Gundemxeber.az » GündəmXəbər » “Artromed” klinikasının həkimindən biabırçı hərəkət – ŞİKAYƏT
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 34 ünvanında yerləşən “Artromed” klinikasında biyabırçı hadisə baş verib.
GUNDEMXEBER.AZ xəbər verir ki, tribunainfo.az-a şikayətini bildirən Nəsirova Almaz qeyd edib ki, 7 yaşlı oğlu Nəsirzadə Hüseyni “Artromed” klinikasına aparıb. Orada Kamal doktorun müayinəsindən keçən uşağı parazitoloq Alla Rüstəmovaya yönləndiriblər.
Belə ki, qeydiyyat üçün həkim, parazitoloq Alla Rüstəmova uşağın ad soyadını bir neçə dəfə soruşub yazıb, pozub. Azərbaycan dilini bilməyən həkim əsəbləşərək qışqırıb: – “bu necə deməkdir, mən sizi başa düşmürəm” deyib. Ardınca xəstəxanaya gələn Nəsirova Almaz təmkinli şəkildi bildirib ki, “necə başa düşmürsünüz, Nəsirzadə Hüseyn Ruslan oğlu”, – deyərək qeydiyyat üçün adı 4-cü dəfə təkrar edib. Uşağın, Nəsirzadə Hüseynin əlində isə kağız vardı. Həkim Alla Rüstəmova uşağın üstünə bərk şəkildə qışqırır. Qorxusundan anasına qısılan uşaq xəstəxanadan getmək istədiyiini bildirir. Həkim Allah Rüstəmova növbəti kobud hərəkəti edərək kağızları müştərinin üstünə tullayır.
Şikayətçi Nəsirova Almazın sözlərinə görə, həkim Allah Rüstəmova müştərinin üstünə qışqıraraq onlardan rus dilində danışmasını tələb edib. Daha sonra həkim Alla Rüstəmova xəstəxananın kolidorunda rus dilində söyüşlər söyərək təhqiramiz ifadələr işlədir.
Bu azmış kimi həkim Alla Rüstəmova stolu şikayətçinin uşağı Nəsirzadə Hüseyn Ruslan oğlu və valideyni Nəsirova Almazın üzərinə itələyib. Stol xəstəxanaya gələn digər müştəri Sona xanımın ayağına, Nəsirova Almazın isə qarnına dəyib.
Resepşına müraciət edib dərdini deyən şikayətçi bildirir ki, resepşında işləyən işçilər belə qorxaraq dayanmışdı. Sanki xəstəxananın ağası Alla Rüstəmova idi.
Qeyd edək ki, hadisə baş həkimin otağında baş verməsinə baxmayaraq həkim Alla Rüstəmovaya qarşı heç bir tədbir görülməyib.
Digər müştəri Sona xanımın sözlərinə görə, Alla Rüstəmova rus dilini bilməyən hər kəsə qarşı belə kobud davranaraq aqressiv yanaşır.
Şikayətçi sonda bildirib ki, biz Azərbaycanda yaşayayırıq. Xəstəxana və digər müəssisələrdə çalışan hər bir vətəndaş öz ana dilini bilməlidir. Biz öz uşaqlarımızı belə həkimlərə əmanət etsək uşaqlarımız travma alar. Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Belə bir qanun yoxdur ki, xəstəxanalarda müştərilər rus dilində danışsın.
Dəniz Pənahova
23-07-2020, 10:37
5-05-2018, 13:21
1-04-2014, 10:49
5-08-2017, 18:20
29-10-2015, 12:34
Sorğu
Yeni dizaynımız necədir?