GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 11 saylı Regional Ekologiya İdarəsindən damğa necə oğurlanıb? - İLGİNC İDDİALAR...

11 saylı Regional Ekologiya İdarəsindən damğa necə oğurlanıb? - İLGİNC İDDİALAR...

Tarix: 2-02-2024, 23:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 525

11 saylı Regional Ekologiya İdarəsindən damğa necə oğurlanıb? - İLGİNC İDDİALAR...

Masallı, Yardımlı, Cəlilabad meşələrinin kütləvi şəkildə qırılması ilə bağlı elektron mediada və sosial şəbəkələrdə son aylar adıçəkilən rayon sakinlərinin çoxsaylı şikayətlərinə rast gəlinir. Məlumatlarda sakinlər bu rayonlarda meşələrin kütləvi şəkildə qırılması ucbatından ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Qəribə orasıdır ki, sübut və dəlillərlə yayılmış video faktlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir açıqlama vermir. Sanki bu meşələrin onlara heç bir aidiyyatı yoxmuş kimi.


Məlum olduğu kimi ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də ağacların, meşələrin qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməsinin, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini dəfələrlə bildiriblər.
Bu gün ölkəmizdə yeni yaşıllıqların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsinə, müxtəlif yerlərdə ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq ölkəmizin bəzi böyük meşə massivlərində qanunsuz ağac kəsilmələri hələ də davam etdirilir. Bunun səbəbi nədir? Meşələrin mühafizəsinə birbaşa cavabdeh olan qurumların diqqətsizliyi, yoxsa məmur özbaşınalığı?

Azərbaycanda ana təbiətə biganəlik haradan başlayır? Təbii ki, qeyri peşəkar idarəetmədən və hərislikdən. Qeyd edək ki, sözügedən rayonların meşələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarət dairəsindədir. İdarənin direktoru Nəsimi Nəsibovdur. Onun bu vəzifədə nə vaxtdan çalışması barədə məlumat olmasa da bir diroktor kimi cavabdeh olduğu rayonların meşələrinin talan edilməsi ilə bağlı xəbərlər saysız hesabsızdır.
Yardımlı meşələrinin vəhşicəsinə kütləvi şəkildə məhv edilməsi, Ləzir meşələrinin 1 saylı meşəbəyliyin 2A saylı dolayında yüzlərlə cavan ağac qanunsuz şəkildə meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilərək satılması, Cəlilabad meşəbəyliyinin 1, Göytəpə meşəbəyliyinin 13 və 16 saylı meşə dolaylarında ağacların kütləvi kəsilməsi, Masallı rayonunun Böyük Xocavar kəndindəki meşələrin məhv edilməsi ilə yayılmış və təkzib olunmamış video və foto faktlar da bu qəbildəndi.
Ən son video materiallar isə bu günlərdə sosial şəbəkələrdə eko fəallar tərəfindən yayılıb. Videoda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin binasından N147 saylı damğanın oğurlandığı iddia edilir. Damğanın oğurlanması faktı İdarənin direktoru Nəsimi Nəsibova nələrin bahasına başa gələcək, bu günlərdə aparılan yoxlamalardan sonra bəlli olacaq.
Qeyd edək ki, 11 saylı Regional Ekologiya idarəsinin nəzarətində olan meşələrin kütləvi şəkildə qırılmasının başında məhz direktor Nəsimi Nəsibovun və onun müavini Rahib Ağayevin durduğu barədə bir çox meşəbəyinin yuxarı instansiyalara etdikləri şikayətlərdə də öz əksini tapıb. Məlumatlara görə onların nəzarətində olan meşə massivlərində ağaclar qanunsuz kəsilərək parket, odun kimi satışa çıxarılır. Meşələrdə əsasən qoz, cökə, palıd, vələs ağacları məhv edilir. Sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır. Hazırda Masallı, Yardımlı, Cəlilabad rayonlarında onlarla çox taxta-şalban və qapı-pəncərə sexinə ağaclar məhz 11 saylı Regional Ekologiya İdarəsinin direktor müavini Rahib Ağayevin göstərişi ilə daşındığı bildirilir. Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin direktoru Nəsimi Nəsibov və müavini Rahib Ağayev meşə təsərrüfatı sahəsini özlərinin bir nömrəli gəlir mənbəyinə çevirmişlər. Təbii ki, Nəsimi Nəsibov bu yollarla yığılan pulları təkcə yemir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxslərinə də çatdırır. Nəticədə meşələrin mühafizəsi və bərpası qalıb bir yana, ərazidə ekoloji sistem məhv olunur. Bəs Muxtar Babayev nə edir?
Yuxarıda qeyd etdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə başda Muxtar Babayev olmaqla bütün bu baş verənləri ancaq seyr edirlər. İndi tək nazir kimi deyil, həm də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti kimi. Məlum olduğu kimi Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin 7 yanvar 2024-cü ildə imzaladığı Sərəncamla COP29-un Prezidenti müəyyən edilib. Görək Muxtar Babayev həm nazir, həm də COP29-un Prezidenti kimi bu videolara baxıb necə münasibət göstərəcək./Aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyevin göstərişi ilə "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb

    Prezident İlham Əliyevin göstərişi ilə ...

    16-04-2017, 11:25

  • 
  • Salyanda ekoloji məntiqsizlik

    Salyanda ekoloji məntiqsizlik ...

    10-01-2013, 12:02

  • 
  • Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində işçilər kütləvi şəkildə etiraz edir - İDDİA VAR...

    Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində ...

    20-10-2022, 13:43

  • 
  • İsmayıllı və Ağsu meşələri soyqırıma məruz qalıb – Əlirza Əliyev isə “iş başında”

    İsmayıllı və Ağsu meşələri soyqırıma məruz qalıb ...

    9-04-2018, 11:56

  • 
  • Ağac məzarlığında göyərən statistika - (Hazıra) Nazirin ən zəif yeri

    Ağac məzarlığında göyərən statistika - (Hazıra) ...

    23-10-2023, 23:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu