GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Döyüş yoldaşları Sərdar Həmidova milli qəhrəman adı verilməsini istəyir...

Döyüş yoldaşları Sərdar Həmidova milli qəhrəman adı verilməsini istəyir...

Tarix: 5-12-2014, 13:10 Bölmə :Ölkə Baxış: 0
Döyüş yoldaşları Sərdar Həmidova milli qəhrəman adı verilməsini istəyir...

Bununla bağlı keçmiş döyüşçülər ordu rəhbərliyinə təqdimat göndərib; sabiq batalyon komandiri: “İTV Azərbaycanın döyüş tarixini saxtalaşdırır”...
“Bugünlərdə İctimai Televiziyada birinci Qarabağ savaşı zamanı Tərtərin müdafiəsinə həsr olunmuş veriliş efirə getdi. Həmin verilişdə Tərtər rayonunun erməni işğalçılarından qorunmasını şəxsən təşkil etmiş Sərdar Həmidovun haqqı tapdalandı. İTV-də qeyd edildi ki, Tərtər Özünü Müdafiə Batalyonunun komandiri Elman Hüseynov olub. Lakin bu belə deyil. Elman Hüseynov Milli Qəhrəmandır, Allah ona rəhmət eləsin, şərəfli döyüş yolu keçib, qısa bir müddətdə də Tərtər Özünümüdafiə Batalyonunun komandiri vəzifəsini icra edib.


1992-ci ilin avqustundan 1994-cü il iyunun 21-dək Tərtər Özünümüdafiə Batalyonunun komandiri Sərdar Həmidov olub. Onun Tərtərin qorunmasında haqqına girmək ədalətsizlikdir, faktları saxtalaşdırmaqdır, döyüşçüləri incitməkdir, şəhidlərimizin, o cümlədən Elman Hüseynovun özünün də ruhuna hörmətsizlikdir”.

Bunu əməkdaşımızla söhbətində S.Həmidovun döyüş yoldaşlarından biri, Tərtər Özünümüdafiə Batalyonunun qərargah rəisi olmuş Pənah Məmmədov dedi. Onun açıqlamasından sonra S.Həmidovun özü ilə də əlaqə saxladıq. O bildirdi ki, İTV-də efirə gedən verilişdə tarixi faktların saxtalaşdırılmasına təəccüblənib: “Öncə onu qeyd edim ki, Elman Hüseynov fədakarlıq edən, şücaətli bir döyüşçü idi, Milli Qəhrəmandır, Allah ona rəhmət eləsin. 1993-cü ilin yanvarında mənim rəhbərliyim altında 13 nəfər döyüşçünün meyitini ermənilərin nəzarət etdiyi ərazidən çıxararkən şəhid oldu. Onun Tərtər Batalyonunun əvvəldən axıra qədər komandiri kimi təqdim edilməsi isə yanlışdır. Bu, Sərdar Həmidovun tarixi deyil, Azərbaycanın döyüş tarixidir, İTV bunu niyə saxtalaşdırır, buna bir cavab tapa bilmirəm.


Mən özüm haqda danışsam, deyəcəksiniz özünü tərifləyir, bu haqda döyüşçülərdən soruşmaq daha yaxşı olardı. Mən sadəcə bir məqamı deyim ki, İTV-də Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyinin sədri Suliddin Yusifova istinadla danışırdılar. Mən Suliddin bəylə əlaqə saxladım, o mənə dedi ki, onun söylədikləri təhrif olunub. Mən də inanmıram ki, Suliddin bəy elə danışsın, çünki o, elə bu ilin mart ayında mənə milli qəhrəman adı verilməsi üçün ölkə rəhbərliyinə müraciət ünvanlayan şəxslərdən biridir”...

S.Həmidov deyir ki, onun özünün də xəbəri olmadan 2014-cü il mart ayının 22-də Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyi və Vətən Müharibəsi Veteranlar Birliyi (sədr Nizami Heydərov) yığıncaq keçirərək ona milli qəhrəman adı verilməsinə dair müraciət qəbul ediblər. Müdafiə naziri Zakir Həsənova ünvanlanan təqdimatda deyilir: “...Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər şöbəsi olaraq onun üzvləri adından bu təqdimatı Sizə göndərməklə, Həmidov Sərdar Məcid oğlunu yaxşı tanıdığımızı və onun Tərtər rayonunun müdafiəsində, zəbt olunmuş Ağdərə rayonunun düşməndən təmizlənərkən döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlıqları, şəxsi igidliyini nəzərinizə çatdırmaqdır.

Belə ki, Həmidov Sərdar Məcid oğlu 1992-ci ilin mart ayında Tərtər ərazi özünümüdafiə taborunun tərkibində əlahiddə rota yaradaraq, rayonun müdafiəsini təşkil etmiş, 1992-ci ilin may ayından Tərtər rayonunun müdafiə komitəsinin sədri olmuşdur. Və ərazidə yerləşən bütün silahlı birləşmələri vahid komandanlıq altında birləşdirərək uğurlu döyüş əməliyyatlarına rəhbərlik etmişdir. Məhz Həmidov Sərdar Məcid oğlunun şəxsi qabiliyyəti və səyi hesabına hazırladığı plan əsasında Nəcməddin Sadıxovun komandanlıq etdiyi 703 saylı hərbi hissə, Tərtər taboru və başqa silahlı birləşmələrlə birlikdə Ağdərə rayonunun kəndləri erməni düşmənlərdən təmizlənmiş və Ağdərənin mərkəzində Azərbaycan bayrağı dalğalanmışdır. Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin onlarla canlı qüvvəsi məhv edilmiş və onlarla texnikası qənimət kimi əldə edilmişdir. Belə əməliyyatların uğurla başa çatması Həmidov Sərdarın şəxsi igidliyi və qəhrəmanlıq nümunəsi kimi qiymətləndirilməlidir. Onun göstərişi və tapşırığına, döyüş aparmaq qabiliyyətinə tabe olaraq silahlı qüvvələr qısa müdətdə Ağdərə rayonunun Marquşevan, Marağa, Madagiz, Aşağı və Yuxarı Çaylı, Qırmızıkənd, Levonarx, Akop-Komari, Medşen, Maqavuz, Sərsəng Su Ambarı, Drombon, Poqasomer, Çıldıran, Vaqaus və Aterk kəndləri erməni düşmənlərdən azad olunmuşdur...

Cəmiyyət üzvləri olaraq şahidiyik ki, 1992-ci ilin 16 noyabrında Yaqaus kəndi istiqamətində döyüş əməliyyatı zamanı 13 nəfər əsgərimiz düşmən mövqeyində qalmışdı. Onların cəsədlərinin 18.01.1993-cü ildə çıxarılması və valideynlərinə təhvil verilməsində Həmidov Sərdar Məcid oğlu əməliyyata şəxsən rəhbərlik etmiş, əməliyyatda iştirak etməklə qəhrəmanlıq göstərmişdir.

1993-cü ilin fevralında Müdafiə Nazirliyinin rəhbərliyinin səriştəsiz əmrinə əsasən, Nəcməddin Sadıqov başda olmaqla, 703 saylı hərbi hissə şəxsi heyəti, texnikası bütünlüklə Aterk kəndində mühasirə vəziyyətinə salınmışdı. Həmidov Sərdar qətiyyətli və şəxsi igidlik göstərərək, əsl qəhrəmanlıq nümunəsi olaraq 703 saylı hərbi hissəni mühasirədən çıxarmışdır...

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü il noyabrın 7-də xalqa müraciətindən sonra Sərdar Həmidov gənclərdən ibarət 2-ci Tərtər taborunun yaradılmasına nail oldu və torpaqlarımızın müdafiəsinə, o cümlədən Ağdamın Şotlanlı, Naxırçılar kəndlərinin düşməndən müdafiə olunması üçün briqada komandanlığının sərəncamına göndərdi.
03 may 1994-cü ildə erməni daşnakları Tərtər rayonunun Qapanlı kəndinin bir hissəsini zəbt etdiyi halda Sərdar Həmidov birbaşa döyüş mövqeyinə gələrək, pərakəndə halda olan döyüşçüləri, polis dəstələrini səfərbər edərək, orada olan hərbi hissələrlə əlaqə yaradaraq Qapanlı kəndini qəhrəmanlıq göstərərək düşməndən azad olunmasına nail olmuşdur.

Həmidov Sərdarın belə vətənpərvərliyi, hər qarış torpağımız üçün qan tökməyə hazır olmasım hər an nümayiş etdirən, qeyri-adi hərəkətləri nəticəsində dəfələrlə qəhrəmanlıq nümunəsi göstərməsi Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edən hər bir əsgər və zabitlərimiz torpaqlarımızın bir qarışını belə düşmənə verməmişdir, əksinə, ermənilərin yaşayış məntqəsi oları Marağa, Marquşevan, Maralyan, Həsənqaya, Yuxarı Çaylı, Aşağı Çaylı, Qırmızıkənd və s. kəndləri bu gün də Azərbaycan Ordusunun nəzarətindədir.

Sərdar Həmidovun torpaqlarımızın müdafiəsi zamanı döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlıq nümunələrinin şahidi olduğumuz üçün cəmiyyətin idarə heyəti və onun üzvləri ona Azərbaycan Respublikasının milli qəhrəmanı adı verilməsi üçün bu təqdimatın Sizə göndərilməsinə qərar vermişdir.

Ümid edirik ki, ərazi bütövlüyümüz uğrunda canlarından keçən, əlil olan insanların xahişini nəzərə alıb ədalətin bərpası üçün silahdaşımız və komandirimiz olmuş Həmidov Sərdar Məcid oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adının verilməsi üçün Ali Baş Komandan, cənab Prezident İlham Heydər oğlu Əliyev qarşısında vəsatət qaldıracaqsınız".

Daha sonra S.Həmidov onunla bərabər döyüşlərdə iştirak etmiş bir neçə şəxslə bizi əlaqələndirdi. Həmin şəxslər dedilər ki, bütün tərtərlilər Sərdar Həmidovun hansı şücaətləri göstərdiyini bilirlər: “Biz isə birbaşa onun tabeliyində döyüşmüşük, faktları daha dəqiq bilirik”.

S.Həmidovun döyüş yoldaşları ilə dəqiqləşdirmələrimiz zamanı onlar dedilər ki, Tərtərdə könüllülərdən ibarət özünümüdafiə batalyonu 1991-ci il oktyabrın 9-da yaradıldı, onun formalaşdırılmasına başlanıldı. 1991-ci ilin dekabrında Elman Hüseynov batalyona komandir təyin edildi. 1992-ci il aprelin 5-də isə müdafiə nazirinin əmri ilə Boris Zöhrabov batalyon komandiri təyin olunub. Həmin tarixdən Elman Hüseynov batalyon komandirinin müavini, Pənah Məmmədov isə qərargah rəisi təyin edildilər. 18 may 1992-ci ildə Sərdar Həmidov Tərtərin icra başçısı təyin edildi. 1 avqust 1992-ci ildə də Sərdar Həmidov Tərtər Özünümüdafiə Batalyonunun komandiri təyin edildi. O hələ komandir olmamışdan, icra başçısı təyin olunmamışdan qabaq da rayonda “RAYPO”nun müdiri idi.

Bu vəzifədə işləyəndə Tərtər rotasının yaradılmasına nail olmuşdu. O, Tərtər batalyonunun silahlanmasını şəxsən həyata keçirib. Tərtərin müdafiəsi, Ağdərənin alınması planı şəxsən Sərdar Həmidov tərəfindən qurulub, döyüş əməliyyatlarına birbaşa rəhbərlik edib. 1992-ci il iyunun 18-də 150-yə yaxın ermənini səngərdə məhv etmişdik. Bu planı Sərdar bəy şəxsən qurmuşdu, tapşırıqları o vermişdi. 1992-ci il iyulun 4-5-də onun tapşırığı ilə Ağdərəni işğaldan azad etmişdik. Ağdərəyə bayrağı Sərdar Həmidov sürücüsü İlham Cəfərova sancdırmışdı. Bunlar videoçəkilişlərdə də var.

Bundan başqa, bizim batalyonun tabeliyində Teyyubun rəhbərlik etdiyi bölmə 1992-ci il sentyabrın 22-də Vaguaz kəndi yaxınlığında əməliyyat keçirdi, Teyyub özü də daxil olmaqla 13 şəhid döyüş yerində qaldı. O meyitləri çıxarmaq mümkün olmurdu, Sərdar Həmidov birbaşa özü 1993-cü il yanvarın 18-də həmin meyitlərin çıxarılması əməliyyatını həyata keçirdi, bu zaman güllə yarası da almışdı. Bundan başqa, 1993-cü ilin mart ayında Kəlbəcər mühasirədə olan vaxt Sərdar Həmidov Tərtər istiqamətindən birbaşa Kəlbəcərə getmişdi, orada uğurlu əməliyyatlar keçirmişdik. Bütün bu şücaətlərinə görə, hesab edirik ki, Sərdar Həmidova milli qəhrəman adı verilməsi müraciəti tam haqlıdır, Sərdar bəy buna haqq edir. Hələ 1993-cü ildə 703 saylı hərbi hissənin komandanlığı Sərdar Həmidovun Azərbaycanın Milli Qəhrəmanı adını alması üçün sənədlər hazırlayıb Müdafiə Nazirliyinə göndərmişdi. Lakin o təqdimat təsdiqini tapmayıb. Yenidən döyüşçülərin bu müraciəti etməsi doğru addımdır".

M.MAHRIZLI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sərdar Həmidov Tərtərdə torpağa tapşırılacaq

    Sərdar Həmidov Tərtərdə torpağa tapşırılacaq ...

    29-02-2016, 08:27

  • 
  • Sərdar Həmidovun evini yardılar

    Sərdar Həmidovun evini yardılar ...

    10-03-2016, 16:39

  • 
  • MELKONYANIN MEYİTİNİ VİDEOYA ÇƏKƏN MƏŞHUR REDAKTOR DANIŞDI

    MELKONYANIN MEYİTİNİ VİDEOYA ÇƏKƏN MƏŞHUR ...

    2-11-2015, 15:22

  • 
  • Sərdar Həmidovun sayəsində Ermənistan 3 gün matəm elan edib

    Sərdar Həmidovun sayəsində Ermənistan 3 gün matəm ...

    6-10-2023, 23:49

  • 
  • Qarabağda döyüş meydanından qaçan hərbi hissə komandiri HƏBS OLUNDU

    Qarabağda döyüş meydanından qaçan hərbi hissə ...

    18-03-2021, 14:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu