Kütləvi İnformasiya Vasitələrinin (KİV) Qarabağdakı terrorçu birləşmələrinin yaraqlılarını “əsgərlər” kimi qələmə vermələri şəhidlərimizin ruhlarını, qazilərimizin ürəklərini incitməklə yanaşı, elin-obanın bəyinə - bəyiminə , ərinə - xanımına sayğısızlıqdan özgə bir şey deyil . Torpağını , Bayrağını, yurdunu - yuvanı tapdalayan işğalçının bir adı var : TERRORÇU!
Doğma torpaq, Vətən, yurd yerləri “pis-yaxşı” , “mənim -sənin” ayrı-seçkiliyinə uğradıla bilməz . Nədən hər evin öz ocağı olsa da , hər elin hamıya kölgəsi düşən bir BAYRAĞI var ! Yurdunu savaşdan , elini ölüm-itimdən qorumaqdan yana düşmən elçilərinə sevimli atını, hərəmini öz malı kimi verməyə razı olan hökmdarın “ elin malıdır” deyibən xaraba bataqlıq uğrunda savaşa qalxması haqqında pritça Qarabağa “elçi düşülən” ilk çağlarda dillərdən düşmürdü . İndi doğma yurdu yad(elli) terrorçulara buraxıb yad ellərə sığınanların dilindən “Gəzməyə qərib ölkə , ölməyə Vətən yaxşı” bayatısı düşmür . Yoza da bilmirlər ki, “ölməyə vətən yaxşı” deyəndə VƏTƏN UĞRUNDA ÖLMƏYİN YAXŞI OLDUĞU anlaşılır. Doğrudan da , elə oğluna Vətən uğrunda ölməkdən - şəhidlikdən yaxşı nə ola bilər?
Qarabağımızda yad yaraqlısı gəbərir , bizim KİV yazır ki , “Qarabağda erməni əsgəri öldü” ! (?) Bu gorbagorları “şəhid” kimi sırıyanlar da var.
QARABAĞDA ERMƏNİ ƏSGƏRİ YOXDUR, ERMƏNİ TERRORÇULARI VAR! VƏ ANTİTERROR ƏMƏLİYYATLARINDA ONLARI GƏBƏRTMƏK AZƏRBAYCAN ƏSGƏRİNİN ŞƏRƏF BORCUDUR.
P. S. Yeri gəlmişkən, koronavirus pandemiyası ilə bağlı rejim qaydalarını pozan terrorçu rejimə qarşı antiterror əməliyyatını dünya birliyi ilə razılaşdırma(sa)q da olar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?