Müğənni Xuraman Şuşalı övladları ilə birlikdə Zaur Baxşəliyevin "Bizimləsən" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, 3 uşaq anası olan sənətçi hamiləliyindən, keçirdiyi ağır günlərdən danışıb:
"Həkimlər deyirdilər ki, "Sənin uşağın olmasa, daha yaxşıdır". Çünki hamiləliyimi ağır keçirirdim. Hətta həkim demişdi ki, üçüncü övladım xəstə doğulacaq. Hamiləliyimin ikinci ayında anam dünyasını dəyişdi. Stresdə idim, ağır günlər keçirirdim. Hərdən elə günə düşürdüm ki, evdəkilər ağlayırdılar, öldüyümü düşünürdülər. Amma yenə də Allah uşaqlarımı saxladı".
"Üç uşağımı da özüm böyüdürəm. Harasa gedəndə bacıma tapşırıram. Yoldaşım məni incitmir. O evə gələndən sonra dincəlirəm. Başlayır uşaqlarla oynamağa. Məni çox başa düşür".
Qeyd edək ki, X.Şuşalı Elçin adlı rejissorla ailə qurub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?