GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qarabağ əlilinə məhkəmənin 6 il qabaq ayırdığı 110 manatı kəsən borclu DSMF tələbkardan 3188 manat tələb edir

Qarabağ əlilinə məhkəmənin 6 il qabaq ayırdığı 110 manatı kəsən borclu DSMF tələbkardan 3188 manat tələb edir

Tarix: 22-08-2023, 20:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 909


Ombudsman insanların konstitusiya hüquqlarını yox, məmurların korrupsiya hüquqlarını qoruyur

   

“Boyləcə xidmət olunur millətə!    Kim nə deyər bizdə olan qeyrətə?!” (Mirzə Ələkbər Sabir)


Bakı İnzibati Məhkəməsinin hüquqi varisi olduğu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.07.2017-ci il tarixli 2-1(81)-1889/17 saylı Azərbaycan Respublikası dövlətinin adından çıxardığı qərarı 6 il sonra borclu DSMF-in Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin hüquqi varisi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı özbaşına ləğv edib. Sözügedən məhkəmə qərarı ilə pensiyasına “Əmək pensiyaları haqqında” qanunun 19.2.5 maddəsi əsasında aylıq 110 manat əlavə qazanan 1-ci dərəcəli Qarabağ əlili bu ilin aprelindən halal qanpulundan haramlıqla məhrum olunub. Dövlət hakimiyyətinin- Prezidentin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin ləğv edə bilmədiyi dövlətin (adından) qərarını üzərinə öhdəlik qoyulmuş borclu filial, məmur necə ləğv edə bilər? 


Ali dövlət hakimiyyəti, hüquq mühafizə orqanlarına, Hesablama Palatasına, Maliyyə Nazirliyinə, Ombudsmana edilən müraciətlər beş aydır sonuc vermir, borclu “dedığım dedığdır” prinsipi ilə “başını kola soxub”, nə Konstitusiyanı görür, nə məhkəmə qərarını. “Gördüyü”- “görüm-baxım” etdiyi elə tələbkar 1-ci dərəcəli Qarabağ əlilinin üz tutduğu orqanlardır. Konstitusiya elə “alidir”, dövlət elə “hüquqi, demokrtaik” respublikadır ki,  dövlət orqanları özbaşınalığı, hüququn ləğvini, vicdansız davranışı “görüm-baxımla” görməzliyə vururlar. 

Ombudsmanın məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə bağlı insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ özünün haqqında konstitusiya qanununda yazılıb. Nə yazıq, insan hüquqları üzrə müvəkkillik sözdədir, illərdir gecikdirilmə bir yana, məhkəmə qərarlarının icra olunmamasına elə qiymət verilir ki, bilmirsən,  Ombudsman insan hüquqlarını qoruyur, yoxsa məmurların korrupsiya-kommersiya “hüquqlarını”? 

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının 16.08.2023 tarixli 1-ci dərəcəli Qarabağ əlilinin şikayətinə cavabı ölkədə insan hüquqlarının acınacaqlı durumunu ortaya qoyur. Dövlətin adından çıxarılan 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı Bakı İnzibati Məhkəməsinin qərarını borclu DSMF-in ləğv edərək, 110 manatı kəsməsindən şikayəti qanuna zidd olaraq barəsində şikayət edilən borcluya göndərən aparat rəhbəri ... aldığı  “görüm-baxım” cavabını insan hüquqlarının müvəkilliyi kimi, görün, necə sırıyır:”...XİDMƏTİ ARAŞDIRMA zamanı ƏMƏK PENSİYANIZIN SIĞORTA HİSSƏSİNƏ ƏLAVƏ OLARAQ 110 MANAT ÖDƏNİLƏN PUL VƏSAİTİ 1 YANVAR 2021-Cİ İL TARİXİNƏDƏK ÖDƏNİLMƏLİ OLDUĞU HALDA, 1 APREL 2023-CÜ İL TARİXİNƏDƏK ÖDƏNİLDİYİ AŞKAR EDİLMİŞDİR. BU SƏBƏBDƏN ARTIQ ÖDƏNİLMİŞ 3188.37 MANATIN ...QISA  MÜDDƏTDƏ MƏRKƏZİ FİLİALA TƏQDİM EDİLMƏSİ bildirilib”. Özünüz qiymət verin, Ombudsman insan hüquqlarını qoruyur, yoxsa inzibati-dövlət orqanlarını  rüşvət-korrupsiya “hüquqlarını”? 1-ci dərəcəli Qarabağ əlili məhkəmə qərarı ilə ayrılan 110 manatlıq pensiyaya əlavənin 6 ildən sonra ləğv edilməsindən şikayət edir, insan hüquqları üzrə müvəkkil borclunun özbaşınalığına haqq qazandırır ki, 4 il qabaq ləğv edilməliymiş, 2 il gecikiblər, bu səbəbdən hələ tələbkar borclu DSMF-in Mərkəzi Filialına 3188.37 manat borcludur!(?) Böyük (çağdaşımız) Mirzə Ələkbər Sabir belə yerdə deyib, BOYLƏCƏ XİDMƏT OLUNUR MİLLƏTƏ, KİM NƏ DEYƏR BİZDƏ OLAN QEYRƏTƏ!


Ombudsmanın 1-ci dərəcəli Qarabağ əlilini 3188.37 manatla şantaj etməsini bir yana qoyaq, bəyəm Konstitusiyanın 149-cu maddəsinin VII hissəsindən soraqsızdır insan hüquqlar üzrə müvəkkil?  “Əmək pensiyaları haqqında” qanunun 19.1.7 maddəsinin 2021-ci ilin 1 yanvarından ləğv edilməsi ilə dövlətin adından çıxarılan  (05.07.2017 tarixli)  məhkəmə qərarının ləğv edilməsi hansı qanunda, hansı Konstitusiyada yazılıb? Aparat rəhbəri görmür ki, cavab şikayətdə qoyulan suala adekvat deyil? Maraqlıdır, Bakı İnzibati Məhkəməsinin (hakim Günel xanım Sevdimalıyeva) 2-1(81)-1889/17 saylı, 05.07.2017-ci tarixli qərarın icra vəziyyəti və qaydası haqqında qısa müddətdə məhkəməyə məlumat verilməsi barədə 19.06.2023 tarixli TƏLƏBİnə nə cavabı verilib? Borclu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial məhkəməyədəmi tələbkar 1-ci dərəcəli Qarabağ əlilinin qısa müddətdə Filiala 3188.37 manat borcu ödəməli olduğunu bildirib? Ombudsmanın aparatının “qeyrətli” müvəkkilliyi belə düşünməyə haqq verir. “KİM NƏ DEYƏR BİZDƏ OLAN QEYRƏTƏ, QEYRƏTİMİZ BƏLLİ BÜTÜN MİLLƏTƏ.” 

1-ci vitse-prezidentdən göndərilən şikayətə DSMF-in pensiya təminatı şöbəsinin (?- 1-ci vitse-prezidentə şöbə  cavab verir-M.B.) müdiri Eyvaz İsmayılovun 20.07.2023 tarixli, Baş prokurorluqdan ƏƏSMN-ə göndərilən şikayətə nazir müavini Anar Kərimovun  ( imza yerinə yekə bir möhür qoyulub- M.B.)  10.08.2023 tarixli cavablarında da  məhkəmə qərarının görməzliyə vurulduğu , 1-ci dərəcəli Qarabağ qazisinin 3188.37 manat borclu olduğu vurğulanıb. Hüquq doktoru nazir müavininin adından bu hüquqsuzluğa elə özbaşınalıq edən borclu  sirli məmurun qol qoyması şübhəsizdir. Məktubun sonunda gələcəkdə qəbul ediləcək məhkəmə qərarlarının icra olunacağına söz verilməsi bu şübhəsizliyi daha da gücləndirir. “Hüquq”a baxın, 6- 8 , 13 ildir , dövlətin məhkəmə qərarlarını icra etmirlər, gələcəkdə icra edəcəklərinə söz verirlər?! Allah sənə rəhmət eləsin, Sabir, SÖZ VERİRİK İNDİ, BİR AY GƏLMƏMİŞ ASTA QAÇIB DÜRTÜLƏRİK XƏLVƏTƏ, KİM NƏ DEYƏR BİZDƏ OLAN QEYRƏTƏ!


MƏĞRUR BƏDƏLSOY

GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial nə qanun tanıyır , nə Konstitusiya

    Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial nə ...

    18-07-2023, 08:32

  • 
  • Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial “falı da yeyib”

    Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial ...

    10-06-2023, 21:20

  • 
  • DSMF-in pensiya təyin edən qurumları Azərbaycan dövlətinin hüquqi, demokratik olmadığını doğrulayırlar

    DSMF-in pensiya təyin edən qurumları Azərbaycan ...

    16-08-2023, 13:53

  • 
  • Bakı İnzibati Məhkəməsi növbəti dəfə “Şəki dövləti”nin qərardadını Konstitusiyadan üstün tutdu

    Bakı İnzibati Məhkəməsi növbəti dəfə “Şəki ...

    14-12-2022, 15:07

  • 
  • Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

    Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ...

    4-06-2020, 20:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu