GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » DSMF “sosial müavinət”lə güzəşt əvəzi müavinəti bilərəkdən qarışdırıb, şəhidlərin, əlillərin yardımını yeyir

DSMF “sosial müavinət”lə güzəşt əvəzi müavinəti bilərəkdən qarışdırıb, şəhidlərin, əlillərin yardımını yeyir

Tarix: 11-12-2023, 10:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 654


Aztəminatlılara  kommunal, nəqliyyat və digər xidmətlər əvəzi kompensasiyanı haçanacan hökumət yeyəcək?


Qarabağ savaşı veteranları, əlilləri, şəhid ailələri 2002-ci ilə kimi kommunal, nəqliyyat , rabitə xidməti haqlarını ödəməkdən, notariat əməliyyatları zamanı rüsum ödəməkdən azad idilər. Hökumət bu “azadlığı” savaş adamlarına çox gördü,  Azərbaycan Respublikasının Prezidenti 26.12.2001 tarixli 613 saylı “ Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanla vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə VERİLƏN GÜZƏŞTLƏRİN müvafiq MÜAVİNƏTLƏRLƏ ƏVƏZ olunması ilə əlaqədar AZTƏMİNATLI AİLƏLƏRİN SOSİAL MÜDAFİƏSİNİ təmin etmək məqsədi ilə Qarabağ əlillərinə 130 min manat, veteranlarına 55 min manat , şəhid ailəsi üzvlərinin hər birinə 60 min manat müavinət verilməsini qərara aldı.  Veteranlara verilən müavinət 22.01.2007 tarixli, 514 saylı, şəhid ailələrinə verilən müavinətsə 31.12.2020 tarixli 1223 nömrəli fərmanlarla ləğv edildi. Qarabağ əlillərinə verilən 130 min manat isə hələ də qüvvədədir, 05.01.2021 tarixli, 1244 nömrəli Prezident fərmanı ilə “130 min” 26 manatla əvəz olunub, 12.11.2022-ci il tarixli, 1878 nömrəli fərmanla “əlillər” sözü “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi ilə əvəzlənib. ( yəqin bu il də “orqanizmin funksiyasının 31-100 faizi pozulmuş şəxslər”lə əvəz olunma “diqqət və qayğısı” qüvvəyə minər- M.B.) Di gəl, 26 manatı da DSMF-in “sosial məmurları” ciblərinə uyğun izah edib vermirlər.  Məmurun yeyinti izahına baxın, prezident fərmanı ilə ləğv edilən güzəşt əvəzinə müavinəti “sosial müavinət” sayıb, əmək pensiyaçılarına şamil edilmədiyini sırıyırlar. Onlarla illərdir bu cibə uyğun izaha son qoyulmur. Fərmanın icrasını 08.01.2002 tarixli qərarla təmin edən NK da 22 ildir Qarabağ savaşı əlillərinə ayrılan cüzi müavinətin təyinatı üzrə verilməməsinə qiymət vrrib, son qoymur.  Maliyyə Nazirliyinin, Hesablama Palatasının da dövlət büdcəsinin məmurun cibi ilə dəyişik salınmasına reaksiyası “bir atımlıq barıt” effekti yetkisi bağışlayır. Hər iki qurum “qıcanır”, amma “vurmur”, sadəcə payını götürüb, 26 manatın pensiya ilə bir yerdə verildiyini, ona görə də “görünmədiyini” bildirir. Deyəsən, “inanclı xidmət”dir, hökumətin “sağ əllə” verdiyini  “sol əli”- əlillər bilmir. “Dəmir yumruq” yiyəsinə üz tutmaq da sonuc vermir, əlilin-qazinin öz başında çatlayır. 

Prezidentin Qarabağ əlillərinə 29.12.2000 tarixli, 597 saylı “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamı ilə 1-ci, 2-ci, 3-cü dərəcəli Qarabağ, 20 Yanvar əlillərinə uyğun olaraq 50 min, 60 min , 70 min manat aylıq müavinətin verilməsindən də DSMF-in pensiya təminatı qurumları eyni əsasla - müavinəti “sosial müavinət” saymaqla imtina edir. Heç sərəncamın “bəxtinə” onu qəbul etmiş Prezidentin qələmi ilə denominasiya, “əllil” sözünün “əlilliyi olan şəxs” ifadəsi ilə əvəz olunması “diqqət və qayğısı” da düşmür. Axı düşsə, 23 ildir verilməyən cüzi aylıq müavinəti yeyə bilməyəcəklər. 

Hökumət verən müavinətin azlığına-çoxluğuna baxmazlar- məsələ dönüb. Amma axı müavinəti , az oldu- çox oldu, nəzərdə tutulan aztəminatlı şəxslər yox, çoxrüşvətli məmurlar yeyir! “Müavinət”, “müavin” sözləri ərəbcədən götürülüb, türkçəmizdə “yardım”, “yardımçı” anlamındadır. “Sosial müavinət” anlayışı ilə müavinəti, yardımı bilərəkdən qarışdırmaq yeyini amacı daşıyır. Əvvəllər işlənən “sosial pensiya” anlayışı  2006-cı ildən “sosial müavinət”lə əvəz olunub və bu əvəzetmədən “sosial məmurlar” yeyinti amacı ilə peşəkarlıqla yararlanırlar. Prezidentin 26.12.2001 tarixli 613 saylı fərmanında “sosial pensiyaçılar” da 6 manatlıq müavinətlə diqqətdən qıraqda qalmayıb. Amma indiki sosial müavinət alanlara, keçmiş sosial pensiyaçılara da bu 6 manat çox görülür.

Qazilərin, şəhidlərin, əlillərin payını yemək peşəkarlığında “sosial yeyimli” hökumətə çatan olmaz. Adı əlilin, dadı məmurun, əcəb “diqqətcil, qayğıkeş” hökumətdir!


Məğrur Bədəlsoy

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident aktları, qanunlar mənimsəmə amacı ilə yanlış izah və tətbiq olunur

    Prezident aktları, qanunlar mənimsəmə amacı ilə ...

    12-11-2023, 16:03

  • 
  • KÖÇKÜNLƏRİN YEMƏK , KOMMUNAL MÜAVİNƏTİ KİMİN YEMİ OLACAQ?

    KÖÇKÜNLƏRİN YEMƏK KOMMUNAL MÜAVİNƏTİ KİMİN YEMİ ...

    27-01-2017, 20:33

  • 
  • Hökumətin sosial müdafiə, yoxsa sosial mənimsəmə siyasəti

    Hökumətin sosial müdafiə, yoxsa sosial mənimsəmə ...

    18-04-2022, 09:17

  • 
  • Qazi və şəhid ailələrinin, hərbi pensiyaçıların daha hansı hüquqları ləğv ediləcək?

    Qazi və şəhid ailələrinin, hərbi pensiyaçıların ...

    25-04-2022, 16:49

  • 
  • 20 YANVAR ƏLİLLƏRİNƏ QARŞI HÖRMƏTSİZLİK

    20 YANVAR ƏLİLLƏRİNƏ QARŞI HÖRMƏTSİZLİK ...

    21-01-2017, 23:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (163)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu