GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Zaur Mikayılov sələfindən geri qalmır: gələn gedənə rəhmət oxutdurur

Zaur Mikayılov sələfindən geri qalmır: gələn gedənə rəhmət oxutdurur

Tarix: 23-01-2023, 16:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 333


Əhmədzadədən sonra da düzəlməyən ASC korrupsiya burulğanında çabalayır


Azərbaycanda ən çox korrupsiya və özbaşınalıqların baş verdiyi qurumlardan biri də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti olub. 2006-ci ildən 2021-ci ilə qədər bu quruma rəhbərlik edən Əhməd Əhmədzadə sözün həqiqi mənasında buranı korrupsiya bataqlığına çevrimişdi.

2021-ci ildə quruma rəhbər təyin edilən Zaur Mikayılovdan bəzi gözlənilər olsa da, o da ASC-nin fəaliyyətini şəffaflaşdıra bilmədi, daha doğrusu, şəffaflaşdırmadı, bataqlıq daha da böyüdü, ətrafa yayıldı və dərinləşdi. 

Bu yaxınlarda mediada gedən araşdırmalar da Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə bağlı haqlı suallar ortaya çıxarıb. Amma qurum bu suallara cavab vermək əvəzinə, olanları gözməzdən gəlir və qanunvericilik qarşısında özünü heç məsul saymır. 

2022-ci ilin sonlarında qurumun tabeliyində fəaliyyət göstərən Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi sifarişçi olduğu növbəti tenderə yekun vurub. Bu tenderlə bağlı suallar durumun olduqca ağır olmasından xəbər verir. Yəni merkantil idarəçilik bu təşkilatın əsas sevizinə çevrilib. 

Bəs tenderi udan MMC kimindir? 

 Bir müddət öncə "qlobal.az"da gedən araşdırmada bildirilirdi ki, idarə 2022-ci ilin dekabr ayının 29-da "Əsaslı təmir üzrə Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində Kür çayında daş-betonla sahilbərkitmə işlərinin satın alınması" lotu üzrə keçiridyi satınalmanın məbləği 5.965.000 manat, qalibi isə "İnşaatçı-Neftçi" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 

Nizamnamə kapitalı 10 manat olan "İnşaatçı-Neftçi" MMC-nin hüquqi ünvanı Şirvan şəhəri 28 may küçəsi, ev 2, mənzil 30 ünvanı, qanuni təmsilçisi isə Zeynalov Faiq Səmid oğludur. Amma tenderin şəffaflığı ilə bağlı ortada heç bir hesabatlılıq yoxdur. Bu MMC-nin fəaliyyəti ilə bağlı isə heç bir dolğun suala məlumata rast gəlinmir… 


15 milyonluq satınalma ilə bağlı qaranlıq məqamlar…


Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi 2021-ci ilin mart ayından 2022-ci ilin dekabr ayının 29-a qədər 7 (yeddi) satınalmaya yekun vurub. Bu tenderlərin ümumi məbləği 15.252.638 (on beş milyon iki yüz əlli iki min altı yüz otuz səkkiz) manat təşkil edib:

1. Lot - "Maşın mexanizmlərinin və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması"

Qalib təşkilat - "Sevinc-96" MMC

Məbləğ - 241.880 AZN

2. Lot - "Əsaslı Təmir uzrə torpaq işləri"

Qalib təşkilat - "Meliorativ maşın stansiyası" MMC

Məbləğ - 538.600 AZN

 3. Lot - "Cari təmir üzrə daş-betonla sahil bərkitmə işləri"

Qalib təşkilat - "Sevinc-96" MMC

Məbləğ - 1.046.132 AZN

 4. Lot - "Əsaslı Təmir uzrə torpaq işləri"

Qalib təşkilat - "İlkin-N" MMC

Məbləğ - 6.175.511 AZN 

5. Lot - "Maşın mexanizmlərinin və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması"

Qalib təşkilat - "Sevinc-96" MMC

Məbləğ - 239.507 AZN

 6. Lot - "Cari təmir üzrə Ucar, Zərdab, Kürdəmir, Sabirabad, Salyan, Neftçala rayonları ərazisində olan çaylarda mexanizmlərlə torpaq işlərinin satın alınması" 

Qalib təşkilat - "Ricon" MMC

Məbləğ - 1.006.008 AZN 

7. "Əsaslı təmir üzrə Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində Kür çayında daş-betonla sahilbərkitmə işlərinin satın alınması" 

Qalib təşkilat - "İnşaatçı-Neftçi" MMC

Məbləğ - 5.965.000 manat.

Göründüyü kimi, idarənin qalib etdiyi bu təşkilatlardan "Ricon" MMC istisna olmaqla hamısının hüquqi ünvanları qonşu rayonlardadır: 

 - "İnşaatçı-Neftçi" MMC - Hüquqi ünvanı Şirvan şəhəri 28 may küçəsi, ev 2, mənzil 30;

- "Sevinc-96" MMC - Hüquqi ünvanı Şirvan şəhəri, H.Z.Tağıyev, ev 45, m. 1;

- "İlkin-N" MMC - Hüquqi ünvanı Salyan rayonu Qarabağlı kəndi;

- "Meliorativ maşın stansiyası" MMC - Hüquqi ünvanı Sabirabad rayonu Bulaqlı kəndi.  

