GundemXeber.Az bildirir ki, Əziz Orucovun qardaşı Anar Orucov öz Facebook səhifəsində belə yazıb: "Səbail Rayon Polis İdarəsinin yarı-maskalı əməkdaşları indi də Kanal 13-ün ofisində axtarış aparırlar. Böyük ehtimalla qardaşım Əziz Orujova qarşı yeni cinayət işi açılıb. İndiyədək heç vicdanımıza qarşı çıxmadıq: Nə Qarabağ müharibəsi zamanı və sonra Azərbaycanın beynəlxalq hüquqa uyğun mövqeyini dəstəkləyəndə, nə ölkədə insan hüquqları pozulmasına qarşı mübarizə aparanda. Daima Vətənimiz üçün ən yaxşısını istədik. Günahımız budur yəqin ki...
P.S. Əzizi aparanda böyük qızı Almaz buraxmırmış. Uşaq da bilir ki, atasını aparanlar necə naxələflərdir."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?