GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Torpağı mənə Heydər Əliyev vermişdi, Arif Qasımov əlimdən aldı, evimi də yandırdı” – Şəhid xanımının şok səs yazısı – Nizami rayonunda nə baş verir?

“Torpağı mənə Heydər Əliyev vermişdi, Arif Qasımov əlimdən aldı, evimi də yandırdı” – Şəhid xanımının şok səs yazısı – Nizami rayonunda nə baş verir?

Tarix: 21-11-2022, 16:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 126


Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun vəzifədə olduğu dövrdə yol verdiyi qanunsuz əməllərlə bağlı mətbuatda silsilə məqalələr dərc olunur. Məqalələrdə diqqət yetirilən məqamlardan biri Arif Qasımovun şəhid ailəsinə məxsus torpaq sahəsini mənimsəməsi və həmin ərazidə yerləşmiş yaşayış evində naməlum səbəblərdən yanğın baş verməsi ilə bağlıdır. 



Məlumatlara görə, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 10a ünvanında yerləşən sözügedən ərazidə Arif Qasımov özünə ofis tikdirib və hazırda Bakı şəhərindəki biznes şəbəkəsini məhz həmin binadan idarə edir. 


GundemXeber.Az olaraq məsələnin ciddiliyini və zərərçəkən tərəfin məhz şəhid ailəsi olmasını nəzərə alaraq sözügedən mənimsəmə idddiası ilə bağlı daha dərin və detallı araşdırma aparmaq qərarına gəldik. Ötən yazımızda da bu haqda geniş məlumat verəcəyimizi qeyd etmişdik. 

Beləliklə, bir neçə günlük araşdırmalar nəticəsində müəyyən etdik ki, Arif Qasımov həqiqətən də şəhid ailəsinə məxsus 6 ha əraizini qeyri-qanuni şəkildə mənimsəyib.  Özü də söhbət o torpaq sahəsindən gedir ki, həmin ərazi I Qarabağ müharibəsi şəhidi Abbasov Tofiq Hüseyn oğlunun xanımı, 9 uşaq anası Abbasova Rahilə Ələkbər qızına Ulu Öndər Heydər Əliyevin əvəzi ödənilmədən təqdim edilməsi barədə tapşırığı əsasında verilib. 


Araşdırmalar üzə çıxardı ki, şəhid xanımı Rahilə Abbasova 2000-ci il dekabrın 30-da o vaxtkı “Respublika” Sarasyında keçirilən uşaqların yeni il şənliyi zamanı Prezident Heydər Əliyevə yaxınlaşaraq ona şəxsən ərizə təqdim edib. Bundan bir neçə gün sonra həmin ərizə baxılması üçün baş nazirin müavini Abid Şərifova göndərilir. Ərizənin əlavə olunduğu məktub Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi, Prezidentin köməkçisi Dilarə Seyidzadə tərəfindən imzalanıb və məktubda xüsusi qeyd olunub ki, məsələ ilə bağlı “Prezidentin göstərişi” var. Beləcə proses sürətli xarakter alır və müvafiq qurumların hamısı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 10a ünvanında yerləşən 6 ha ərazinin şəhid xanımı, 9 uşaq anası Rahilə Abbasovanın mülkiyyətinə keçirilməsinə razılıq verirlər(Müvafiq sənədlərin fotoları təqdim olunur - Red).  

Əldə etdiyimiz sənədlər arasında Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı, həmin dönəmlərdə Nizami Bələdiyyəsinin sədri vəzifəsində çalışmış Arif Qasımovun özünün də imzası olan məktublar var. O, 23 iyul 2007-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti Memamrlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi A.Abdullayevə göndərdiyi məktubda sözügedən torpaq sahəsinin şəhid xanımı Rahilə Abbasovanın mülkiyyətinə verilməsinə münasibət bildirilməsini xahiş edir. Bakı Şəhər İcra Hakimiyyəti Memamrlıq və Şəhərsalma Baş İdarəsindən Arif Qasımova göndərilmiş 13.08.2007-ci il tarixli 18/038/5170 nömrəli cavab məktubunda torpaq sahəsinin şəhid xanımının adına müstəsna hal kimi sənədləşdirilməsinə razılıq verilir. Arif Qasımov növbəti məktubu Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə göndərir. Adıçəkilən şöbə də 06.02.2008-ci il tarixli, 05/01-26 nömrəli məktubla 6 ha torpaq sahəsinin şəhid xanımının adına sənədləşdirilməsinə razılığını bildirir. Nəhayət məsələı ilə bağlı Bakı Şəhər Nizami Bələdiyyəsində Arif Qasımovun sədrliyi ilə iclas keçirilir və qərara alınır ki, Nizami rayonu Məmmədəli Şərifli küçəsi 10a ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 6 ha torpaq sahəsi şəhid xanımı Abbasova Rahilə Ələkbər qızının əvəzi ödənilmədən mülkiyyətinə verilsin (Qərarın surətini təqdim edirik - Red). 


Göründüyü kimi, hazırda Arif Qasımovun çoxmərtəbəli ofisi yerləşən ərazinin tam hüquqlu mülkiyyətçisi məhz şəhid xanımı, 9 uşaq anası Rahilə Abbasovadır. Üstəlik Nizami Rayon Məhkəməsinin 20 fevral 2004-cü il tarixli qərarı ilə Rahilə Abbasova və onun övladları sözügedən ünvanda daimi pasport qeydiyyatına alınıblar. Lakin buna baxmayaraq Arif Qasımov icra başçısı olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəhid ailəsinə məxsus torpaq sahəsini ələ keçirməyə mavəffəq olub. Belə ki, şəhid ailəsinə əvvəlcə cüzi miqdarda konpensasiya təklif olunsa da onlar bundan imtina edib. Mübahisə getdiyi günlərdə  şəhid ailəsinin evində qeyri-müəyyən səbəblərdən yanğın baş verib və nəticədə Rahilə Abbasova övladları ilə birgə küçəyə atılıb. R.Abbasova hazırda uşaq baxçalarından birində məskunlaşıb.


 Şəhid xanımı iddia edir ki, onun evi məhz Arif Qasımovun göstərişi ilə yandırılıb. Evindən və torpağından məhrum edilməsinə görə isə ona bu günə qədər konpensasiya ödənilməyib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan (Hazırda YAP Nizami Rayon Təşkilatında qeydiyyatdadır - Red) şəhid xanımı deyir ki, Arif Qasımov və yaxın adamları onu bu günə qədər aldadırlar. 

Qeyd etdiyimiz fakt əslində hüquqi məsuliyyət yaradır. Lakin maraqlıdır ki, Arif Qasımov törətdiyi əmələ görə dövlətin müvafiq qurumları qarşısında ifadə verməyib. Sual olunur: vətəndaşın, üstəlik şəhid ailəsinin evini, torpağını mənimsəmiş vəzifə sahibi nədən bu günə qədər məsuliyyətə cəlb olunmayıb? Şəhid xanımının fəryadını niyə əlaqədar qurumlar eşitmir? 


Ulu Öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə şəhid ailəsinə verilmiş torpaq sahəsini mənimsəyən, şəhid övladlarının yaşadığı evi yandırmaqda ittiham olunan, ələ keçirdiyi ərazidə içində üzgüçülük hovuzu olan ofis tikdirən bir məmur, necə olur ki, əlini-qolunu yelləyərək gəzə bilir?  Arif Qasımov hansı cəsarətlə, kimə güvənərək Ulu Öndərin tapşırığı ilə şəhid ailəsinə verilmiş torpaq sahəsini öz səltənətinə qata bilib? Suallar çoxdur və onlara rəsmi qaydada cavab verilənə qədər məsələni diqqətdə saxlamağa çalışacvağıq. Ümid edirik ki, heç olmasa bundan sonra hüquq-mühafizə orqanları Arif Qasımovun əməllərilə bağlı lazımı araşdırmalar aparacaq və xüsusən şəhid ailəsinin başına açılmış müsibətə görə cavab verməsini tələb edəcəklər. 


Araşdırmalarımız davam edir. Növbəti yazılarda Arif Qasımovun Nizami rayonunda çoxmərtəbəli bina tikintisi ilə məşğul olan şirkətlərin rəhbərlərindən külli miqdarda rüşvət alması, yeni binalardan təzyiq yolu ilə çox sayda mənzillərə sahiblənməsi və sairə kimi hallardan söhbət açacağıq. Bizi izləyin.


Ötən sayımızdakı yazıları da təqdim etdiyimiz linkdən izləyə bilərsiniz.

https://gundemxeber.az/gundemxeber/76273-nizami-cra-hakimiyyetinde-tukurpedici-deleduzluq-emelleri-dunyasini-deyismis-kimsesizlere-aid-menziller-menimsenilib-cosqun-cebrayilov-kecmis-bascinin-pozuntularini-ort-basdir-edir.html


https://gundemxeber.az/gundemxeber/76228-sabiq-icra-bascisinin-inanilmaz-maxinasiyalari-uze-cixdi-arif-qasimov-sehid-anasinin-evini-niye-yandirtdirib-fotolar.html


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA

    Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA ...

    25-01-2021, 12:15

  • 
  • Nizami İcra Hakimiyyətində tükürpədici dələduzluq əməlləri - ŞOK FAKTLAR

    Nizami İcra Hakimiyyətində tükürpədici dələduzluq ...

    18-11-2022, 13:37

  • 
  • İcra başçısı iş adamından kreslo tələb etdi: “Yenisini al, bu mənə düşmədi…”

    İcra başçısı iş adamından kreslo tələb etdi: ...

    19-03-2016, 23:07

  • 
  • BAKININ NİZAMİ RAYONU NİYƏ BAŞÇISIZDIR?-FOTOLAR

    BAKININ NİZAMİ RAYONU NİYƏ BAŞÇISIZDIR?-FOTOLAR ...

    23-01-2021, 15:13

  • 
  • NIZAMI ICRA BAŞÇISI ARIF QASIMOVUN KRIMINAL VƏ QARANLIQ KEÇMIŞI - ŞOK FAKTLAR

    NIZAMI ICRA BAŞÇISI ARIF QASIMOVUN KRIMINAL VƏ ...

    28-09-2015, 17:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu