GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “MAŞIN BAZARI”NIN TƏMİRİ SAHİBKARLARIN BAŞINDA “ÇATLAYIR” – Salmanovun “eksperimenti”…

“MAŞIN BAZARI”NIN TƏMİRİ SAHİBKARLARIN BAŞINDA “ÇATLAYIR” – Salmanovun “eksperimenti”…

Tarix: 4-06-2024, 23:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 400

“MAŞIN BAZARI”NIN TƏMİRİ SAHİBKARLARIN BAŞINDA “ÇATLAYIR” –

Əhasli arasında “Xalqlar dostluğu” – “maşın bazarı” kimi tanınan məşhur bazarın bir hissəsində son bir neçə ayda təmir işləri aparılıb. Daha doğrusu, bazarın Babək prospektinə çıxan hissəsindəki mağazalar sökülərək, yenidən dəmir konstruksiyalarla tikilib və daha “abırlı” hala salınıb. Bunun icra hakimiyyəti orqanlarının tələbi ilə edildiyi bildirilir.

Lakin məsələ ondadır ki, bu “abadlıq işi” həmin mağazaların əvvəlki icarəçilərinin və bu ərazidə kiçik sahibkarlıqla məşğul olan digər vətəndaşların “başında çatlayıb”.

Belə ki, “AzPolitika”nın əldə etdiyi məlumata görə, sözügedən obyektlərdə bazarın sahibi tərəfindən aylıq icarə haqları 2-3 dəfə artırılıb. Təmirdən əvvəl bir kvadrat metri 20-25 manata başa gələn icarə haqqı 55-60 manata qaldırılıb. Hətta təmirdən dərhal sonra bu mağazaların kvadratının aylıq 110 manata təklif edildiyi bildirilir. Lakin sonradan bu qiymətə heç kimin mağaza götürüb işlətmək imkanının olmadığını görən bazar sahibi tamahını bir qədər azaltmalı olub və 50 faizlik “güzəşt edərək”, qiyməti 55-60 manata endirib.

Ancaq bu qiymət də olduqca yüksəkdir və hətta təmirdən əvvəlki icarə qiymətləri ilə belə işləməkdə çətinlik çəkən sahibkarlar yeni qiymətlərin qarşısında çıxılmaz, aciz duruma düşüblər. Ona görə də hazırda sözügedən mağazaların böyük əksəriyyəti boşdur.

Onu da qeyd edək ki, əslində, təmir nəticəsində mağazaların şəraitində ciddi şəkildə dəyişən bir şey yoxdur, daş divarlar sökülərək, yüngül dəmir konstruksiyalar və şüşə ilə əvəzlənib. Ancaq belə görünür ki, bazarın sahibləri icra hakimiyyətinin tələbilə yerinə yetirdiyi kosmetik təmir işlərinə çəkdiyi xərclərin əvəzini artıqlaması ilə kiçik sahibkarlardan çıxarır və üstəlik, icarə haqlarını artırmaqla gələcək qazanclarını da dəfələrlə artırmış olur.

Göründüyü kimi, “maşın bazarı”ndakı kiçik sahibkarın bazarın sahibi qarşısında heç bir müdafiə mexanizmi yoxdur. Hansı ki, bu ölkənin İqtisadiyyat Nazirliyi və hökumətin bu cür hallar yarandıqda kiçik sahibkarın maraqlarını qorumalı, ona sahib çıxmalı olan strukturları var. Lakin bu qurumların sahibkarlara münasibətdəki laqeydliyi, passivliyi göz önündədir.

Xüsusilə də söhbət sözügedən bazarın sahibi (O, həm də “Bizim Market” mağazalar şəbəkəsinin sahibi kimi tanınırdı. İki il əvvəl mağazalar şəbəkəsini satdığına dair xəbərlər yayılıb -red.) Rasim Salmanov kimi “arxalı” iş adamlarından gedirsə, müvafiq qurumlar ümumiyyətlə, çox şeyləri görməzdən gəlilər. O da istədiyi icarə qiymətini qoya bilir, bunun əziyyətini çəkən isə kiçik sahibkar olur.

Yaxşı olar ki, müvafiq qurumlar sözügedən icarə haqlarının ödəniş mexanizmlərinə, onların rəsmi vergi hesabatlarında nə dərəcədə şəffaf əks etdirildiyinə də diqqət yetirsinlər. Məsələn, hazırda yeni qiymətlərlə bu bazarda icarə haqqı 50 kvadratlıq bir mağaza üçün aylıq 3000-3500 manata başa gəlir. Lakin həmin məbləğ rəsmən bank hesabına ödənmir və bazar sahibinə nağd şəkildə verilir. Yaxşı olar ki, müvafiq qurumlar bu məbləğin hansı hissəsinin rəsmiləşdirildiyi ilə də maraqlansınlar…
Təəssüf ki, Azərbaycanda xüsusilə də kiçik sahibkarlar ən çox hüquqları tapdanan və demək olar, heç bir ciddi müdafiə mexanizmləri olmayan zümrəyə çevriliblər. Bütn normal ölkələrəd kiçik sahibkarlıq subyektləri hökumət tərəfindən böyük qayğı ilə əhatə olunduğu, ucuz kreditlər və çoxsaylı güzəştlərlə təmin olunduğu halda bizdəki sahibkar vergi orqanından tutmuş fövqəladə hallara, qida təhlükəsizliyinə və digər orqanlara, hətta “uçaskovılar”a qədər hamının qarşısında aciz, müdafiəsiz duruma salınıb.
Bu da azmış kimi, “maşın bazarı”nın sahibi kimi daha iri və “arxalı” iş adamları, oliqarxlar da bir tərəfdən onların üzərində istənilən “eksperimenti” keçirməkdə sərbəstdirlər…./“AzPolitika.info”/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda məşhur bazarın keçmiş sahibi özünü asıb

    Bakıda məşhur bazarın keçmiş sahibi özünü asıb ...

    2-12-2017, 16:12

  • 
  • “Razin tolkuçka”sı müştəri üzünə niyə həsrət qalıb?

    “Razin tolkuçka”sı müştəri üzünə niyə həsrət ...

    15-08-2017, 11:34

  • 
  • Bakıda icarə haqları kəskin düşür

    Bakıda icarə haqları kəskin düşür ...

    11-12-2015, 02:55

  • 
  • Bakının bir əsr yaşı olan bazarı dağıdılır-FOTOSESİYA

    Bakının bir əsr yaşı olan bazarı ...

    19-07-2013, 16:16

  • 
  • Bu ticarət mərkəzində sahibkarların haqqı yeyilir... - Rəsmən biabırçılıqdır...

    Bu ticarət mərkəzində sahibkarların haqqı ...

    11-06-2015, 18:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu