GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Faktor Lizinq” MMC-nin sahiblərinin aldadıb ölümlə hədələdiyi xanım Mehriban Əliyevadan kömək istəyir: Tək ümidim sizədir

“Faktor Lizinq” MMC-nin sahiblərinin aldadıb ölümlə hədələdiyi xanım Mehriban Əliyevadan kömək istəyir: Tək ümidim sizədir

Tarix: 9-06-2023, 14:04 Bölmə :GündəmXəbər / Manşet Baxış: 357


"Faktor Lizinq” MMC-nin sahibi Ehtiram Alıyevlə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. Bakı şəhər sakini Təyminə Yusifova bildirir ki, Ehtiram Alıyevin onun izinə adam salıb məhv edəcəyini, başına oyunlar açacağlnı, nə olur olsun cinayət işi açdıracağı ilə hədələyir və heç kimin onu cəzalandıra bilməyəcəyini deyir. T.Yusifovanın cumhuriyyet.az-a bildirdiyinə görə, E. Alıyev faktik olaraq etibardan sui istifadə edərək dələduzluq yolu ilə onun üzərinə əlavə borc qoyub.

ASAN xidmətdə bağlanan saxta borc müqaviləsi

Hadisənin təfərrüatına gəldikdə isə cumhuriyyet.az-a daxil olan məlumata görə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19.12.2016-cı il tarixli qətnaməsinə əsasən 250.000 manat məbləğində pul Təyminə Yusifovadan alınaraq "Faktor Lizinq” MMC-yə qaytarılması qət edilmişdir. Bu qərardan bir neçə il sonra E.Alıyev öz planını işə salır. Təyminə xanım baş verənlərlə bağlı bildirir: "2019-cu ildə Ehtiram Alıyevə 250.000 pulu hələ ki, qaytara bilmədiyimi, amma hər hansı bir problemin olmadığını, həmin məbləğdə pulun yaxını olan İlqar İsmayılovun formal olaraq mənə verilməsi barədə notariusda müqavilə bağlamağımı, ondan sonra 250.000 manat pulu nə vaxt istəsəm verə biləcəyini dedi”. Bunun ardınca baş verənlər isə əsl dələduzluq əməlidir. Belə ki, İlqar İsmayılov adlı şəxs və Ruslan Alıyev Bakı şəhərində yerləşən 2 saylı ASAN Xidmətdə T.Yusifovaya 290 min dolllarlıq borc müqaviləsinə imza etdirirlər. Halbuki, o vaxta qədər Təyminə xanım İlqar İsmayılov adlı şəxsi ümumiyyətlə tanımayıb, İlqar İsmayılov Ehtiram Alıyevin tanışı olub.

Mənzilin ələ keçirilməsi

Etibardan sui istifadə edilərək borc müqaviləsi bağlanmasından bir neçə ay sonra Ehtiram Alıyev T.Yusifovanı yanına çağırıb İlqar İsmayılovla bağladığım müqavilənin o qədər də güvənli olmadığını, İlqar İsmayılovun Azərbaycan Respublikasından birdəfəlik gedəcəyini, ona görə də onun adına olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hissəsini "Faktor Lizinq” MMC-yə keçirilməsi barədə Ruslan Alıyevlə barışıq sazışı bağlamağı tələb edir. Həmçinin bildirilir ki, bu halda İlqar İsmayılovla bağılanan borc müqaviləsi cırılacaq. Təyminə xanım yenə də E.Alıyevə inanaraq, həmçinin ona olan 250.000 manat borcu verəcəyinə əmin olduğu üçün Ehtiram Aliyevlə razılaşır. 


Beləliklə Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssəni "Faktor Lizinq” MMC-yə keçirilməsi barədə Ruslan Alıyevlə barışıq sazışı bağlanır. T.Yusifova bildirir ki, bu zaman Ehtiram Alıyev and içərək İlqar İsmayılovla bağlanan borc müqaviləsinin cırıldığı və borc pul verildikdən sonra da evin yarı hissənin "Faktor Lizinq” MMC-yə keçirilməsi barədə Ruslan Alıyevlə bağlanan barışıq sazişinədə xitam veriləcəyini bildirir.

Ehtiram Alıyevin gerçək niyyəti

Bir müddət sonra Ehtiram Aliyevin çirkin niyyəti, yəni etibardan sui istifadə edərək borc və barışıq sazışlərindən əmlakları qanunsuz yollarla ələ keçirmək istəyi üzə çıxır. Belə ki, T.Yusifova məhkəməyə çağırılmadan Bakı inzibati məhkəməsində qərar çıxartdıraraq Ehtiram Alıyev qanunsuz yollarla mənim adıma Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssənin çıxarışını öz adına keçirir. Bu bəs etmirmiş kimi İlqar İsmayılovla saxta yolla bağlanan və sonra guya cırıldığı deyilən borc müqaviləsinə əsasən Təyminə xanımdan İlqarın adı ilə pul tələb edir.

Dövlət orqanlarınan adından sui istifadə

Ehtiram Alıyev son 3 ay ərzində Təyminə Yusifova və onun keçmiş həyat yoldaşı Barat Abdullayevə zəng edərək Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin hamısının və Bakı şəhəri Nəsimi rayonu Mirzə İbrahimov küçəsi 18 ünvanında yerləşən "Nemi Museum” adlı hotelin yarısını onun adına keçirtməyi, əks halda bütün əmlaklara əl qoyacağını bildirir. T.Yusifova son baş verənlərlə bağlı bildirir: "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, Məhkəmələrdə və digər orqanlarda Ehtiram onun adamlarının olduğunu, ona heç bir şey etməyə gücümüzün çatmayacağını, mənə cinayət işi açdıracağını, İlqar İsmayılovu tanımadığını, başıma oyun açacağını bildirir. Həmçinin son 2 həftədir ki, zəng edərək Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssənin çıxarışını öz adına aldığını, artıq həmin evin onun olduğunu və evin açarını verməyimizi tələb edir və açarı verməsək qapını sındıraraq girəcəyini bildirir”. Təyminə Yusifova və Barat Abdullayev dəfələrlə Ehtiram Alıyevlə şəxsən görüşərək və telefonla danışaraq ondan alınan borcu (yəni məhkəmə qərarı ilə müəyyən edilmiş məbləği, Ehtiram Alıyevin özünün hesabladığı məbləği deyil) tam və artıqlamasıyla verəcəklərini, həmçinin ona verməli olunan pulun 2 qat məbləği həcmində Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssənin çıxarışını öz adına aldığını bildirsələr də Ehtiram Alıyev həmin evin tam hissəsini onun adına keçirməyi, əlavə olaraq ümumilikdə ona 2 milyon pul verməyi tələb edir.

İlqar İsmayılovun dələduzluq şərikliyi

Baş verənlər onu göstərir ki, Ehtiram Alıyev əslində İlqar İsmayılovla əlbir olub vətəndaşları aldatmaqla məşğuldur. Bu gün də İlqar İsmayılovu tanımadığını bildirməklə özünü kənarda saxlayan Ehtiram əslində İlqarla bütün dələduzluqlarda şərikdir, həm də biznes ortaqlığına malikdir. O, İlqar İsmayılovun vasitəsi ilə başqa əmlakları və külli miqdarda pul əldə etmək istəyir. İlqar İsmayılov hazırda Amerikada yaşayır və Ehtiram Alıyev də dəfələrlə onunla bu ölkədə görüşüb. Digər tərəfdən E.Alıyev tanımadığı İ.İsmayılovla necə müqavilə bağlayır? İlqar İsmayılovun Ehtiram və Ruslanla əlaqələri araşdırılsa Ehtiramın və Ruslanın hazırkı tarixədək gördüyü bütün saxta işlər ortaya çıxacaq və onların əsl niyyəti bilinəcəkdir. İlqar İsmayılovun məlum müqavilədə göstərilən 290 min dolları necə qazanması da sual doğurur. Bu qədər kapitalı olan şəxs dövlətə vergi verməliydi ki, bu da araşdırılması vacib olan məqamdır. Eyni zamanda İ.İsmayılovun məhkəmədə iştirak etmədən onu kimlərin təmsil etdiyi də sual yaradır. Həmçinin İlqar Azərbaycan Respublikasına gətirilsə, T.Yusifovanı tanımadığı, onun adı ilə Ehtiramın saxta yolla pul qazanması məlum olacaqdır.

Son ümid yeri dövlətdir

Vətəndaş bütün baş verənlərlə bağlı ölkə rəhbərliyinə, hüquq mühafizə orqanlarına müraciət edib. Bir xanım olaraq Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevadan kömək istəyən Təyminə Yusifova hüquqlarının qorunması üçün dövlətə güvəndiyini bildirir: "Sizə inanıram və ümid edirəm ki, "Faktor Lizinq” MMC-nin sahibi Ehtiram Alıyevin və Ruslan Alıyevin saxta sənədlər və aldatma (dələduzluq) yolu ilə bir xanıma məxsus əmlakların ələ keçirilməsinə imkan verməməklə yanaşı həmin şəxsin fəaliyyətinin araşdırılması ilə bağlı qanunvericiliyə uyğun hərəkətlərin edilməsinə göstəriş verəcəksiniz. Çünki Ehtiram Aliyev mənə dəfələrlə pulunun və hər bir orqanda adamlarının olduğunu deyib, ona heç bir şey edə bilməyəcəyimi bildirib məni gülləyərək öldürməklə hədələyir. Məni izlətdiyini, silahının olduğunu, başıma oyun açacağını bildirir. Mən əmlakım və həyatım üçün ciddi təhlükə görürəm. Bir Azərbaycan qadını kimi tək ümidim Sizədir!”.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Faktor Lizinq” MMC-nın şöbə müdiri özünə dəbdəbəli villa tikdirdi, fəhlələri ac-susuz işlədib, pullarını vermədi - FOTOLAR

    “Faktor Lizinq” MMC-nın şöbə müdiri özünə ...

    11-10-2018, 14:20

  • 
  • İş adamının arvadının məhkəməsində şok faktlar

    İş adamının arvadının məhkəməsində şok faktlar ...

    22-05-2017, 16:48

  • 
  • BNA “qalib şirkət” ilə 2,340,394 manatlıq müqaviləni necə imzalayıb – ŞOK FAKT

    BNA “qalib şirkət” ilə 2,340,394 manatlıq ...

    22-11-2022, 14:23

  • 
  • Dələduzluq edən məhkəmə qarşısında

    Dələduzluq edən məhkəmə qarşısında ...

    12-04-2015, 23:54

  • 
  • Cinayət işi məhkəməyə göndərilmişdir

    Cinayət işi məhkəməyə göndərilmişdir ...

    21-02-2015, 11:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu