Azərbaycan prezidenti İlham Əliyevə İmişli rayonundan şikayət məktubu ünvanlanıb. Müraciət edən vətəndaş İmişli rayon Xoşçobanlı kənd sakini Bağırov Vüqar Əmralı oğludur. Müraciət ölkənin təhsil sistemi ilə bağlı olaraq Mikayıl Cabbarova da ünvanlanıb. Müraciət edən vətəndaşın şikayətini olduğu kimi təqdim edirik: - Cənab Prezident mən Sizin 5 fevral 2014-cü il tarixdə televizor vasitəsi ilə məmurlara verdiyiniz tapşırıqları izlədikdən sonra İmişli rayon Xoşçobanlı kənd orta məktəbin direktoru Seyfəlməlik Talıbovun məktəbdə etdiyi qanunsuzluqlar barədə sizə və Təhsil naziri M.Cabbarov cənablarına dəfələrlə ərizə yazsam da, İmişli rayon Təhsil şöbəsinin müdiri cənab Ramiz Əmirov tərəfindən yoxlama aparılması üçün məktəbimizə yoxlama göndərsə də, dediyim faktlar tam təsdiqini tapsa da faktların çoxu gizlədildi. Faktlar bunlardan ibarət idi. Direktor iş vaxtı icazəsiz olaraq dəfələrlə oğlu Asim Talıbov, həyat yoldaşı Rahilə Talıbova (müəllim və müəllimə)ilə birlikdə xarici ölkələrə keçmiş və heç vaxtı öz əmək haqları tutulmamış. Digər fakt ondan ibarətdir ki, dövlət tərəfindən ayrılmış təsərrüfat üçün pullar direktor tərəfindən mənimsənilmiş, oğlu Asim Talıbova tədris etmədiyi 10 saat dərsə görə sentyabrdan indiki günə qədər əmək haqqı buraxmış. Bu qədər saxtakarlıq edən direktoru İmişli rayon Təhsil şöbəsini müdiri R.Əmirov həmişə müdafiə edir. O, qeyd edir ki, Talıbovun Təhsil Nazirliyində yüksək vəzifəli şəxslər tərəfindən müdafiə edilir. Ona görə də biz onun haqqında yuxarı orqanlara ciddi şəkildə təqdimat göndərə bilmirik. R.Əmirovun təhsili bazara çevirməsinin nəticəsidir ki, artıq nüfuzlu müəllimlər təhsilə əlvida deyib. 1970-1990-cı illər məktəblərdə fənn təmayülləri var idi. Artıq şagirdlər məktəblərə yox repetitorlar yanına gedirlər. Repetitor müəllimlər isə sözsüz ki, təhsil rəisi ilə razılaşdırılmış hərəkət edirlər. Ali məktəblərə qəbul olunan şagirdlər isə repetitorların dərs dedikləri şagirdlərdir. Məktəbdə adı getmək isə attestat naminədir. Valideynlər boğazlarından kəsib repetitorlar vasitəsi ilə övladlarına təhsil verdirirlər. Belə isə dövlət təhsilə niyə vəsait ayırır. Düzdür təhsilin islahatlara ehtiyacı var. 150-200 manata müəllim ailə saxlaya bilməz. Müəllimlərin çoxu artıq tamadalıq edir, bazarda alver edir, bəziləri isə bənnalıq edir. Bizim kənd direktoru kimi İrana alverə gedir. Rəisində hədiyyəsini almamış deyillər. Bəyənmədiyimiz Sovet hökuməti dövrü təhsilə və müəllimə böyük hörmət var idi. Bu qədər acınacaqlı deyildi. Mənim atamda məktəb direktoru olub. Yaşlı nəsil müəllimlərin İmişli təhsilinin hazırkı acınacaqlı səviyyəsinə görə əsəbləri pozulub. Gəlin yaşlı müəllimlərlə görüş keçirin, Mikayıl müəllim. Onlar acınacaqlı vəziyyətə az qala ağlayır, xəstə düşüblər. Gələcək nəsilin taleyindən nigarandılar. Müəllimin acından öldüyü, yamaqlı şalvar geydiyi ölkədə, rəis və məktəb direktorları villalarda yaşayırlar, itlərinə tikdirdikləri yer kasıb müəllimin evindən dəyərlidir. Yenə sağ olsun ki, hörmətli birinci xanım M.Əliyeva çox yerlərdə məktəb tikdirir, amma bizim keçmiş başçımız Ə.Ağayev dövlətin məktəbin təmirinə ayırdığı pullarıda mənimsəyirdi. Cənab Prezident xahiş edirəm R.Əmirovun nə qədər düz, nə qədər isə yalan dediyinə aydınlıq gətirməkdən ötəri bir daha bu faktları araşdırılmasına göstəriş verəsiniz. Onda bilinər ki, R.Əmirov bu saxtakar direktoru özü müdafiə edir, yoxsa Təhsil Nazirliyindən müdafiə olunur. KƏRİM
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?