GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Hattuşa” bir dünya markasıdır!

“Hattuşa” bir dünya markasıdır!

Tarix: 5-09-2024, 13:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 533

Hörmətli oxucular, bu günlərdə biz “Hattuşa”nın, yoxsa “Apaydın TATİL MMC-nin vədləri” adlı bir yazı ilə çıxış etmişdik. Yazının girişində bir neçə gəncin redaksiyamıza müraciət edərək adıçəkilən şirkət tərəfindən əmək haqlarının mənimsənilməsindən və ümumiyyətlə, şirkətdə yol verilən qanunsuzluqlardan  danışılırdı. Biz GundemXeber.az redaksiyası olaraq 01 avqust 2024-cü il tarixindəsaat 13.04-də qarşı tərəfin deyilənlərə münasibətini öyrənmək məqsədilə şirkətdən bizə verilən ünvana - [email protected] adlı sayta rəsmi şəkildə bir neçə sualla müraciət etdik.

 Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq 15 gün müddətində şirkətin verəcəyi cavabı gözlədik. Sorğu tələb olunmayan məktublara 15 gün müddətinə cavab verilməli olduğunu nəzərə alaraq həmin müddətdə və ondan bir neçə gün sonra da bununla bağlı saytımızda heç bir yazı dərc etmədik. Yalnız avqustun 26-da bir daha şirkətə müraciət etdikdən sonra “Hattuşa”nın, yoxsa “Apaydın TATİL MMC-nin vədləri” adlı yazını sayta qoyduq və orada da bir daha qarşı tərəfin mövqeyini verməyə hazır olduğumuzu bildirdik. Nəhayət, avqust ayının 30-da “APAYDIN TATİL” MMC-nin və “HATTUŞA TATİL KULUBU”nun rəhbərliyinin adından elektron poçtumuza cavab daxil oldu və həmin cavabı xırda redaktələrlə dərc edirik.. 

- Bildiyimiz kimi, “Apaydın TATİL” MMC Türkiyədə fəaliyyət göstənən “Hattuşa TATİL Klubu”nun Azərbaycanda qeydiyyatdan keçmiş səlahiyyətli nümayəndəliyidir. “Hattuşa Tatil Klubu”nun Azərbaycanda “Apaydın Tatil” MMC adı altında fəaliyyət göstərməsinə səbəb nədir?

- “Apaydın Tatil” MMC “Hattuşa TATİL” Klubunun bir marketing şirkətidir. Satış müqavilələrində Hattuşa markasından istifadə olunur və podratçı şirkət kimi Hattuşa şirkəti adı ilə fəaliyyət göstərir. Korporativ kimliyi və hüquqi ünvanı müqavilədəəksini tapır. Satışlar orta büdcəyə uyğun olaraq hazırlanır və maliyyələrin hesablanması əsasında təklif olunur. Ailə büdcələrinə uyğun olaraq müxtəlif seçimlər mövcuddur. Müştəri özünə uyğun olanı olanı seçir. 

- Müştərilərlə “Apaydın TATİL” MMC arasında beş və ya 10 il müddətinə müqavilələr bağlanır. Bunun müqabilində hər müştəridən təqribən 8-15 min  manat civarında pul alınır. Bu qiymətlər necə tənzimlənir, yaxud satış işlərini “Hattuşa Tatil Klubu” həyata keçirirsə, o halda vergi necə müəyyən olunur? 

Nəzarət necə həyata keçirilir?

- Yuxarıda qeyd etdiyim kimi, “Hattuşa” markasından fərqli bir şirkət deyil. RCİ sistemindən istifadə etmək və dünyanın başqa yerlərinə səyahət etmək etmək istəyənlər RCİ qurumuna xidmət haqqı ödəyirlər. Beləliklə, xaricə səyahət edərkən qaldıqları yerlərdə əlavə qonaqlama haqqı ödəmir. Bu sistemdən təxminən 50 ildir dünyada istifadə olunur. “Hattuşa”ya ödənən 250 dollar isə təmir və xidmət haqqıdır. Bu. Müqavilədə yazılır və müştəri bunu bilir. 

- Müqavilə bağlandıqdan sonra məlum olur ki, müştərinin xarici ölkədə istirahəti zamanı onun ancaq hoteldə qalması təmin olunur. Bundan əlavə, müştəri RCİ proqramından istifadə edərsə, o halda əlavə olaraq 500 dollar ödəməli olur. Tutaq ki, müştəri istirahət etmək üçün Türkiyə dövlətini seçib, həmin vaxt müştəri əlavə olaraq 250 dollar “komendant pulu” ödəməli olur. Bütün bunlara baxmayaraq, bütün səndələşmə işləri və maliyyə əməliyyatları “Apaydın TATİL” MMC-nin adından həyata keçirilir. Fəaliyyət və reklam işləri isə, Türkiyədə qeydiyyatdan keçmiş “Hattuşa TATİL Kubu”nun üzərindən aparılır. Bu halda ortaya sual çıxır, belə bir formada iş aparılmasına səbəb nədir? 

- Burada gizli bir şey yoxdur. “Apaydın” marka deyil, bir rəsmi şirkətdir. Bunu hər kəsin bilməsi vacib deyil, tanıdılması gərəkən “Hattuşa”dır, onun marka məlumatıdır. Dünyada əksər şirkətlər marka adı ilə fəaliyyət göstərir və tanınır. 

- Fakt budur ki, bu gün “Apaydın TATİL” MMC haqqında sosial mediada heç bir məlumat yoxdur, buna baxmayaraq müqavilələr səlahiyyətli diler funksiyasını yerinə yetirən “Apaydın TATİL” MMC ilə bağlanır. Bu şirkət haqqında məlumatın hər kəsdən gizlin saxlanılmasının səbəbi nədir?

- Bu, beynəlxalq bir markadır. Tanıtım edilən yerlərdə və günlərdə qonaqlara razılaşdıqlıarı halda “tətil” satışı edilir. Günün sonunda alınıb-alınmamasından asılı olmayaraq, dəvətlilər arasında çəkiliş edilir, bir neçə şəxsi Türkiyəydə qonaqlama xərci ödəmədən qonaq edirik. Öz təsislərimizi tanıdırıq. Bu, etdiyimiz işin arxasında durduğumuzun və qarşılığında təhlükəsizliyə zəmanət verməyimizin bir sübutudur. Bu situasiya bizim möhkəmliyimizi və böyüklüyümüzü göstərir. 

- Siz Azərbaycanda 2023-cü ilin dekabrında fəaliyyətə başlamısınız, bu ilin favral ayında isə “Qala gecəsi” adlı tanıtım tədbiri keçirmisiniz. O vaxtdan başlayaraq müştəriləri Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 33 ünvanında yerləşən “Sapfir” sarayına püşkatmaya dəvət edib, hər ay həftənin 4-cü, 5-ci, 6-cı və bazar günləri təşkil edilən, həmçinin Türkiyədə fəaliyyət göstərən “Hattuşa TATİL KLUBU”-nun tanıtım gecəsi keçirilməsi adı altında çağırıb, guya ki, “endirim ancaq bu gün olacaq” deyərək insanları aldatmaq nə dərəcədə düzgündür? 

-Belə bir şey mümkün deyil, hansı dövrdə yaşayırıq? Yanlış mənbədən verilən informasiyalardır. Türkiyədə 100 minə yaxın üzvümüz var. Bu qədər böyük bir beynəlxalq markanı bu şəkildə təqdim etməyinz düzgün deyil. Obyektiv mətbuat anlayışına uyğun gəlmir. Azərbaycanda yüzlərlə ailə gəlib-gedir və xidmətimizdən istifadə edir. 

- Komanda rəhbərinin mütəmadi olaraq işçiləri təhqir etməsi, tədbirlər başa çatdıqdan sonra gecə saat 2-3 radələrində işçiləri orada saxlayıb, iclas keçirməyinizi, oraya dəvət edilən qonaqları-Azərbaycan Respublikasının vətəndaşlarını nəzərdə tutaraq “iki-üç qoyunu masada saxlaya bilmədiniz, onlar niyə çıxıb getdilər?” deyə təhqiramiz şəkildə işçilərə irad bildirmənizi necə izah edərdiniz?

- Yalandır. Mənbəniz dedi, yoxsa öz iddianızdır? Belə fikirləşən bir qurum Azərbaycana buranın insanları üçün tətil təsisatı yaratmağa, tərəfdaşlıq etməyə gələrdimi? Türkiyədə, yaxud dünyada başqa bir yer yoxdumu? Belə iddiaları qeyri ciddi hesab edirik. Şirkətimizdə çalışanların hamısı rəsmi şəkildə işə götürülüb və məvacib alır. Türkiyədən gələn bütün personalın iş icazəsi var. Bu işlərə nəzarət edən azərbaycanlı tərəfdaşımızın belə bir şeydən bəhs etməsi çox mənasızdır. Bütün əməkdaşlarımızın normal maaş və ya hüquqları təmin edilir. İşdən çıxmış, yaxud çıxarılmış personal mükafat qazanmamışsa, məqsədlərini gerçəkləşdirməmişsə, əlavə bonus qazanmır. Bu məsələ azərbaycanlı insan resursları şirkəti tərəfindən günlük nəzarət edilən və onların nəzarəti ilə hərəkət edilən bir haldır. Belə bir şey mümkün deyil. Bu, bizə qarşı şəxsi qərəz və böhtandır. Buna cavab verməyə ehtiyac yoxdur, belə bir hal mümkün deyil. Bunlar  uydurma iddialardır. Müştəri ilə firma arsında olan problemlər Azərbaycan məhkəmələrində həll olunur. Müştəri Türkiyədə qonaqlama edildiyi zaman rastlaşacağı problemlər üçün Türkiyə məhkəmələrinə müraciət edir. Əlavə olaraq, iddiası olanları sənədlərini bizə və ya hüquq məhkəmələrinə təqdim edib sübut etməyə dəvət edirik. Əks halda, biz bütün əsassız məlumat, sənədsiz iddia və qarayaxmalara qarşı hüquqlarımızdan istifadə edəcəyik.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “HATTUŞA TATİL"in, yoxsa “APAYDIN TATİL"in vədləri - CAVABSIZ QALAN SUALLAR

    “HATTUŞA TATİL"in, yoxsa “APAYDIN ...

    23-08-2024, 10:26

  • 
  • “F Təbib” Tibb Mərkəzindən yazımıza etiraz gəldi

    “F Təbib” Tibb Mərkəzindən yazımıza etiraz gəldi ...

    29-11-2013, 17:34

  • 
  • Zibil qutusuna bayrağımızın rənglərini vurub, yazı yazan şirkət məhkəməyə verilir – FOTO

    Zibil qutusuna bayrağımızın rənglərini vurub, ...

    31-01-2018, 00:21

  • 
  • “Topaz”, yoxsa kəşfiyyat idarəsi? - İlginc mübhəmlik...

    “Topaz”, yoxsa kəşfiyyat idarəsi? - İlginc ...

    13-04-2018, 15:00

  • 
  • Akif Səlimova şər atanlar cəzalandırıldı

    Akif Səlimova şər atanlar cəzalandırıldı ...

    10-09-2014, 09:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu