tikililərə sənəd vermək səlahiyyətini itirən Arif Qasımov rüşvət aldığı iş adamlarını razı salmaq üçün adıçəkilən Fərmandan əvvəlki tarixlər göstərilmiş saxta sənədlər hazırlatdırıb. 

Xatırladaq ki, “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident Fərmanına əsasən yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyi olmadan tikintiyə icazə verə bilməzlər. 

Arif Qasımov Bakı şəhərinin digər rayonlarında da müxtəlif obyektlərə və torpaq sahələrinə sahibdir. Bütün bunlar barədə gundemxeber.az-ın növbəti yazısında geniş şəkildə söhbət açılacaq. Eyni zamanda Qasımovun “vəzifəyə” gedəcəm kimi uydurma söhbətlərindən də bəhs ediləcək. Təsəvvür edin, bu qədər qaramat içində olan bir adam, rayonda öz təsir imkanlarını artırmaq üçün hətta Eldar Əzizizovun yerinə - Bakı meri təyin olunacağına dair şaiyələr yaydırır. Əlbəttə ağlı başında olanlar Qasımovun hansı səbəblərdən işdən qovulduğuna əsaslanaraq onun nağıllarını ciddi qəbul etmirlər. “ÇP”si başından aşan VURULMUŞ kadra bundan sonra kim iş tapşırar? Kim onu himayə edər?..

GundemXeber.Az-ın əldə etdiyi məlumatlarda Arif Qasımovun Nizami Rayonu İcra Hakimiyyətinin hazırkı başçısı Coşqun Cəbrayılova müxtəlif yollarla təzyiq göstəməyə şalışdığına dair məqamlara da rast gəlinir. Qasımov ciddi cəhdlə çalışır ki, Coşqun Cəbrayılov köhnə sərəncamların, eləcə də tikililərə görə digər müvafiq sənədlərin araşdırılmasına maraq göstərməsin.  Qasımov yaxşı bilir ki, hazırkı başçı ARXİVİ qaldırarsa, ortaya dəhşət saçan saxtakarlıq faktları çıxacaq. Bu isə Cinayət Məcəlləsindəki uyğun maddələrin Qasımovun əməlləri xüsusunda aktuallıq qazanacağı deməkdir. Maraqlıdır, Coşqun Cəbrayılov sabiq başçının qanunsuz əməllərini ört-basdır edəcəkmi? Yaxud, yeni başçı hansı hallarda Arif Qasımovu qorumağa razı olar? Bax, maraqlı olan həm də budur. Gözləyək.

Növbəti yazılarımız da olacaq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı iş adamından kreslo tələb etdi: “Yenisini al, bu mənə düşmədi…”

    İcra başçısı iş adamından kreslo tələb etdi: ...

    19-03-2016, 23:07

  • 
  • BAKININ NİZAMİ RAYONU NİYƏ BAŞÇISIZDIR?-FOTOLAR

    BAKININ NİZAMİ RAYONU NİYƏ BAŞÇISIZDIR?-FOTOLAR ...

    23-01-2021, 15:13

  • 
  • MTN-lə Arif Qasımovu birləşdirən tellər

    MTN-lə Arif Qasımovu birləşdirən tellər ...

    15-04-2016, 13:13

  • 
  • Nizami rayonunda Arif Qasımov RÜZGARI... - İDDİA

    Nizami rayonunda Arif Qasımov RÜZGARI... - İDDİA ...

    25-03-2021, 12:04

  • 
  • Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA

    Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA ...

    25-01-2021, 12:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu