GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Həmkarlar İttifaqları Konfederasiyasında “putyovka” biznesi - Milyonlar necə “yeyilir”?

Həmkarlar İttifaqları Konfederasiyasında “putyovka” biznesi - Milyonlar necə “yeyilir”?

Tarix: 18-12-2023, 23:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 416
Həmkarlar İttifaqları Konfederasiyasında “putyovka” biznesi - Milyonlar necə “yeyilir”?

Azərbaycanda həmkarlar ittifaqları və onların birləşdiyi konfederasiyanın fəaliyyəti ilə bağlı insanların yaddaşında qalan əsas xüsusi məqam bu qurumların “putyovka” biznesi ilə məşğulluğudur. Həmkarlar ittifaqlarının rəhbər şəxsləri hər il minlərlə “putyovka” satmaqla böyük gəlir əldə edirlər.


Qanunvericiliyə əsasən həmkarlar təşkilatına üzv olan işçilərin müalicə və istirahətini səmərəli təşkil etmək üçün həmkərlar təşkilatlarından yollayış (“putyovka”) almaq hüququ var. Həmin yollayışların vasitəsilə işçilər, onların ailə üzvləri Abşeron yarımadası, Nabran, Quba, Qusar, İsmayıllı, Şamaxı, Qəbələ, Lənkəran, Masallı, Lerik, Naftalan, Şabranda yerləşən istirahət mərkəzlərinə, sanatoriya-kurort müəssisələri və sağlamlıq düşərgələrinə gedə bilərlər.

Çoxlu sayda üzvü olan həmkarlar qurumlarlarının bu sahədə fəaliyyətini necə təşkil etdiyi, nə qədər yollayışı pulsuz verdiyi, yaxud nə qədərinin satıldığı, yollayışların hansı istirahət mərkəzlərinə verildiyi haqqında ətraflı məlumata rast gəlinmir.

Həmkarlar təşkilatlarının birləşdiyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da fəaliyyəti bu baxımdan olduqca şübhəlidir.

Azərbaycanda 1 700 000 nəfərə yaxın əmək müqaviləsi ilə işləyən şəxs var. Bundan başqa, çoxlu sayda insan pensiya alır. Qanunvericilik həmkarlar təşkilatına üzvlük haqqı ödəyənlərə, “pensiya fondu”na sığorta haqqı ödəyənlərə və onların ailə üzvlərinə yollayış almaq hüququ verir. Ümumilikdə bir neçə milyon insan həmkarlar təşkilatından yollayış ala bilər.

Amma sosial şəbəkələrdə, mediada dərc olunan məlumatlardan anlaşılır ki, yollayış ala bilən insanların sayı olduqca azdır. Halbuki, bu insanların bir qisminə “putyovka”lar pulsuz, bəzilərinə haqqını qismən ödəməklə, digərlərinə isə haqqı tam, lakin bazar qiymətlərindən aşağı olmaqla yollayış verilməlidir. Narazılıqlardan aydın olur ki, uzun müddət əmək fəaliyyəti ilə məşğul olan, həmkarlar təşkilatlarına üzv olan insalar ötən 20-30 il ərzində bir dəfə də olsun, “putyovka” ala bilməyib.

Bunun başlıca səbəbi həmkarlar ittifaqlarının və onların birləşdiyi konfederasiyanın “putyovka” satışını biznesə çevirməsidir. Bu biznes konfederasiyaya 1993-cü ildən bəri 30 ildir ki, rəhbərlik edən Səttar Möhbalıyevin vaxtında xeyli “inkişaf” etdirilib.

Hazırda həmkarlar ittifaqlarının balansında Azərbaycanın şəfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Bu mərkəzlərdə hər il on minlərlə insan məhz “haqqını” ödəməklə yollayış alaraq istirahət edirlər. Şəfalı yerlərdə istirahətə və müalicəyə ehtiyac yüksək olduğundan həmin yollayışlara tələb də böyük olur. Buna görə də uzun müddət əmək fəaliyyəti ilə məşğul olan şəxslər “putyovka” ala bilmədiyi halda ayrı-ayrı insanlar, “haqqını” ödəməklə, asanlıqla yollayış alıb istirahət və müalicə mərkəzilərinin xidmətlərindən yararlanırlar.

Həmkarlar konfederasiyasının hesabatlılığının aşağı səviyyədə olması, fəaliyyətində şəffalığı təmin etməməsi də qurumun fəaliyyətinin nöqsanlı olmasının göstəricisidir. Konfederasiyanın rəsmi informasiya resurslarından qurumun maliyyə hesabatları ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bilmək olmur ki, konfederasiyaya üzv olan təşkilatlar il ərzində nə qədər üzlük haqqı toplayır, bunun nə qədəri yollayışların maliyyələşdirilməsinə yönəldilir, istirahət və müalicə mərkəziləri hansılardır, təşkilatın balansında olan əmlakların saxlanılması üçün nə qədər vəsait ayrılır.

Konfederasiyanın bu məlumatları açıqlamaması “putyovka” biznesi ilə bağlı narazılıqların əsassız olmadığını göstərir.

Nəzərə alaq ki, həmkarlar ittifaqları ictimai qurumdur və onların gəliri əsasən üzvlük haqları hesabına formalaşır. Belə qurumlar üzvləri və ictimaiyyət qarşısında hesabatlı olmalıdır.

Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlar göstərir ki, 2022-ci ildə həmkarlar konfederasiyasına 27 həmkarlar ittifaqı üzvdür. Həmkarlar ittifaqları isə 1 102 484 üzvü özündə birləşdirir. İttifaqlarda 14 202 həmkarlar təşkilatı, o cümlədən 60 birləşmiş və 501 şəhər, rayon komitələri  fəaliyyət göstərir.

Həmkarlar ittifaqı hər ay üzlərindən əməkhaqqı, təqaüd və əlavə hesablanmış qazancların, maddi yardımın, mükafatın və digər gəlirlərin müəyyən hissəsini üzvlük haqqı kimi alır. Adətən üzvlük haqqı 2 faiz civarında olur. Azərbaycanda orta aylıq əməkhaqqının 921 manat olduğunu nəzərə alsaq, təşkilatlar üzvlərindən hər ay ümumilikdə təxminən 20 milyon manat, bir ildə 240 milyon manat üzvlük haqqı toplayır.

Üzvlük haqqından başqa həmkarlar ittifaqları  təsərrüfat  hesabı ilə işləyən mədəni-maarif, idman müəssisələrindən və fəaliyyətin digər növlərindən, başqa mənbələrdən, o cümlədən ianələr hesabına vəsaitlər əldə edirlər. Digər vəsaitləri də nəzərə alsaq, ittifaqlar və konfederasiya il ərzində bir neçə yüz milyon manat gəlirə sahib olur.

Bu gəlirlərin çox hissəsi məhz üzvlərin və onların ailə üzvlərinin istirahətinə, müalicəsinə yönəldilməlidir. Lakin S.Mehbalıyevin rəhbərlik etdiyi konfederasiya bu vəsaiti qaranlıq məqsədlər üçün istifadə etməklə yanaşı, kütləvi şəkildə “putyovka” biznesinə də himayədarlıq edir./sfera.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Naxçıvan Ali Məclisinin sədri Azər Zeynalov camaata məcburi "putyovka" satdırır...

    Naxçıvan Ali Məclisinin sədri Azər Zeynalov ...

    24-02-2023, 22:04

  • 
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Səttar Mehbalıyevin korrupsiya əməliyyatları araşdırılır - faktlar

    Səttar Mehbalıyevin korrupsiya əməliyyatları ...

    10-09-2020, 11:48

  • 
  • Səttar Mehbalıyevin «provsoyuz» biznesi

    Səttar Mehbalıyevin «provsoyuz» biznesi ...

    17-12-2012, 11:51

  • 
  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: Daha bir ailə “şirkəti”… - İLGİNC FAKTLAR

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: ...

    3-02-2021, 15:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu