Bu günlərdə İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.
Buna cavab olaraq, Təhsil naziri Emin Əmrullayev və İmişli Rayon Təhsil Şöbəsinin rəhbəri məktəbin müəllim kontingentinin və şagirdlərinin şərəfini qoruyan müəllimənin əmək haqqını kəsib, sonra da töhmət veriblər. Bununla da özlərini təmizə çıxarmış kimi göstərirlər. Amma unutmaq olmaz ki, haqqın üzərinə getmək, haqsız olmağını büruzə verməkdir. Biz də ictimai nəzarət funksiyasını yerinə yetirərək Prezident İlham Əliyevə səslənirik: Doğru-düzgün olan müəllimini qoru!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?