Qalib təşkilatların texniki bazası yoxdur…

 Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin 2021-ci ilin mart ayından indiki dövrədək qalib elan etdiyi təşkilatların maddi-texniki bazaları barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir. 

Məlumata görə, "İlkin-N" MMC-nin texniki bazası mövcuddur. Iddia olunur ki, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin digər tenderlərində qalib elan olunan təşkilatlar - "Meliorativ maşın stansiyası" MMC və "Sevinc-96" MMC əslində "İlkin-N" MMC-nin sahibi "Hacı Qurban" kimi tanınan Qurban Abasova məxsusdur. 

 Bu şirkətlərin qalib elan edildiyi işlərdə "İlkin-N" MMC-yə məxsus avtomobil və digər texnikalardan istifadə edilir.  Yeri gəlmişkən, işlərdə "İlkin-N" MMC ilə bağlı zaman-zaman mediada tənqidi məqalələr dərc olunub, şirkətin şəffaflığı sorğulanıb, amma şirkət hər hansı bir açıqlama verməyib. 


Tenderin qaliblərini ASC-dəki xalaoğlu müəyyən edir…


Digər qurumlarda olduğu kimi və artıq Azərbaycanda pis ənənəyə çevrilən qohumluq prinsipləri ASC-də də uzun illərdir ki, mövcuddur. Ona görə də satınalmaların formallığı hər zaman diqqət çəkir. Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişçi olduğu satınalmaların bəzi təşkilatlarda olduğu kimi formal keçirildiyi, əslində qaliblərin öncədən bəlli olduğu bildirilir. Həmçinin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ən böyük təşkilatlarından olan Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişçi olduğu satınalmalarda görülən işlərin dəfələrlə şişirdiliyi, alınan mal-materiallar isə rəsmi sənədlərdə əks olunduğu barədə fikirlər səslənir.  İdarənin formalaşdırdığı satınalma komissiyasının müstəqil və şəffaf qiymətləndirmə aparmaq və satınalma keçirmək kimi imkanları yoxdur. 

Buna səbəb isə İdarə rəisinin qanunun tələblərindən daha çox ASC rəhbərliyində təmsil olunan qohumunun sözlərinə və tapşırıqlarına qeyd-şərtsiz əməl etməsi iddia edilir. Görünən odur ki, qurumda tapşırıq və qohumluq qanunların aliliyindən daha öndədir. 

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyevin xalasıoğlu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevdir. 

Zakir Quliyev ASC-yə sədr müavini təyin edilməmişdən əvvəl uzun illər Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsində çalışıb.  

O, 2006-cı ildə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin edildikdən sonra xalasıoğlu Elman Nuriyevi Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi qoyub.  Bu da bayaq dediyimiz kimi, dövlət qurumunun qohumluq prinsipləri ilə çalıışdığının bariz nümunəsidir. Təbii ki, şəffaf olmayan qurumlarda qohumşuluqla idarəçilik həm də geniş korrupsiya şəbəkəsinin formalaşmasına yol açır və Azərbaycan nümunəsində biz zaman-zaman bunun şahidi olmuşuq.

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovdur. O, bu vəzifəyə 2021-ci ilin aprel ayında təyin edilib. Artıq iki ildir ki, quruma rəhbərlik edən Mikayılovun tender və satınalmalarda yol verdiyi nöqsanlar göz deşir və bu hələ ASC-də baş verənlərin hamısı deyil, görünür, orada daha dərin və ciddi problemlər var. Açıq tenderləri bu prinsiplə icra etdirən şəxslərin gör gizlində hansı fəaliyyətləri var. Mikayılovun rəhbərlik etdiyi qurumda və onun tabeliyində olan idarələrdə bu halların baş verməsi hər şeyi açıq-aşkar ortaya qoyur. 

Əgər bu qurumda ciddi yoxlamalar aparılsa, aydın olacaq ki, Zaur Mikayıov nəinki sələfindən geri qalmır, hətta mənfi idarəçilikdə onu da vurub keçib…


Məsud

GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd Əhmədzadədən Qarabağ qazilərinə sayğısızlıq

    Əhməd Əhmədzadədən Qarabağ qazilərinə sayğısızlıq ...

    10-01-2013, 10:10

  • 
  • Əhmədzadınin korrupsiya "kurotarları" - Onlar kimlərdir?..

    Əhmədzadınin korrupsiya "kurotarları" - ...

    13-06-2019, 14:39

  • 
  • Əhməd Əhmədzadə çətin durumda

    Əhməd Əhmədzadə çətin durumda ...

    22-01-2013, 10:16

  • 
  • "Azərsu"da dəyişiklik

    "Azərsu"da dəyişiklik ...

    6-09-2015, 12:41

  • 
  • Əhməd Əhmədzadə haqda dosye

    Əhməd Əhmədzadə haqda dosye ...

    21-12-2012, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu