GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycan həqiqətlərinin görünən və görünməyən tərəfləri nələrə dəlalət edir?

Azərbaycan həqiqətlərinin görünən və görünməyən tərəfləri nələrə dəlalət edir?

Tarix: 20-02-2023, 16:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 749


    Bu gün ölkəmizdə yüksək çinli vəzifə sahiblərinin birbiri ilə qohum olması, heç də təsadüfi deyil


   Ötən yazılarımızda ölkəmizin, bir qədər də dəqiq desək dövlətimizin “FETÖ” terror qruplaşması tərəfindən işğal olunması haqda müəyyən iddialar səsləndirmişdik. Məsələnin tam aydın olması üçün bəzi nüansları bir daha oxucularımızın diqqətinə çatdırmaq istəyirəm. Türkiyədə “FETÖ” şəbəkəsi din üzərindən qurulub və kimlərsə dini hisslərindən istifadə edərək, insanları bir araya gətirməyi bacarıblar və beləliklə də, bu cinayətkar terrorçu təşkilatı yaratmağa müvəffəq olublar. Yəni, ideoloji bağlılıq nəticəsində üzvlər sistemə canbaşla xidmət göstəriblər. Azərbaycanda isə, fərqli metod tətbiq olunmaqla belə bir şəbəkə yaradılıb.  Şəbəkənin yaradılmasında əsas metod olaraq qan bağlılığı, yəni qohumluq əlaqələrindən istifadə olunub. Yəni, sistemin uğurlu alınması üçün, bu sistemin tərkibində olanların birbirinə qohum olması vacib şərtlərdən biri hesab olunub. Təbii ki, 70 illik sovet imperiyasından yenicə çıxmış Azərbaycanda bu şəbəkəni din və ideologiya üzərindən qurmaq çətin olardı. Bundan əlavə, Azərbaycan əhalisinin tam əksəriyyətinin dini məzhəbi şiə olduğuna görə, bu sistem din üzərindən yaradıla bilməzdi və yaradılsaydı belə, uğurlu nəticələr əldə etmək mümkün olmazdı. Ona görə də, sistemin  qohumluq üzərindən yaradılması barəsində qərar qəbul olunur. Bu gün Azərbaycanda yüksək çinli vəzifə sahiblərinin birbiri ilə qohum olması, heç də təsadüfi deyil. Bütün bunlar əvvəlcədən düşünülmüş və planlaşdırılmış addımlardır. Bu addımlardan biri isə, məhz milli kimlik üzərindən sistemin qurulmasıdır. Yəni, millətçilik tezislərindən istifadə olunaraq sistem yaradılıb.  Ümumiyyətlə, şəbəkənin yaradılmasında üç əsas elementdən istifadə olunur.


1. Din


2. Millətçilik


3. Qan bağlılığı, yəni qohumluq əlaqələri 


    Qeyd edək ki, hər üç tezis üzərindən qurulan şəbəkə möhkəm və bir-birinə bağlı olan ciddi bir sistemi ortaya çıxara bilir. “FETÖ”-nun mərkəzi olan Türkiyədə sistem din üzərindən, ,Azərbaycanda qohumluq əlaqələri üzərindən, Qazaxıstanda isə millətçilik üzərindən yaradılmışdır. Bütün bunlara baxmayaraq, Türkiyə dövləti tez bir zamanda bir neçə əməliyyatlar keçirərək, yaradılmış sistemi  çökdürməyə müəyyən qədər müvəffəq oldu.  Qazaxıstanda da bu proses uzun çəkmədi və təxminən on günə sistem dağıdıldı. Hal-hazırda bizim ölkədə görünən odur ki, sistemin dağılması, yaxud da  çökdürülməsi müəyyən qədər vaxt apara bilər. Ölkədə düşünən beyinlərin söylədikləri ortaq fikirlərdən biri də budur ki, sistem ya tam dağıdılmalı, ya da ki, yenidən qurulmalıdır. Bu sistemin dağıdılması isə, heç də asan məsələ deyil. Adam öz dinindən imtina edə bilər, şovinist millətçiliyindən də imtina edə bilər. Amma, qan qohumluğundan heç cür imtina edə bilmir. Çünki, hər kəsə aydındır ki, ayrı- ayrı fərdlər birbiri ilə qohumdurlar. Məsələn, mən dindar olmadığımı  iddia edə bilərəm, millətçi olmadığımı da iddia edə bilərəm. Amma, əmimin bibimin,    xalamın, daymın uşaqlarının mənim qohumum olmalarını heç cür inkar edə bilmərəm.

       Bir xatırlamanı yada salaq ki, 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhdin uğursuz başa çatması “FETÖ” terror  təşkilatının geri çəkilməsinə səbəb oldu. Həyata keçirilən əməliyyatlar nəticəsində xeyli fetöçu həbs olundu, amma azadlıqda qalanlar da az olmadı. “FETÖ”nun növbəti dövlət çevrilişinə etdiyi cəhd 2022-ci ilin yanvar ayında Qazaxıstanda baş verdi. Güc strukturlarının bloklanması nəticəsində prezident Tokayev məcburiyyət qarşısında Rusiyanı köməyə çağırmağa məcbur oldu. RF-na məxsus desant qüvvələrinin həyata keçirilən əməliyyatlarda iştirak etməsi onu deməyə əsas verir ki, ruslar Qazaxıstanda paralel dövlətə qarşı xüsusi əməliyyatlar keçirdilər.  Ötən ilin yanvar ayının 6-sında həyata keçirilən əməliyyatlar cəmi doqquz gün davam etdi və az sonra bir çox şəxslər həbs olundular. Müqavimət göstərənlər isə, məhz yerindəcə məhv edildilər. Prezident Tokayevin əməliyyatlardan sonra RF-nın liderinə təşəkkür etməsi, heç də təsadüfi deyildi. Əməliyyatlardan sonra güc strukturlarında xeyli dəyişikliklər baş verdi və milli hökumətə bağlı olan qüvvələrin yüksək postlarda təmsil olunmasına başlanıldı. Həmən vaxtlarda Azərbaycan mətbuatında gedən yazılara nəzər salsaq görərik ki, rusları ölkəyə dəvət etdiyi üçün prezident Tokayev alçaldılırdı. Halbuki, qazaxlar baş verən proseslərdən məmnun görsənirdilər və doqquz günlük əməliyyatlardan sonra da, prezident Tokaeva qarşı ciddi narazılıqlar müşahidə olunmadı. “Uzaq qohumdansa yaxın qonşu yaxşıdır” prinsipinə əməl edən Tokayev, dövlət çevrilişinə cəhdin qarşısını tezliklə ala bildi. Növbəti aylardakı səfərlərinə və görüşlərinə nəzər saldıqda onu da görmək olurdu ki, Türkiyə və Azərbaycan prezidentlərinin də narahat olmadıqları, əksinə əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılaşmaları proseslərin nəzarət altında olduğunun göstəricisi idi. Hazırda ictimai rəydə belə bir fikir formalaşdırılmağa çalışırlar ki, guya Türkiyədə Ərdoğan, İranda İbrahim Rəisi, Rusiyada Putin, Qazaxıstanda Tokayev və s. kimi ölkələrdə hakimiyyətdə olanlar öz millətlərinin qanını içir və onlara qarşı soyqırım həyata keçirirlər. Bəli, bu tezisin tirajlanması ona hesablanır ki, guya bütün dünyada durum belədir və heç bir xalq istədiyini edə bilmir. Ona görə də siz də yerinizdə sakit oturun. Guya ki, 150 milyonluq Rusiya əhalisi Putinin, 85 milyonluq Türkiyə əhalisi Ərdoğanın, 85 milyonluq İran əhalisi İbrahim Rəisinin, hətta milyard yarımlıq Çin və Hindistan xalqları da, bu gün öz ölkələrinin rəhbər şəxsinin əlində girinc qalıblar. Yəni, on milyonluq Azərbaycan xalqı nə edə bilər? Dünya belə gəlib, belə də gedəcək. Bu tezislər şüurumuzun at qatlarına yerləşdirilir və bizi bir insan olaraq iflicləşdirib fəaliyyətsiz hala gətirirlər. Həqiqətlər və faktlar isə təbii ki, amansız olur.

   Azərbaycan mətbuatının uzun illər ərzində Əli Həsənov adlı bir “terrorçu” şəxsin əlində olması, yəni həqiqəti danışan, yaxud da yazan yazarların təqiblərə məruz qalmaları, həbs olunmaları, hətta ölkədən didərgin salınmaları, öklə mətbuatının durumunun acınacaqlı duruma salınması prosesinin bu gün də davam etdirilməsi, bizim əsl həqiqətlər haqda məlumatsız qalmağımıza səbəb olub. Hazırda heç kimə sirr deyil ki, bu gün ölkədə troll şəbəkələri  fəaliyyət göstərirlər və bu şəbəkələrin fəaliyyət göstərmələrinə müəyyən dairələrdən milyonlarla vəsaitlər ayrılır. O halda sual oluna bilər ki, görəsən bu şəbəkələrin fəaliyyətləri nələrdən ibarətdir? Bir çoxları elə başa düşür ki, bu şəbəkələr ancaq müəyyən milli və sağlam qüvvələrin təhqir olunması və nüfuzdan salınması üçün fəaliyyət göstərirlər. Yox, bu heç də belə deyil. Bu sadəcə olaraq şəbəkənin fəaliyyət istiqamətlərindən biridir və onların fəaliyyətləri heç də bununla məhdudlaşmır. Son günlər ölkədə antiqərb, antiran, antirusiya təbliğatı aparanların fəaliyyətləri də, məhz bu şəbəkələr vasitəsilə təbliğ və təşviq olunur. İctimai fikirdə saxta rəy formalaşdırılmağa çalışırlar ki, guya ölkədə əksəriyyət bu tezisləri dəstəkləyir və bütün dünyaya qarşı savaşmağa hazırıq. Təbii ki, bunlar həqiqət deyil və biz sülh və əmin amanlıqdan başqa bir şey istəmirik. Ancaq, sosial media hesablarındakı sorğular onu göstərir ki, sanki əhalinin böyük bir əksəriyyəti Rusiya və İranla müharibəyə hazırdır. Saxta baş redaktorların, partiya sədrlərinin, politoloqların bu tezisləri dəstəkləməsi və sosial media üzərindən dəstək almaları da, onların canbaşla bu tezizlər üzərindən birbiri ilə, sanki yarışa girmələrinə səbəb olub. Artıq belə bir acınacaqlı durum yaranıb ki, kim ən çox axmaq və ziyanlı fikir səsləndirəcəksə, həmin şəxsə daha çox alqış, daha çox like layiq görüləcək. Bu tezislərə qarşı çıxanlar isə, həyasızcasına təhqir edilirlər, linç olunurlar və vətən xaini damğası ilə şərlənirlər. Əhalimizin bu tezisləri həzm etməməsi, yaxud da siyasətdən kənarda durmalarının əsas səbəblərindən biri də, ölkədə aparılan siyasətin əhalinin arzu və istəklərinə adekvat olmamasıdır. İstər müxalifət, istərsə də iqtidar qanadının zərərli tezisləri səsləndirilməsi və trollar vasitəsilə dəstəklənməsi, reallıqlardan qat-qat uzaq olan yalanlardır. Ukrayna müharibəsində Rusiyanın bataqlığa düşməsi və istədikləri nəticələri qısa müddət ərzində əldə edə bilməməsi də, məhz həmin saxta raportlar və saxta məruzələr ilə əlaqədardır. Rusiya ordusu Ukrayna ərazisinə daxil olduqda isə əsl həqiqətlər ilə üz-üzə qalmaları və onlarda olan məlumatların, heç də səhih olmaması qənaətinə gəldilər. Türkiyə və Qazaxıstanda baş verən dövlət çevrilişinə cəhddən sonra növbəti ünvan kimi Azərbaycan göstərilir.

     Yəni, bəzi araşdırmaçıların da gəldiyi qənaətlərdən biri budur ki, dövlət içində dövlət quran terrorçu dəstə hakimiyyət dəyişikliyinə cəhd edə bilər və bu hadisənin baş verməsi ehtimalı kifayət qədər yüksəkdir. Fikrimcə, Prezident İlham Əliyevin həm Türkiyə ilə bağladığı Şuşa bəyannaməsi, həm də Qazaxıstan hadisələrindən sonra ötən ilin 22 fevralında Rusiya ilə bağladığı müttəfiqlik qarşılıqlı fəaliyyət bəyannaməsi, bu prosesin ertələnməsi ilə nəticələndi. Çünki, Qazaxıstanda da çevrilişə cəhd zamanı güc strukturları iflic vəziyyətinə düşmüşdülər. Təbii, Azərbaycanda da bu proses təkrarlana bilərdi. Ona görə proseslərin qarşısını almaq üçün qardaş Türkiyə və qonşu Rusiya ilə bağlanan hər iki müqavilə tarixi əhəmiyyətə malikdir. Fikrimcə, yaxın həftələrdə və yaxud da yaxın aylarda Azərbaycan hökuməti paralel dövlətə qarşı hərəkətə keçəcək. Bundan duyuq düşən paralel yapılanma süni olaraq xarici düşmənlər yaradaraq diqqətləri öz üzərlərindən atmağa çalışırlar. Təbii ki, ölkə ictimaiyyəti Prezident İlham Əliyevdən “Tərtər işi” ilə bağlı söz söyləyəcəyini gözlədiyi bir anda, siyasi həbslərin keçirilməsi və qonşu dövlətlərlə müharibə çağırışlarının edilməsi diqqətləri yayındırmağa hesablanmış addımlardır. Prezident İlham Əliyev yaxın vaxtlarda siyasi məhbus problemini həll etməli, gərginlikləri azaltmalı və paralel yapılanmaya qarşı real hərəkətə keçməlidir. Lazım gələrsə belə, məhz müttəfiq ölkələrin dəstəyindən də istifadə edilməlidir. İlham Əliyevin şəxsi reytinqinin yüksək olması səbəbindən, hələ ki, paralel dövlət real addımlara, yəni çevrilişə cəhd etməyə heç də risk etmir. Müharibədən dərhal sonra cəbhə xəttində xidmət edən hərbçilərin əməkhaqlarının azaldılması, təqaüddə olan hərbçilərin incidilməsi, pensiya alan vətəndaşlarıın kütləvi surətdə təqaüddən məhrum edilməsi, şəhid ailələri və qazilərin diqqətdən kənar saxlanılması, iş yerlərinin açılmaması, qiymətlərin fantastik dərəcədə artması, vətəndaş müraciətlərinə və şikayətlərinə baxılmaması, milli qüvvələrin həbs olunması, siyasi partiya və media haqqında mürtəce qanunların qəbul olunmasının tək bir səbəbi var. Səbəb də odur ki, nə qədər çox narazı şəxs olarsa, bir o qədər şansımız çox olar. Xalq olaraq birinci və müqəddəs vəzifəmiz isə ondan ibarət olmalıdır ki, yaxın vaxtlarda ölkəmizdə hansısa ixtişaşlar olarsa,o halda  bu proseslərə qoşulmamaq və proseslərdən kənar durmaqdan başlıca  vəzifəmiz  olmalıdır. Ölkəmizdəki mövcud vəziyyəti dəyişməyin, paralel hökumətin zərərsizləşdirilməsi haqqında isə, növbəti yazıda məlumat verəcəyik.

Ardı var


"Gündəm Xəbər"

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycan FETÖ-nü terror təşkilatı kimi tanıya bilər” - Ərdoğan

    “Azərbaycan FETÖ-nü terror təşkilatı kimi tanıya ...

    28-12-2018, 21:41

  • 
  • Türkiyədə FETÖ üzvlərinə qarşı növbəti əməliyyat

    Türkiyədə FETÖ üzvlərinə qarşı növbəti əməliyyat ...

    5-08-2020, 15:54

  • 
  • Nəqliyyat Naziliyində FETÖ şəbəkəsi

    Nəqliyyat Naziliyində FETÖ şəbəkəsi ...

    19-12-2016, 00:39

  • 
  • FETÖ-nün “Azərbaycan təmsilçisi” Türkiyədə həbs edildi

    FETÖ-nün “Azərbaycan təmsilçisi” Türkiyədə həbs ...

    6-10-2017, 22:48

  • 
  • FETÖ-nün Azərbaycan üzrə məsul şəxsi belə həbs edildi - VİDEO

    FETÖ-nün Azərbaycan üzrə məsul şəxsi belə həbs ...

    1-02-2019, 16:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu