GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sərdar Həmidovun sayəsində Ermənistan 3 gün matəm elan edib

Sərdar Həmidovun sayəsində Ermənistan 3 gün matəm elan edib

Tarix: 6-10-2023, 23:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 788

Ağdərə işğaldan azad ediləndə gözləyirdim ki, kimsə onun adını çəkəcək. Yada salacaq. Onun adını silməyə çox cəhd etdilər. Hətta onun yaratdığı Batalyon haqqında film də çəkdilər, amma adını belə çəkməyə qorxdular. Halbuki Ağdərə uğrunda xəyanətkarlar istədiyinə çatana qədər mübarizə aparanlardan biri də o idi. Milli Qəhrəman Vəzir Orucovla Ağdərəni azad edən məhz o idi. Torpağına bağlı, vətəninə bağlı bu adamın adı SƏRDAR HƏMİDOVDUR..

Sərdar Həmidov bu xalqın qəhrəman oğluydu. Müharibənin qaynar vaxtlarında ermənilər Bərdəyə, Tərtərə girməyi, Yevlaxdan çıxıb ölkənin Qərbi ilə əlaqəni kəsməyi planlaşdırmışdılar. Amma bunun qarşısını  Sərdar bəy aldı. O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur. Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur. Bundan başqa, o, "Ağdərə" əməliyyatında uğur qazanaraq Ağdərənin bir neçə kəndini, o cümlədən Şıxarxı Tərtərin ərazisinə qatmışdır. O zaman Ağdam işğal olunandan sonra Tərtər rayonunda panika yayıb əhalinin çıxması üçün plan quranların qarşısını məhz Sərdar Həmidov almışdı. O rayonun mərkəzində insanların qarşısında dayandı, dedi ki, kim buradan çıxsa onu şəxsən özüm güllələyəcəm, biz torpağımızı qorumalıyıq. O, bütün imkanlarını səfərbər edərək, şəxsi vəsaitləri hesabına döyüşçüləri silahlandıraraq, ruh yüksəkliyi yaradaraq Tərtəri sonadək qorudu. Qəhrəman şəhər Tərtər ermənilərə xidmət edən güclərin qurbanı olmadı. O zaman Sərdar bəyin yanında olanlar yaxşı bilirlər keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqova dəyən şillələrin səsini, onun tövlədə Sərdara yalvarmasını. Məhz Tərtərin ermənilərə verilməsi üçün rayona gələn Nəcməddinin qarşısında Sərdar bəy durmuş idi. 

Sərsəng ətrafında olan döyüşlərdə Sərdar bəyin sayəsində 300-dən çox erməni döyüşçü  bir həmlə ilə məhv oldular. Həmin gün Ermənistanda matəm elan edilmiş idi. 3 gün bu matəm davam etmişdi. 

Ağdərədəki qərargahda Sərdar Həmidovun  Surət Hüseynovla davasını da xatırlayan olar. Məhz Surət istəmirdi Ağdərə azad edilsin, ona görə də təyyarələrin qalxmasına əmr vermirdi. Bu zaman Sərdarın Surətin üzərinə gedib onu vurmaq istəməsin də yada salanlar olar. Surət qorxusundan izn verdi və Sərdar bəy özü üç rəngli bayrağı Ağdərədə qaldırmış idi. Ermənilər Sərdar Həmidovun başçılığı altında olan Tərtərin  torpağını belə işğal etməyə nail olmayıb. Tərtərdən bir nəfər belə əsirlikdə qalmayıb. Tərtər rayonu istiqamətində şəhid olmuş bir nəfərin belə cəsədi düşmən əlində qalmayıb. Tərtər rayonu ərazisində şəhid olmuş naməlum şəhidlərimizin belə dəfnini öz hesabına komisiya təşkil edərək həyata keçirən məhz o idi. 

1993-cü il yanvar ayının axırlarında Vaqauz Vəng istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və kiçik bir müddət ərzində müalicə alaraq döyüşə qayıdan Sərdar Həmidov əsl qəhrəman idi.

"Tərtər” Özünümüdafiə Batalyonu  digər hərbi hissələrin köməkliyi ilə təqribən 6 ay vuruşa-vuruşa gedib Vəngə, Xankəndinin başının üstünə çıxmışdılar

Yüzlərlə şəhid hesabına Xankəndini ermənilərdən təmizləməyə bircə addım qalmışdı. Cəmi bir addım. Sonra kreslo davası, xəyanət o boyda döyüşün, şəhidlərin bahasına azad edilən torpaqları yenidən ermənilərə verdilər.. 

AXC  hakimiyyəti dövründə icra başçısı işləmiş S.Həmidov 10 ilə yaxın həbsxana həyatı yaşayıb. Halbuki o Milli Qəhrəman adı almalı və böyük diqqət görməli idi. Əvəzində isə canını Vətən üçün qoyan biri 10 il həbsxana həyatı yaşadı. Sərdar Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirmiş idi, bunu belə nəzərə almamış idilər. 

Həbsdən azad olandan sonra uzun illər o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.

Nəcməddin Sadıqov o şillələrin, Qarabağın gözəl rayonu Tərtərin  ermənilərə verə bilmədiyi üçün qisasını belə aldı. Əsl döyüşçü, əsl qəhrəman 10 ilini ağır xəstəlik daşıya daşıya həbsxanada keçirdi. 

Sərdar Həmidov 2004-cü ildə Azərbaycan prezidentinin əfv fərmanı ilə azadlığa çıxmışdı. 

O vətənə xəyanət edənlərə mübarizə aparırdı, sevdiyi Elçibəyin yanında olub ona xəyanət etmiş insanlara qarşı sərt çıxışlar edirdi. O bilirdi bu gün adını müxalifət qoyanların bəzilərinin əsl siması nə idi. Yazıq deyirdi, dinləyən kim idi ki..

Artıq yaxşı pullar alan həmin bəzi  xain  müxalifətçilər pul hesabına ona medianı yaxın buraxmırdılar.. 

Deyirdi..güclə nəfəs ala ala deyirdi  

Müharibədən, döyüşdən qaçan, ancaq yeyib içib gizlənən müxalifətin bəzi üzvlərini ifşa edirdi. 

Dinləmədilər onu

2016-cı ildə son dəfə dedi amma Kəlimeyi Şəhadətin 

Qarabağ savaşında xüsusicəsarəti və bacarığı ilə ad çıxaran tanınmış simalardan biri -Sərdar Həmidov fevralın 28-də 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişdi.

Tanrının yanına getdi qəhrəman Sərdar Həmidov 

Gözlərin yumanda da Vətən dedi 


Ruhun şad olsun  Komandir 


Daha Qarabağ azaddır

Ağdərə azaddır

Xankəndi azaddır

Tərtər təhlükədə deyil 


Zaur Aliyev, dosent

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərdar Həmidov Tərtərdə torpağa tapşırılacaq

    Sərdar Həmidov Tərtərdə torpağa tapşırılacaq ...

    29-02-2016, 08:27

  • 
  • Sərdar Həmidovun evini yardılar

    Sərdar Həmidovun evini yardılar ...

    10-03-2016, 16:39

  • 
  • Döyüş yoldaşları Sərdar Həmidova milli qəhrəman adı verilməsini istəyir...

    Döyüş yoldaşları Sərdar Həmidova milli qəhrəman ...

    5-12-2014, 13:10

  • 
  • Ağdərə rayonu 7 iyul 1993-cü ildə ermənilər tərəfindən işğal edilib.

    Ağdərə rayonu 7 iyul 1993-cü ildə ermənilər ...

    1-08-2023, 22:36

  • 
  • Rüşvət almayan və bu iyrəncliyin kökünü kəsməyə çalışan icra başçılarımız da olub  Elə, biri də, rəhmətlik SƏRDAR HƏMIDOV!

    Rüşvət almayan və bu iyrəncliyin kökünü kəsməyə ...

    2-05-2020, 00:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu