GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 44 günün doğma, son 3 ilin yad-ögey oğulları

44 günün doğma, son 3 ilin yad-ögey oğulları

Tarix: 19-08-2023, 16:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 720


Hökumət qazilərin, şəhidlərin haqqını niyə vermir?

   

“Neyliyim, ey vay! Bu urusbaşdılar”            

 (Mirzə Ələkbər Sabir)


Absurd durum yaranıb, 44 günə Şuşanı dişi-dırnağı ilə əsirlikdən qurtaran,  Qarabağı ay-ulduzlu Azərbaycan Bayrağının kölgəsinə qaytaran igidlərin haqqı , sosial təminatı tanınmır. Döşlərində-yaxalarında əsir-yesir bölgələrin sayı qədər ödül-medal gəzdirən oğulların döşlərindən elə itələyirlər, yaxalarından elə yapışırlar , elə bil, bu ödüllər savaşda yox, şabaşda qazanılıb. Qaziləri canlarına qıymağa sürükləyən də bu saymazlıq, ögeylikdir. Absurda baxın, sən doğma yurdu canınla-qanınla qoru, şəhid-qazi ol, yurdu əsirlikdən qurtar, qazancın doğma eldə sosial girovluq, pensiya-müavinət əsirliyi olsun! Dünənin doğma, bu günün yad-ögey oğulları!

Bizi şişirtmədə suçlamaq fikrinə düşənlər faktlara fikir versinlər. Qazi ölümləri  bir yana, qanun, hüquq “ölümləri”nə baxın, 44 günlük qurtuluş savaşından sonra qəbul edilən sosial yönlü aktlar, qanun dəyişiklikləri qazi-şəhid ailələrinin təminatının pisləşməsinə yönəlib. “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi ilə Qarabağ savaşçılarının pensiyalarına əlavələrin 30 dekabr 2020 tarixli qanunla ləğv edilməsi ögeyliyi, yadlığı tam çılpaqlığı ilə ortaya qoyur. Savaşın qazanıldığı aydan sonrakı ayda savaş adamlarına bu “diqqət” nədən qaynaqlanır? Fikir verin, sözügedən 19-cu maddə ilə Böyük (?-M.B.) Vətən (?) müharibəsi əlillərinə və iştirakçılarına ayrılan əlavə Qarabağ əlillərinə ayrılandan 40-100 faiz çox idi. Fikrinizi ona da yönəldin ki, qanunun qüvvədə olduğu 13 ildə 55-110 manat arası vəsait Qarabağ əlillərinin pensiyalarına hesablanmayıb, 110-154 manat arası əlavə alan Böyük (?-M.B.) Vətən (?) müharibəsi iştirakçıları və əlilləri isə 19-cu maddə ləğv ediləndən sonra da pullarını alırlar.  “5-ci kolon”un, Rusiyanın əli o qədər uzundur , qanunları öz istəyinə uyğunlaşdırır. Prezidentin 26.12.2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin  müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanının icrasında “böyük- “kiçik” Vətən müharibəsi” ayrıseçkiliyi “böyük”lərin xeyrinə daha qabarıq gözə çarpır. Fərmanla nəzərdə tutulan cüzi 26 manatın “kiçik”lərdən kəsilməsi bir yana, hələ üstəlik şəhidin  “həlak  olmuş döyüşçü” ( bu status yalnız “böyük vətən” döyüşçülərininmiş-M.B.) sayılmayaraq, şəhidin həyat yoldaşının 12 manatlıq cüzi müavinətdən məhrum edilməsi “rusbaşlı” hökumətin diqqəti kimi sırınıb. Qarabağ savaşı 1 19-cu maddə ilə 11 manat, “böyük vətən”çilərə” 10 dəfə çox, 110 manat miqdarında əlavə prezident təqaüdü ilə əvəz olunub: Qarabağ qazilərinə - 80 manat, “böyük vətən” müharibəsi iştirakçılarına 330 manat, dörd dəfədən də çox! “Neyliyim ey vay!  Bu urusbaşdılar”...Allah sənə rəhmət eləsin, Sabir!

Hökumətin “rusca” siyasəti 2021-ci, 2022-ci illərdə də sürdü. “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinin 13.05.2022 tarixli qanunla ləğv edilməsi - qazi, şəhid hərbi pensiyaçıları əvvəl tutmuş olduqları vəzifələr üzrə təminat xərcliyi artırıldıqda pensiyalarının bu artıma uyğun yenidən hesablanmasından məhrum etdi. Əsas da, bilirsiniz nə olub? Xidmətdən sonra sosial sığorta haqqının ödənməməsi! Xidmət illəri ilə bağlı pensiyaya çıxanlara bu “kolxoz” diqqəti”ni, çətin də olsa, başadüşülən saymaq olar, bəs xidməti görəvini yerinə yetirərkən əlil, şəhid olandan xidmətdən sonra sığorta haqqının ödənməsinin tələb edilməsini necə başa düşəsən? Xidmətə yararsız əlil , şəhid əlil yatağından, cənnətdən hökumətə xidməti sığorta haqqını necə ödəsin?“Neliyim, ey vay! Bu urusbaşdılar”...

“Urusbaşdılığa” fikir verin, 13.05.2022-ci tarixli qanuna edilən dəyişiklik Konstitusiyanın 149-cu maddəsinin Vll hissəsinə zidd olaraq geriyə-2021-ci il 23 dekabr tarixli prezident fərmanına tətbiq olunaraq hərbi vəzifə maaşlarına müəyyən olunan 20 faizlik əlavənin pensiyanın yenidən 20 faizlik artıma uyğun  hesablanmasına yol vermir. Belə çıxır, fərmanı icra etmək yerinə, gözləyiblər ki, 29.2 maddəsi ləğv olunsun və onu geriyə tətbiq etsinlər?! Budur dövlətin sosial müdafiə siyasəti? 30.12.2020 tarixli aktın geriyə tətbiq edilməsi , 19-cu maddə ilə Qarabağ əlillərinə veril(məy)ən əlavələrin kəsilməsi də Konstitusiyanın sözügedən maddəsinə ziddir. YALNIZ HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN VƏZİYYƏTİNİ YAXŞILAŞDIRAN VƏ YA YÜNGÜLLƏŞDİRƏN.. NORMATİV HÜQUQİ AKTLARIN GERİYƏ QÜVVƏSİ VARDIR. Bəs Qarabağ əlillərinin vəziyyətini pisləşdirən, pensiyalarını azaldan 2020-2022-ci il tarixli normativ aktlar necə 15 il qabaqkı aktlara şamil olunur?

Qarabağ əlilləri və şəhidlərinin toplam sayı 30 -40 min civarındadır. Lap olsun, 50 min, bunların da çoxu pensiya təminatına hüquq verməyən yaşdadırlar. Onu demək istəyirik ki, bu 30 min civarında olan kateqoriyanın pensiya təminatını çözmək, xidmətdən sonra sığorta haqqı ödənməməsini Allahaın iradəsinə bağlamaq olmazdı? 29.2 maddəsinin Qarabağ əlilləri və şəhidlərin pensiyalarına ilgidə saxlanılmaması hökumətin sosial siyasətini puç edir. 

Son günlər baş nazirin pensiyaların yeni qayda ilə hesablanması qərarı ilə artımın baş verəcəyi haqqında deyilənlər də boş sözlərdir. Sadəcə, vurğuladığımız kimi, “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsi 13.05.2022 tarixli qanuna dəyişikliklə ləğv olunub, hərbi təminat xərcliyi artanda qazi, şəhid pensiyaları sığorta haqqı ödənməməsi “diqqəti” ilə yenidən hesablanmayacaq, amma dolanışıq xərcləri indeksinin dəyişməsi faizinə uyğun hesablanacaq. Bu yeni qayda deyil, ötən ildən qüvvədədir. Onu da vurğulayaq ki, bunu diqqət və qayğı kimi sırımaq da ucuz şoudur. 2006-cı ilə kimi qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 58-ci maddəsi dolanışıq xərcləri indeksinin dəyişməsi ilə bağlı pensiyaların hər il yenidən hesablanmalı olmasını diqtə edirdi. 

Nə yazıq, qanunun diqtəsi məmurların özbaşınalıq diktaturası ilə əvəz olunub. Ən çox ziyan çəkənlər isə dünənin doğma, bu günün yad oğullarıdır.


Məğrur Bədəlsoy

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ƏSGƏRƏ MƏKTUB

    ƏSGƏRƏ MƏKTUB ...

    7-09-2020, 16:05

  • 
  • QARABAĞDA ERMƏNİ ƏSGƏRİ YOXDUR, TERRORÇULAR VAR

    QARABAĞDA ERMƏNİ ƏSGƏRİ YOXDUR, TERRORÇULAR VAR ...

    6-04-2020, 15:43

  • 
  • Şəhid və qazilərin qanpulundan banklar bir milyondan çox qazanıblar

    Şəhid və qazilərin qanpulundan banklar bir ...

    18-10-2021, 15:30

  • 
  • Qazi və şəhid ailələrinə SAXTA DİQQƏT və QAYĞI

    Qazi və şəhid ailələrinə SAXTA DİQQƏT və QAYĞI ...

    25-06-2022, 20:22

  • 
  • İlhamə Quliyeva barədə ilginc məlumat: "Doğma qızı üzə çıxdı"

    İlhamə Quliyeva barədə ilginc məlumat: ...

    2-03-2016, 12:49


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu