GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “HATTUŞA TATİL"in, yoxsa “APAYDIN TATİL"in vədləri - CAVABSIZ QALAN SUALLAR

“HATTUŞA TATİL"in, yoxsa “APAYDIN TATİL"in vədləri - CAVABSIZ QALAN SUALLAR

Tarix: 23-08-2024, 10:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 587

   Mətbuatda yazıldığına görə, Doğan Jeotermal Şirkətlər Qrupunun əsas firması olan Doğan Jeotermal 1990-cı ildən fəaliyyət göstərir və əsasən infrastruktur və üst quruluşun tikintisi, sənaye obyektləri, korporativ mənzil və sənaye binalarının tikintisi ilə məşğul olur. Şirkətin İdarə Heyətinin sədri Mehmet Ali Doğan adlı bir şəxsdir. Deyilənə görə,  şirkətin Türkiyədə təxminən 5000 işçisi var. Bildiyimizə görə, Doğan Jeotermal Şirkətlər Qrupu 2000-ci illərin əvvəllərində termal sağlamlıq turizmi sahəsinə də əl qoyub və klubun termal sağlamlıq turizmi üzrə brendi Hattuşa Vacation Thermal Club layihəsidir. Türkiyənin termal turizm şirkətlərindən biri olan “Hattuşa Tatil Klubu" həm də “Hattuşa Azərbaycan” adlı bir layihə həyata keçirir. Bizi daha çox bu layihə maraqlandırdığı üçün onun üzərində dayanacağıq. Bəri başdan onu deyək ki, "Hattuşa Tatil Klubu" Azərbaycana çox böyük vədlərlə gəlmişdi… Böyük investisiya qoymaq, tikinti işləri  aparmaq, yeni iş yerləri açmaq, ölkə əhalisinin maddi durumuna dəstək olmaq və s. və i.a. Amma sonda bəlli olur ki, Hattuşa nəinki Azərbaycana heç bir investisiya  gətirməyib, əksinə Azərbaycan əhalisinin "cibinə girmək"lə, kimi necə gəldi aldatmaqla məşğuldur. Özü də Bakı şəhərinin düz mərkəzində - Nərimonov metrosunun üstündəki “Çinar park” biznes mərkəzində…  Bu barədə irəlidə…            Mətbuatda yazılana görə, Hattuşa Vacation Thermal Clubu təxminən 10.000-dən çox yataq tutumu olan mehmanxanalara malikdir, lakin onların Türkiyənin hansı yerlərində yerləşdiyini öyrənə bilmədik. Ümumiyyətlə, "Hattuşa Tatil Klubu" barədə Azərbaycan mətbuatında informasiya yox dərəcəsindədir. Yalnız bir dəfə saytlar informasiya verib, bu da Mehmet Ali Doğanın Bakıda fevralın 17-də “Four Seasons” hotelində Azərbaycandakı layihəsi ilə bağlı olub. Saytlarda həmin tədbiri çox  gurultulu başlıqlar altında təqdim edib: “Vətəndaşları işlə təmin edəcək layihə - Türkiyə şirkəti Azərbaycanda!” (https://azertag.az/xeber/__  vetendaslari_isle_temin_edecek_layihe___turkiye_sirketi_azerbaycanda-2931523, https://fed.az/az/biznes/vetendaslari-isle-temin-edecek-layihe-turkiye-sirketi-azerbaycanda-fotolar-vi%CC%87deo-192324). Bundan sonrakı dövrdə yalnız Samira Səfərəliyeva adlı şəxsin Apaydın MMC-yə işçi dəvəti ilə bağlı elanları dərc olunub. Elana inanıb gedənlər indi qapılarda qalıblar.  MMC-nin işə qəbul etdiyi adamların əksəriyyəti maaşlarını ala bilməmələrindən şikayətçi olmuşlar. Yalnız onların “Gündəm Xəbər Qəzeti Redaksiyası"na müraciətindən və redaksiya əməkdaşının şirkətə göndərdiyi rəsmi sorğudan sonra onların bəzilərinin əmək haqları ödənilib. Şirkətin Ziya Quliyev adlı işçisi isə indiyə qədər əmək haqqını ala bilməyib, Maaşını tələb edərkən ona vəkillə görüşmək şərti qoyulub, niyə vəkillə? Dünyanın harasında əmək haqqını vəkil verir və ya vəkillə görüşdən sonra verirlər? Bu da Mehmet Ali Doğanın Azərbaycan vətəndaşlarını işlə təmin etmək vədi!!!

     Şirkətin İdarə Heyətinin sədrinin 23.02.2024 tarixində "Azərtac"a verdiyi müsahibədə Hattuşa Azərbaycan Tatil Klubunun Hattuşa mübadilə sistemi sayəsində Türkiyə, Avropa və digər dünya ölkələrindən Azərbaycana qısa müddətdə çox böyük turist ordusu gətirəcəyini və Azərbaycan iqtisadiyyatına töhfələr verəcəyini bildirmişdi. Yarım ildən çox keçməsinə baxmayaraq, Hattuşanın Azərbaycana turist gətirməsi vəddən o yana keçməyib. İrəlidə Hattuşanın Azərbaycanda nə ilə məşğul olması barədə ətraflı məlumat verəcəyimizə görə hələlik bu barədə geniş danışmırıq.   

Hattuşanın iş elanına baxaq. Elanda deyilir: Şirkət 20-30 yaş arası qadınlar axtarıır. Və namizələrdən yüksək inandırma qabiliyyəti, Azərbaycan dilində səlis danışıq bacarığı, Microsoft Office proqramları üzrə bilik və bacarıqlar tələb olunur. İnternet və dil bilgiləri ilə bağlı qoyulan tələblərlə işimiz yoxdur. (Tələblər yüksək, maaş isə cəmi 450 manat) (https://tr.linkedin.com/posts/samira-safaraliyeva-7a16991a1). Amma elanla bağlı məndə iki sual doğur: birincisi, niyə 20-30 yaş arası qadınlar, ikincisi, niyə inandırmaq qabiliyyəti? Bu iki şərt, bizcə, şirkətin niyyəti barədə əvvəlcədən məlumat verir. Təbii ki, ölkədə işsizlik var və həmin elandan sonra neçə-neçə gənc MMC-yə (?) üz tutub. Və bu gün də onlar qapılarda qalıblar, əmək haqlarını ala bilmirlər... Onların şikayət ərizələri qarşımdadır... Müxtəlif bəhanələrlə “sabah gəlin” deyə süründürməçiliyə məruz qalıblar.               

Şirkət Azərbaycana gələndə böyük investisiyalar qoymağı vəd eləmişdi. Sən demə, bu sözlər hamısı mətbuat üçün imiş. Bəs Azərbaycan iqtisadiyyatına və vətəndaşlarına töhfə gətirməyi vəd edən şirkət nə ilə məşğul olur? Şirkətdə bir aydan bir qədər az müddətdə çalışmış, adının anonim saxlanılmasını istəyən şəxs yuxarıda qoyulan sualları cavablandırarkən dedi: Şirkət ümumi tanıtımını "Hattuşa Tatil Klubu" MMC kimi həyata keçirdiyi halda, işçilərlə və müştərilərlə müqavilələri “Apaydın Tatil” MMC adı ilə bağlayır. Bu, ikiləşdirmə nəyə xidmət edir? 

     İşçilər və müştərilərlə müqavilə bağlayan “Apaydın Tatil” MMC özü barədə məlumatları niyə gizli saxlayır? Niyə özünü daha çox "Hattuşa Tatil Klubu" kimi təqdim edir? Bizcə bu, sabahkı problemdən yaxa qurtarmaq  məqsədi daşıyır. Sabah problem yaranarsa, müştəri və işçilər kimin yaxasından tutacaq? "Hattuşa Tatil Klubu"nun, yoxsa “Apaydın Tatil” MMC-nin?               İndi keçək “Apaydın Tatil” MMC-nin konkret fəaliyyət sahəsinə! Yuxarıda qeyd etmişdik ki, şirkətin sədri Azərbaycana böyük investisiya ilə gəldiyini və yeni iş yerləri açacağını bəyan etmişdi. Lakin çox qısa zamanda məlum oldu ki, şirkət nəinki Azərbaycana heç bir investisiya gətirmək fikrində deyil, əksinə, Azərbaycan vətəndaşlarınıın əlində olanı tutub alıb, xaricə daşımaqdır. Proses necə gedir? işçilər nə ilə məşğul olur? Yuxarıda inandırmaq tələbindən danışdıq. Bəli, məsələ insanları inandırıb əlindəkini tutub almaqdır. Özü də bütün vasitələrlə! Yəni şirkətin əməkdaşları istənilən formada - pul, qızıl, telefon, saat, torpaq mülkiyyəti və s. şəkildə ödənişləri qəbul etməyə hazır olduqlarını bildirirlər. Bu nə ödənişdir və nəyə görə ödənişdir? Keçək əsas məsələyə! Baxmayaraq ki, şirkətin sədri ilk müsahibəsində Azərbaycana turist cəlb edəcəyini bəyan etmişdi, sonda belə çıxır ki, turistləri Azərbaycana gətirmək yox, Azərbaycandan aparmaq niyyəti varmış. Şirkət əməkdaşları bildirirlər ki, onlar Türkiyənin müxtəlif yerlərində insanların istirahətini təşkil etmək işi ilə məşğul olurlar. Amma bunun üçün gərək adamlar bir neçə ilin istirahət pulunu qabaqcadan ödəsinlər. Yəni Hattuşa Tatil Klubu ilə 5 və ya 10 illik müddətə müqavilə bağlayıb klubun üzvü olsunlar. Müqavilənin qiyməti isə nə az - nə çox 10-15 min manat arasında nağd vəsait olmalıdır. 2 min - 3 min manat ilkin ödəniş etməklə kredit də götürmək olar. Bu pulu ödəyən şəxs, gedib Türkiyədə Hattuşanın hansısa jeotermal düşərgəsində  pulsuz bir həftə dincələ bilər. Amma şirkət elə birinci addımda müştərilərini aldadır, pulsuz deyilən həftəlik istirahətə görə 250 dollar komendant pulu tələb edir. Üstəlik, hər bir adam özü və aliəsi üçün də ayrıca bilet almalıdır. Bunlar aydın! Bəs müqavilə ilə bağlı hər hansı mübahisə yaranarsa, bu necə öz həllini tapmalıdır? Şirkətin müqaviləsində problemin məhkəmə həlli variantı istisna təşkil edir. Ən əsası isə alınan pul üzərində nəzarət mexanizmi yoxdur.


P.S. “APAYDIN TATİL” MMC-nin və “HATTUŞA TATİL KLUBU”n xanım əməkdaşının bizə təqdim etdiyi [email protected] ünvanına 01 avqust 2024-cü il tarixində, saat 13:04-də sorğu göndərsək də, bu günə qədər sorğumuza cavab ala bilməmişik. Ona görə də, məqaləni birtərəfli dərc etmək məcburiyyətində qaldıq. GundemXeber.az redaksiyası olaraq yenə də qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Ardı var...


Güney İbrahimov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 4 uşaq doğan anaya ev

    4 uşaq doğan anaya ev ...

    5-02-2015, 15:10

  • 
  • Dəhşət: Tualetdə doğan ana körpəsini zibil qutusuna atdı

    Dəhşət: Tualetdə doğan ana körpəsini zibil ...

    15-06-2013, 13:40

  • 
  • “Ergenekon”un əfsanə generalı öldü

    “Ergenekon”un əfsanə generalı öldü ...

    17-10-2014, 16:22

  • 
  • Nazir oğlu tikinti maqnatına çevrilir - Dövlətin gücü ilə...

    Nazir oğlu tikinti maqnatına çevrilir - Dövlətin ...

    25-05-2019, 11:55

  • 
  • Azərbaycanda bank sədri koronavirusdan vəfat etdi

    Azərbaycanda bank sədri koronavirusdan vəfat etdi ...

    29-06-2020, 17:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu