GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Razin tolkuçka”sı müştəri üzünə niyə həsrət qalıb?

“Razin tolkuçka”sı müştəri üzünə niyə həsrət qalıb?

Tarix: 15-08-2017, 11:34 Bölmə :Cəmiyyət Baxış: 398
“Razin tolkuçka”sı müştəri üzünə niyə həsrət qalıb?


15 ildir söküldüyü deyilən ticarət mərkəzində satıcılar icarə haqqından razılıq eləsələr də, alıcı qıtlığı burda da əsas problemdir...

Bir neçə il öncə Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən bir hissəsi sökülən “Razin tolkuçka”sı kimi tanınan “AzərBiznes” ticarət mərkəzində satıcılar müştərisiz qalıblar. Deyilənlərə görə, bazarda yalnız tanışı, əlaqələri geniş adam iş görüb, baş çıxara bilər. Əks təqdirdə burada işləyib, ailə saxlamaq müşkül məsələdir.

“Razin tolkuçka”sında olub, ümumi vəziyyətlə maraqlandıq. Öncə qeyd edək ki, artıq ərazidə bazarın bir zamanlar simvoluna çevrilən tıxac və antisanitariya müşahidə olunmur. Bu problem həllini tapıb və küçədə avtomobillər normal qaydada hərəkət edirlər.

Xatırladaq ki, hələ üç il bundan öncə satıcılarla Sabunçu RİH-in əməkdaşları arasında insident yaşanmışdı. Səbəb isə bazarın bir hissəsinin sökülməsi və ərazidə abadlıq işlərinin aparılması idi. Həmin zaman satıcıları qəbul edən Sabunçu RİH-nin rəhbərliyi 5 şərt irəli sürmüşdü: 1. tıxac probleminin həlli; 2. bazarda mühafizə polisinin olması; 3. əraziyə 50 ədəd nəzarət kamerasının quraşdırılması; 4. sanitar-gigiyenik vəziyyətə xüsusi diqqət yetirilməsi və 5. bazarın ərazisində müasir standartlara cavab verən yeraltı və ya yerüstü avtomobil dayanacağı olan müasir ticarət mərkəzinin tikilməsi.

İllər keçdi, tıxac və sanitar vəziyyətlə bağlı problem həll edildi. Lakin hazırda bazarda əlavə problemlər qalmaqdadır. Satıcıların ümumi problemi müştərinin olmamasıdır. Yalnız bazarın “prospekt” adlanan hissəsində alış-verişdə müəyyən canlanma var.

Bazarda satıcı işləyən Fərhad Quliyevin dediyinə görə, burada rəhbərliyin qoyduğu şərtlər hər kəs üçün uyğundur: “Şəhərin heç bir yerində buradakı kimi qiymətlər yoxdur. Bazar rəhbərliyi çox insan adamdır. Hər birimizi anlayır və lazımi güzəştləri edir. Burada orta sıralarda bütün kommunal, vergi və digər bu kimi xərclər də daxil olmaqla, kiçik mağazaların aylıq icarə qiyməti 300 manatdır. Bazarın girişinə yaxın olan ”prospekt" deyilən ərazi tərəfdə yerləşən mağazalar da bütün xərcləri ilə birlikdə 500 manatadır. Yəni bu, kifayət qədər uyğun qiymətdir. Ona görə də bu barədə hansısa satıcı yoldaşımız narazılıq edə bilməz. Belə götürəndə bura hər zaman insanın çox olduğu yerdir, dayanacağın ətrafıdır. Ancaq bununla belə, müştəri sarıdan son zamanlar çox əziyyət çəkirik. Orta sıralarda al-ver yox həddindədir. Bu hissələrdə əsasən kişi geyimləri satılır. Əgər kimsə burada çoxdan işləyir və müştərisi varsa, onlar qazana bilirlər. Yeni gələn, müştərisi də olmayan şəxs burada baş çıxara bilməz. Olur ki, kənardan gəlib burada mağaza götürüb işlədirlər, bir müddət sonra da çıxıb gedirlər. Orta sıralarda bağlanmış mağazalar da məhz bu cür səbəblərdən boş qalıb. Yuxarıda dedim ki, 300-500 manata icarə götürmək olur. Ancaq müdriyyətlə danışılanda bir qədər də endirim edir. O da başa düşür ki, vəziyyət yaxşı deyil".

Söhbətə qoşulan satıcı Qəmbər bildirdi ki, vəziyyətin yaxşı olmaması ilə bağlı söylənən fikirlərlə razı deyil. Satıcı hesab edir ki, vəziyyət başqadır: “Əgər vəziyyət yaxşı olmasaydı, camaatımız gedib Türkiyədə, Avropada yay uzunu dincəlməzdilər. Demək, vəziyyət bizim dediyimiz qədər pis deyil. Sadəcə olaraq problem odur ki, insanlar artıq bazardan alış-veriş etmək adətini tərgidiblər. Mərkəzdə açılan iri ticarət mərkəzləri bizim kimi obyektləri batırdı. Həm də əlimizdə maya olmadığı üçün mövsümün tələblərinə uyğun olan, yeni modellər də gətirə bilmirik. Ona görə də camaat gəlib baxır, heç nə bəyənməyib gedirlər. Bizdən mal alan elə əzəli müştərilərimizdir. Onların da əksəriyyəti yaşlı və orta nəslin nümayəndələridir. Gənclər üçün mal gətirəndə əlimizdə qalır. Ona görə də bazarın kişi mağazalarının çox olduğu hissəsində bir dənə də olsun, müştəriyə rast gəlmirsən. Elə oturub, əlimizi qulağımızın dibinə qoyub yuxulayırıq. Bir vaxtlar bazarın sökülməsi ilə bağlı qəzetlərdə yazılar verdilər. Onlar da bir az müştərimizi azaltdı. 15 ildir eşidirəm ki, bu bazar söküləcək. Ancaq yalan söhbətdir. Burada nə qədər adam işləyir, sökəcəklərsə bizə ucuz qiymətə şəhərin mərkəzinə yaxın yerdən obyekt verərlər. Bunu edə bilməyəcəklərsə niyə söküb camaatı ac qoyurlar?”

Bazarda geyim və digər bu kimi əşyalarla yanaşı tərəvəz, ət məhsulları da satılır. Maraqlısı budur ki, həmin məhsulların satıldığı ərazidə də müştəri çox azdır. Burada da satıcıların əsas şikayəti müştəri sarıdandır.

Bazara yaxın yaşayan sakinlərlə də söhbət etdik. Onlar isə satıcılardan fərqli olaraq Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliydən razılıqlarını bildirdilər. Bakıxanov sakinləri söylədilər ki, əvvəllər bu ərazilərdən keçmək mümkün deyildisə, indi hər şey normal qaydadadır: “Əvvəllər burada o qədər tıxac olurdu ki, camaat bazarın qarşısına ”Razin düyünü" deyirdi. Tıxacdan da əlavə pis qoxudan buradan keçməli deyildi. Ümumiyyətlə, Bakıxanov ərazisində bu kimi yerlər çox idi. Adil Vəliyev icra başçısı təyin ediləndən sonra problemləri həll etdi. Ona görə də vəziyyətdən razıyıq", - deyə ərazidə yaşayan sakinlər bildirdilər. /musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra Hakimiyyəti “Razin tolkuçka”sı barədə göstəriş verdi

    İcra Hakimiyyəti “Razin tolkuçka”sı barədə ...

    24-02-2014, 15:53

  • 
  • "Bazarkom" Hacı Fərhad: "İcra başçısının müavininə 300 min dollar pul vermişəm"

    "Bazarkom" Hacı Fərhad: "İcra ...

    24-11-2013, 13:03

  • 
  • 8 km bazarında satıcılar aksiya keçirdi (VİDEO)

    8 km bazarında satıcılar aksiya keçirdi (VİDEO) ...

    4-02-2016, 20:55

  • 
  • İCRA HAKİMİYYƏTİ KEÇMİŞ POLİSİ NECƏ ALDADIB? –  “RAZİN”DƏ AĞACLARI KƏSİB, YERİ İŞ ADAMINA SATIBLAR (FOTO)

    İCRA HAKİMİYYƏTİ KEÇMİŞ POLİSİ NECƏ ALDADIB? – ...

    17-11-2016, 01:05

  • 
  • Viranə qalmış “Bolluq bazarı” - Video

    Viranə qalmış “Bolluq bazarı” - Video ...

    20-12-2013, 23:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu